22 mar 12:42olke

“Kəpəz”in o dönəmdəki əvəzediciləri indiki “Kəpəz”dən güclü idi”

“Kəpəz”in o dönəmdəki əvəzediciləri indiki “Kəpəz”dən güclü idi”
Fazil Pərvərov “Gəncə tuneli” haqda deyilənləri yalanladı
Bu gün premyer-liqanın autsayderi olan “Kəpəz”in parlaq günləri var idi. Gəncə təmsilçisi ölkə çempionatında dəbi müəyyənləşdirir, çempionluqları sıralayır, azarkeşlərin üzünü güldürürdü. Bu gün də Gəncədə həmin “qızıl “Kəpəz”i yada salır, heyətdə yer alan futbolçuları sevə-sevə xatırlayırlar. Həmin illərdə “sarı-göylər”in əsas silahlarından biri də Fazil Pərvərov idi. Ölkə çempionatları tarixində vurduğu 89 qolla bombardirlər siyahısında 13-cü olan Fazil bəy futbolçu karyerasını başa vurduqdan sonra kölgəyə çəkilib. Hazırda nə işlə məşğul olduğunu öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Pərvərovu aradıq. Futboldan kənarda olduğunu bildirən veteran futbolçu ilə söhbətdə bir daha ötən əsrin 90-cı illərinə səyahət etdik.
- Hazırda hardasız, nə işlə məşğulsuz?
- Futboldan kənardayam. Ümumiyyətlə, idman sahəsində deyiləm. Bir ara başqa işlərdə çalışdım. İndi isə demək olar ki, heç yerdə işləmirəm, işsizəm.
- Uzun illər futbol oynamağınıza baxmayaraq, bu gün futboldan kənarda qalmağınızın səbəbini bilmək istərdik.
- Özüm də butsları mismardan asandan sonra futbolda qalmaq, məşqçi kimi çalışmaq istəyirdim. Ancaq ailədə yaşanan müəyyən problemlərə görə futboldan uzaqlaşdım. İndi isə AFFA yeni tələblər qoyub. Məşqçi işləmək istəyənlər mütləq kateqoriyaya sahib olmalıdı. Təəssüf ki, məndə bu yoxdu.
- Nədənsə sizin həmyaşıdlarınız futbolçu karyerasını başa vurduqdan sonra oxumağa, məşqçi kurslarına qatılmağa o qədər də həvəs göstərmirlər. Sanki bunu özlərinə sığışdırmırlar. Sizcə, bu nədən irəli gəlir?
- Başqalarının adından danışa bilmərəm. Özümə gəlincə, ömrümü futbola həsr etmiş insanam. Azdan-çoxdan savadımız da var. Yəni oxumaqdan, imtahan verməkdən çəkinmirəm. İmkan olsa, bu işin üstünə düşəcəm.
- Azərbaycan futbolunu, ölkə çempionatını izləyirsiz?
- Təbii ki. “Kəpəz”in əksər matçlarına baxıram. Premyer-liqada mübarizə aparan başqa komandaların da oyunlarını buraxmamağa çalışıram.
- Ölkə çempionatı sizin top qovduğunuz illərdə maraqlı idi, yoxsa indi?
- Premyer-liqada komanda sayının az olmasına heyfsilənirəm. Bunun özü də çempionatın, futbolumuzun səviyyəsinə təsir edir. Məncə, bizim vaxtımızda çempionatın səviyyəsi daha yüksək idi. Sadəcə, o vaxt futbolda indiki maliyyə yox idi. İndiki pul o vaxt olsaydı, nəticələrimiz daha yaxşı olardı. Təsəvvür edin ki, mən oynadığım dönəmdə əsas komanda belə səfərə oyun günü gedirdi. İndi bəzən əvəzedicilər matçdan bir gün öncə yola çıxır. Yadıma gəlir ki, çempion olan ili “Neftçi”ylə səfər matçına oyun günü getmişdik.
- Bütün bunlara baxmayaraq, “Kəpəz” çempionatda ağalıq edirdi. İkinci yer belə gəncəli azarkeşləri narazı salırdı. İndi isə doğma komandanız çempionatın autsayderidi...
- Komandanın belə duruma düşməsi həqiqətən də mənə pis təsir edir. Çünki Gəncə futbolunun Azərbaycanda həmişə xüsusi yeri olub. İndi heyətdə yer alanlara baxanda istər-istəməz əsəbləşir, özümdən çıxıram. Bizim vaxtımızda onlar heç əvəzedici komandaya belə düşə bilməzdi. “Kəpəz”in o dönəmdəki əvəzediciləri indiki “Kəpəz”dən güclü idi. Sonuncu pillədə qərarlaşmaq bu klubun adına yaraşmır.
- “Kəpəz”in belə duruma düşməsinin günahkarı kimdi?
- Məbləği dəqiq bilməsəm də, klubun AFFA-dan maliyyələşdiyindən xəbərim var. Bəlkə də büdcə geniş olmadığına görə məşqçilər korpusu komandaya daha səviyyəli futbolçu dəvət edə bilmir. Bəlkə də başqa səbəblər var. Bundan başqa, komanda Bakıda məskunlaşıb. Ola bilər ki, bunun da təsiri olsun.
- Bütün gəncəlilər “Kəpəz”in doğma şəhərdə olmasının vacibliyini vurğulayır. Ancaq etiraf edək ki, komandanın Gəncədə məskunlaşması üçün normal şərait yoxdu.
- Guya bizim vaxtımızda hər şey ideal idi?! Elə olub ki, asfaltda, torpaqda məşq etmişik. Stadionda qaz olmadığından yuyunmaq üçün odundan istifadə edib su qızdırırdıq. Bütün çətinliklərə baxmayaraq, hədəfimiz dəyişmirdi. “Kəpəz” daim çempionluğa oynayıb.
- Bütün çətinliklərin fonunda bəs necə çempion olurduz?
- İlk növbədə onu qeyd edim ki, həmin illərdə heyətdə yer alanların əksəriyyəti gəncəli idi. Buna görə də birlik var idi. İndi “sükan arxasına” keçən hər məşqçi özünə yaxın olan futbolçuları yanına yığır.O vaxt komandada məndən başqa Mahmud Qurbanov, İmamyar və Yadigar Süleymanovlar, Xaliq Mərdanov, Azər Məmmədov kimi gəncəlilər var idi. Gəncədə Kostya dayı kimi nəhəng uşaq məşqçisi çalışırdı. Rəhmətlik sanki konveyer işlədirdi. Hər il neçə-neçə istedadlı gənc komandaya cəlb olunurdu. Kənardan gələn yerlilərdən ən azı beş baş üstün olmalı idi ki, “Kəpəz”də oynaya bilsin. İndi isə gəlmələr yerlilərdən heç nə ilə fərqlənmir, hətta bəzən onlardan da zəif olurlar.
- Sizin oynadığınız illərdə “Kəpəz” büdcəsinə görə o biri klublardan üstün idi, yoxsa zəif?
- Bilmirəm, nədənsə “Kəpəz”də həmişə pul problem olub. Yalnız Rza müəllim kluba himayədarlıq edəndə vəziyyət ürəkaçan idi. Prezident olanda maddi durum bir qədər yaxşı olmuşdu. İndiki dövrlə müqayisədə əməkhaqqımız elə də yüksək deyildi. Qələbəyə görə verilən mükafatlar da çox olmurdu. Sizə bir fakt deyim, özünüz nəticə çıxarın. Çempion olan il mükafat kimi bizə kostyum, bir də ayaqqabı vermişdilər.
- Ötən əsrin 90-cı illərində ölkə çempionatında “kimin pulu varsa, çempion da odu” söylənilirdi. Maddi dayaqları güclü olan klublar pul hesabına rəqibləri sıradan çıxarırdılar. Bu məsələyə münasibət bildirməyinizi istərdim.
- Mən heç vaxt belə işlərlə maraqlanmamışam, bundan uzaq olmuşam. Həmişə meydana çıxıb futbolumu oynamışam.
- Birvaxtlar Azərbaycan çempionatında qərb derbisi ən maraqla gözlənilən oyunlar siyahısında yer alırdı. “Kəpəz” – “Turan”, “Şəmkir” – “Kəpəz” qarşılaşmaları zamanı həyəcan son həddə çatır, azarkeşlər, bəzən də futbolçular arasında dava-dalaş yaşanırdı. Niyə belə olurdu?
- “Turan”la “Kəpəz”in və ya “Şəmir”in futbolçuları arasında dava-dalaş olması boş söhbətlərdi. Bizim rəqabətimiz meydanda olurdu. Hamımız bu xalqın övladıyıq. Müəyyən gərginlik olurdu, bu da sırf idman mübarizəsindən irəli gəlirdi.
- Bəs “Neftçi” ilə qarşılaşmalar?
- Bu iki komanda arasında baş tutan oyunlar ölkə çempionatının yaraşığı idi. Ölkənin iki ən köklü klubunun oyunları daim maraqla gözlənilirdi. Bəzən ehtiraslar coşanda meydanda və tribunalarda insident yaşanırdı, ancaq bunun hamısı udmaq istəyindən irəli gəlirdi. 90 dəqiqə başa çatndan sonra hamımız qardaş idik.
- Məşhur "Gəncə tuneli"...
- O tunel barədə az qala əfsanələr dolaşır. Ancaq onların çoxu, sadəcə, kimlərinsə uydurmasıdı. Deyirdilər ki, guya “Gəncə tuneli”ndə işıqları söndürüb rəqib futbolçuları döyürlər. Yalan söhbətdi. Gəncədəki qarşılaşmalar zamanı təhlükəsizlik tədbirləri həmişə yüksək səviyyədə olub.
- 1996-cı ildə UEFA kubokunda “Kəpəz”in rəqibi “Austriya” oldu. Həmin matçı necə xatırlayırsız?
- “Austriya” o vaxt güclü komanda idi. O cür oyunlara maksimum hazırlaşmaq tələb olunurdu. Onda indiki kimi Antalya yox idi. Meşədə hazırlıq keçirdik. Bundan başqa, qapıçılarımızın səhvləri də sözünü demişdi. Nadir Şükürov kobud səhvlə yadda qaldı. Səfərdə pis oynamadıq, yetərincə qol epizodlarımız oldu.
- Dövrünüzün sayılıb-seçilən oyunçularından biri, çox vaxt bombardirlər sırasında olmağınıza baxmayaraq, millidə çox görünmədiz.
- Bir dəfə bu haqda danışmışam. Bunun səbəbi Gəncədə yaşayıb, “Kəpəz”də oynamağım idi. “Neftçi”də oynasaydım, mən də daim milliyə dəvət alardım. Paytaxtda olan futbolçular daha çox diqqət mərkəzində olurdu.
- Bu gün veteran futbolçu kimi nəyə görəsə təəssüflənirsiz?
- Təəssüflənirəm ki, bizim dövrümüzdə Avropaya çıxmaq şansı çox cüzi idi. İndiki kimi imkan olsaydı, gənc yaşlarımdan Avropaya gedib daha yaxşı karyera qurardım.
RƏŞAD
Спишемся позже и гудбай!

----


бц калейдоскоп

----

Мне студно за вас и себя друзья

----


бц Ленинский 119

----

Чем тут пахнет... аааа снова споры

----


бизнес центр виктори плаза

----

Скоро вы увидите новые комменнтарии от меня

----


бизнес центр смоленский пассаж

----

Снова я тут с вами

----


бизнес центр олимп москва

----

Мы могли быне станем

----


москва центр международной торговли краснопресненская наб 12

----

Как ривык,тк и горю вам

----


дербеневская набережная бизнес центр полларс

----

Вот с этих сайтов надо брат пример

----


https://find-key.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar