27 mar 18:26olke

“Qarabağ” son saniyələrdə sevindi

“Qarabağ” son saniyələrdə sevindi
Samir Abasov: “Xəyal növbəti səhvə yol versə, onu xahiş etmiş insanlar da ona qoşulub gedəcək”
Qurban Qurbanov: “Belə hallarda bu addım atılmalı idi və mən də atdım”

Millinin və U-21-in oyunlarına görə premyer-liqada yaranan fasilədən yararlanan “Sumqayıt” martın 24-də “Azərsun Arena”da “Qarabağ”la yoldaşlıq oyununda üz-üzə gəldi. Hər iki komandanın heyətində yığmalara cəlb olunan oyunçular olduğundan baş məşqçilər meydana optimal heyət buraxa bilməmişdi. Ən diqqətçəkən məqam isə qonaqların heyətində Xəyal Nəcəfovun meydana çıxması idi. Bir müddət əvvəl intizamsızlığa görə Samir Abasov tərəfindən yaya qədər əvəzedici heyətə göndərilən 21 yaşlı yarımmüdafiəçi yenidən meydanda top qovurdu.Yeri gəlmişkən,, bir gün əvvəl yığmanı Belarusla matça çıxaran Qurban Qurbanov “kimyaçılar”la görüşdə də texniki zonada yer almışdı.
Arenaya təşrif buyuran azsaylı azarkeşlər ilk hissədə bərabərsəviyyəli oyun izlədilər. Düzdü, müəyyən zaman kəsiyində meydan sahibləri topa daha çox nəzarət edir, daha kəsərli hücumlar qururdular. Ancaq Fərhad Vəliyevin “çərçivə”də inamlı, müdafiə xəttinin isə intizamlı oyunu ağdamlıların qol vurmaq istəyinin reallaşmasına imkan vermirdi. 28-ci dəqiqədə Pedro Enrike, hissənin sonlarına yaxın isə Ağabala Ramazanov real qol imkanını boşa verməklə yadda qaldılar. Pedronun “9-luğ”a gedən zərbəsini Vəliyev gözəl seyvlə zərərsizləşdirdisə, Ağabalanın yaxın məsafədən zərbəsi dirəyin yanından keçdi. Çox maraqlıdı ki, Maksimin, Rəşadın, Bədavinin yoxluğunda Qurban bəy müdafiənin mərkəzini Miçel – Aqolli cütlüyünə tapşırmışdı. Sağ cinahda isə sonuncu dəfə meydana nə vaxt çıxıdığını unutduğumuz Arif Daşdəmirov çıxış edirdi. Mərkəzdə Rahid Əmirquliyev “dirijorluq” edirdi. Daşdəmirovdan fərqli, Rahid futbol oynamağı unutmadığını bir daha göstərdi. Əmirquliyev hücumların qurulmasında fəal iştirak edir, ikili mübarizələrdə inamlı təsir bağışlayırdı.
Fasilədən sonra tamaşaçılar 3 qola şahidlik etdi. Əvvəlcə Pedro fərqləndi. Qonaqların müdafiəçiləri süni “ofsayd” yaratmaq istəsələr də, Rail Məlikov “xətti” pozduğundan komanda yoldaşının ötürməsini braziliyalı çətinlik çəkmədən dəqiq tamamladı. Fasilədə Fərhadı əvəzləyən Mehdi Cənnətov çox çalışsa da, komandasını xilas edə bilmədi. Ancaq çox çəkmədən qonaqlar “status-kvo”nu bərpa etdi. Elnur Abdullayev rəqibin 3 müdafiəçisinin arasından çıxıb cərimə xəttinin üzərindən uzaq küncü dəqiq nişan aldı. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə meydan sahibləri qələbə qolunu vurmağı bacardı. Meydana sonradan çıxan əvəzedici heyətin üzvü Ruslan Hacıyev təxminən 20 metrdən toru silkələdi.
Oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçı izləyən azsaylı jurnalistlərin sullarını cavabladı.
- "Qarabağ"la yoxlama oyunu nə dərəcədə faydalı oldu?
- Bir çox futbolçunu sınadıq. Həm də uzun müddətdi oynamayan, oyun təcrübəsi sarıdan əziyyət çəkən futbolçulara şans verdik. İnanırsız, uzun müddətdi oynamayan futbolçuların vəziyyəti ürəkaçan deyil. Nə qədər çətin oyunlarımızın qaldığını fikirləşəndə, əziyyət çəkəcəyimizi dərk edirik. Allah oynayan futbolçularımızı zədədən, qırmızı vərəqədən qorusun.
- Oyun praktikasından əziyyət çəkən futbolçular dedikdə kimləri nəzərdə tutursuz?
- Əsas komandanın üzvlərini. Əvəzedicilər başadüşüləndi, bəlkə də ilk dəfə belə rəqibə qarşı oynayırdılar. Amma əsas komandanın oyunçuları var ki, zədədən qayıdıblar, çoxdan oynamayıblar, uyğunlaşma dövrünü keçiblər. Artıq xeyli müddətdi bizimlə olsalar da, kollektivdən bir qədər arxa planda qalırdılar. Onların sərgilədiyi oyun ürəkaçan olmadı.
- Xəyal Nəcəfovu əsas komandaya qaytarmısız. Amma əvvəlki açıqlamanızda onu bağışlamayacağınızı demişdiz...
- Müəyyən məsələlər var ki, indi açıqlama vermək istəmirəm. Vəziyyət bunu tələb etdi. Yaşlı futbolçularımızın, kapitanımızın xahişi Xəyalı komandaya qaytardı. İndi açıqlama versək, oyunçunu pərt etmiş olarıq. Amma yenə deyirəm, bəzi məsələlər məni yumşalmağa məcbur etdi.
- Onun əsas komandadan göndərilməsinə səbəb nə idi?
- Ümumi problem idi. Ailədən tutmuş hər şey daxil idi. Əsas odu ki, bütün komanda məndən onun bağışlanmasını xahiş etdi. Mən də yaşlı oyunçuların sözünü yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Xəyal növbəti səhvə yol versə, onu xahiş etmiş insanlar da ona qoşulub gedəcək.
- Deməli, bu, Xəyalın son şansıdı?
- Əlbəttə.
- Millinin oyununu, təbii ki, izləmisiz. Yetirmələriniz necə təsir bağışladı?
- "Sumqayıt"ın futbolçuları ən yaxşılardan idi.
- Əsas da Cavid İmamverdiyev...
- Fasilədən dərhal sonra meydana çıxan Tural Axundov da ən yaxşılardan idi
- Ancaq böyük ümidlər bəslənilən Amil Yunanov fasilədə əvəzləndi. Bu, sizdə ruh düşkünlüyü yaratmadı?
- Yox. Sadəcə, Amilin o səviyyədə ilk oyunu idi, buna görə də başadüşülən idi. Həddən artıq çox çalışdı. İmamverdiyev üçün belə oyunlar adi hal olduğu üçün yaxşı oynadı. Tural isə yaxşı mənada təəccübləndirdi.
Bir gün öncə millinin baş məşqçisi kimi media qarşısına çıxan Qurban Qurbanov bu dəfə “Qarabağ”ın oyunu ilə bağlı fikirlərini bölüşdü.
- Pis oyun olmadı. Sürətli mübarizə getdi. Samir Abasov da sağ olsun ki, belə bir görüşə razılıq verdi. Hər iki komanda yaxşı, istəkli oyun sərgilədi. Bu məqam da məni razı saldı. Bir sözlə, düşündüyüm proqram alındı.
- Dünən millinin baş məşqçisi idiz, bu gün isə "Qarabağ"a rəhbərlik edirdiz. Çətin deyildi?
- Həm orda, həm burda çalışmaqdan dolayı bir qədər yorğunluq olur. Amma çalışırıq ki, bunu doğru-düzgün qaydada yola verək. Dünənki oyundan sonra millinin futbolçularına bu gün axşamadək istirahət vermişdim. Fürsətdən istifadə edərək, gəlib "Qarabağ"ın oyununda iştirak etdim.
- Bu gün "Qarabağ"ın heyətində meydana xeyli sayda gənc çıxdı. Ehtiyat qüvvənin özünü göstərməsindən razı qaldız?
- Bir oyunla fikir yürütmək olmaz. Həmin gənclər son bir ildə daha çox diqqətimizdə olanlardı. Bir il əvvəlki ilə indiki performansları arasında çox fərq var. Yaxşılığa doğru xeyli irəliləyişə nail olublar.
- Milliyə namizəd sayılan, lakin müəyyən səbəblərdən uzaq qalan Əfran İsmayılov, Rahid Əmirquliyev kimi futbolçuların vəziyyəti necədi?
- Pis deyillər. Dərk edirlər ki, daha çox öz üzərlərində işləməlidilər. Bu gün yığmada deyillərsə, o demək deyil ki, bir daha çağırılmayacaqlar. Belarusla qarşılaşmada öz klubunda daha çox çıxış edən oyunçulara üstünlük verdik. Lakin bu, onların milliyə daim çağırılacaqları demək deyil. Elə oyunçular var ki, klublarında yüksək rəqabət üzündən oynaya bilmir, lakin öz performanslarını qoruyub saxlayırlar. 2-3 belə futbolçu olacaq ki, klubunda az oynamalarına baxmayaraq, milli üçün faydalarını nəzərə alaraq, toplanışa çağıracağıq. Dəyişikliklər, rotasiya həmişə olacaq.
- Millidən kənarlaşdırdığınız Elvin Yunuszadə ötən gün “instaqram”da “məni yalnız Allah mühakimə edə bilər” paylaşımı edib. Bunu sizin qərarınıza etiraz kimi başa düşmək olar?
- (bir qədər fikirləşir, sifət çizgilərindən belə məlum oldu ki, onun bundan xəbəri yox idi). Mən klubda hər hansı futbolçunun bəzi hərəkətlərinə göz yuma bilərəm. Çünki futbolçu ilboyu eyni iş sistemi, eyni prinsiplərlə çalışır, yorğunluq olur. Bəzən məşqə gecikə, ləngiyə bilər. Milliyə gəldiyim gündən ilk növbədə "Qarabağ"ın futbolçularından tələb etmişəm ki, daim hər yerdə birinci olsunlar. Elvində isə bu hal ilk dəfə deyil. Nə yalan danışaq? Onu əvəzedici heyətə də göndərmişik, bəzən sizin xəbəriniz olmadan cərimələnib də. Belə hallarda bu addım atılmalı idi və mən də atdım. Yəqin ki, sizin üçün də təəccüblü bir şey yoxdu. Çünki tələbim budu: ilk növbədə "Qarabağ"da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdılar. Paylaşıma gəlincə, Elvindi də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydi. Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Bizim öz qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq. Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar