19 mar 22:19olke

Mingəçevir futbolunun qızıl səhifəsi

Mingəçevir futbolunun qızıl səhifəsi
Mingəçevirdə yaşayan Bayram Mustafa bu şəhərin futbolunun möhtəşəm uğuru ilə bağlı yazı hazırlayıb. Onun dünyasını dəyişmiş futbolçu doslarının və məşqçilərin unudulmaz xatirəsinə ithaf etdiyi yazını müəyyən ixtisarla nəzərinizə çatdırırıq.
Ötən əsrin 60-cı illərinin ortaları idi. Gənc sosialist şəhəri Mingəçevir inkişaf dövrünü yaşayırdı. Yeni-yeni sənaye müəssisələri, sosial-mədəni obyektlər isifadəyə verilir, park və xiyabanlar salınırdı. Təmizliyi ilə seçilən şəhərimiz ilbəil libasını dəyişir, adambaşına düşən yaşıllığa görə nəinki respublika, keçmiş ittifaq göstəriciləri üzrə öncül yerləri tuturdu. Cəmi 50 min əhalisi olan şəhərdə 30-dan çox millət və xalqın nümayəndəsi yaşayırdı. Mingəçevir dəryaçası sahilində fəaliyyət göstərən turist bazası qısa bir zamanda əlverişli istirahət məkanı kimi artıq ölkədən kənarda da tanınmağa başlamışdı. Onun ətrafında salınmış şəhər çimərliyinin isə regionda tayı-bərabəri yox idi.
Şəhərdə yeniyetmə və gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün həftənin 3 günü Teatr binasının arxasındakı meydançada rəqs axşamları təşkil edilir, idman və bədən tərbiyəsinə xüsusi diqqət yetirilirdi. O illərdə Mingəçevirdə xüsusi ilə sərbəst güləş, voleybol, basketbol, motobol (respublika çempionu olmuşlar), stolüstü tennis, şahmat, yüngül atletkanın ayrı-ayrı növləri və əlbəttə, futbol kifayət qədər inkişaf etmişdi. Bu idman növləri üzrə mingəçevirli gənclər respublika yarışlarında uğurlu nəticə göstərirdilər. Bütün müəssisələrin şəhər birinciliklərində, spartakiadalarda iştirak etməsi vacib sayılırdı. O müəssisənin ki rəhbəri özü bilavasitə idmanı sevirdi, orada işlər daha yaxşı qurulmuşdu. Şəhərin bir sıra müəssisə rəhbərləri, xüsusən də “Azərkabel”, “Azərelektroizolyasiya”, “Azyolmaş” zavodlarının rəhbərləri Nikolay Suprin, Çingiz Ağayev və Nazim Əliyev belə rəhbərlərdən idi. “Azərkabel”, “Azərelektroizolyasiya” zavodlarında güclü futbol komandaları yaradılmışdı. Şəhər birinciliklərində bu zavodların komandaları əsasən finalda qarşılaşardılar. Odu ki, başda direktorlar olmaqla stadionun bir tribunasında “Azərkabel”, qarşı tribunada isə “Azərelektroizolyasiya” kollektivləri əyləşər və çox çılğın azarkeşlik edərdilər. Elə şəhər yığma komandasının heyətini də əsasən bu zavodların oyunçuları təşkil edirdi. Onda mənim cəmi 17 yaşım vardı, oyunumu çox bəyənən Suprinin dəvəti ilə “Azərkabel”də oynayırdım. Həm futbol, həm də voleybol üzrə şəhər yığmasının tərkibindəydim.
Yeri gəlmişkən, o vaxtlar hər məhəllənin öz futbol meydançası və komandası vardı ki, onlar arasında keçirilən şəhər birincilikləri əsl futbol bayramına çevrilərdi. Bəzən düşünürəm ki, bu şəhərin əsasını qoyanların da futbola böyük sevgisi olub. Belə ki, Mingəçevir bəlkə də dünyada barmaqla sayılacaq şəhərlərdəndi ki, burda futbolun adı verilmiş küçə vardı. Stadiona gedən küçə (hazırda Şəhriyar küçəsi) “Fütbolnaya” adlanırdı. Zənnimcə, belə küçələrin adlarının dəyişdirilməsinə ehtiyacyox idi. Şəhərin bütün tanınmış futbolçuları bu məhəllə futbolunun “məhsulu” idi.
Əlbəttə, uşaq və yeniyetmə futbolunun vüsət almasında, kiçik bir şəhərin “Ulduz” komandasının keçmiş SSRİ kimi nəhəng bir ittifaqın şəhərləri sırasında bir dəfə gümüş, iki dəfə bürünc medal qazanmasında neçə-neçə usta futbolçunun, o cümlədən, “Neftyanik”, “Cernomorets”, Kiyev “Dinamo”su və SSRİ yığmasının qapısnı qorumuş Yuri Romenskini yetişdirmiş, cəmi 29 yaşında “Əməkdar məşqçi” adına layiq görülmüş idman ustası Baba Mustafayevin heç vaxt unudulmuyacaq əməyi var. Və bu gün diqqətinizə çatdırmaq istədiyim, yazıma belə geniş giriş verməyim də 53 il əvvəl baş vermiş bir idman hadisəsinin hec də təsadüfü olmadığını bildirmək istəyindən qaynaqlanır.
1965-ci ilin may ayı qədəm qoymuşdu. Şəhərin allı-yaşıllı, gül-çiçəkli vaxtı idi. Çiçəkləmiş yasəmən ağaclarının ətri, həmişəyaşıl, zeytun, Eldar şamı, küknar ağacları şəhərə xüsusi gözəllik, əhval-rühiyyə verirdi. Artıq şəhərin idman ictimaiyyətinə məlum idi ki, sovet futbolun təbliği və Böyük Qələbənin 20 illiyi, hebelə 1966-cı ildə İngiltərədə keçiriləcək DÇ-yə hazırlıq məqsədi ilə SSRİ-nin gənclərdən ibarət yığma futbol komandası Cənubi Qafqaz respublikalarına yoldaşlıq görüşləri keçirməyə gələcək. Odu ki, şəhər yığma komandasının heyətində olan futbolçular bütün işlərdən azad olunaraq məşqlərə cəlb olunmuşdular. Məşqlərə Penza şəhərində hərbi xidmət zamanı və sonra çıxış etdiyi ustalardan ibarət komandadan ayrılaraq doğma Mingəçevirə qayıtmış Baba Mustafayev rəhbərlik edirdi. Tanınmiş, nisbətən yaşlı futbolçular da köməyini əsirgəmirdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. 5 minlik şəhər stadionuna 7-8 min futbolsevər gəlmişdi. Hətta ağacların qol-budaqları da uşaqlarla dolu idi. Bu futbol bayramına ətraf rayon və kəndlərdən də gəlmiş tamaşaçılar vardı.
Qeyd edim ki, Mingəçevirdən əvvəl qonaqlar Bakıda olmuş və “Neftyanik”in əvəzedici heyəti ilə heç-heçə (2:2) oynamış, Gəncə “Dinamo”suna 3:2 hesabı ilə qalib gəlmişdilər. Oyundan bir gün əvvəl bizimlə görüşən şəhər rəsmisi Çingiz Ağayev qonaqlara qarşı diqqətli olmağı, komandanın gələn il dünya birinciliyində çıxış edəcəyini və bu oyunun, sadəcə, yoldaşlıq görüşü olduğunu nəzərimizə çatdırdı.
Qonaqların heyətində sonralar SSRİ-nin olinpiya və əsas yığma komandasında oynayacaq qapıçı Yuri Dektyarov, müdafiəçi Murtaz Xurtsilava, hücumçular Vladimir Rudenko, Revaz Şengeliya, Vladimir Susloparov, Vladimir Pilipcuk və başqaları çıxış edirdilər.
Bizim komandamız da beynəlmiləl idi. Belə ki, komandanın kapitanı Mixail Kulaçenko ukraynalı, Yevgeni Podlaboşnikov, Nikolay Rikutin rus, Anatoliy Sirulnik belarus, Gilyan Qəhrəmanov ləzgi idi. Komandada başqa millətlərin nümayəndələri də vardı.
Oyunu Bakıdan gəlmiş hakimlər idarə edirdi, yan xətt hakimlərindən biri mingəçevirli, respublika dərəcəli hakim Adil Sultanov idi. Oyun çox sürətli başladı. Qonaqlar olduqca texnikalı oyun nümayiş etdirirdilər. Açığı, onların futbol köynəyində yazılmış SSRİ sözü, şəhər rəsmisinin ciddi tapşırıqları və nəhayət, bu gənc ulduzların bir il sonra dünya çempionatında çıxış etmək ehtimalı hamımızı ehtiyatlı oynamağa sövq edirdi. 1-ci hissədə qapıçımız Podlaboşnikovun fədakar oyunu bizi azı üç real qoldan xilas etdi. Bizim hücumçular da iki dəfə əlverişli vəziyyətdən yararlana bilmədilər.
Fasilə zamanı Baba müəllim heç kimi paltardəyişmə otağına buraxmadı və bizi ruhlandıraraq “siz onlardan heç də pis oynamadız, ancaq nədənsə çox ehtiyatlanırsız. Cəsarətli oynayın, amma kobudluğa yol verməyin. Kənardan baxanda elə mənzərə yaranır ki, siz qonaq, onlar ev sahibidirlər. Heç nə sizi çəkindirməsin, sərbəst oynayın. Bir şeyi nəzərə alın ki, tanışlar, doğmalar oyununuza baxmağa gəliblər, onları məyus etməyin. Siz bu oyunu udmalısız, vəssalam!” dedi. Və heyətdə bəzi dəyişikliklər etdi.
Beləliklə, komandamız ikinci hissəyə dörd hücumçu ilə başladı. Artıq birinci hissəsdəki komandadan əsər-əlamət qalmamışdı. Söhrabovun driblinqləri,Rikutinin sürətli hücumları qonaqları çaş-baş salmışdı. Şahin Əhmədli elə bu oyunda da Şahin idi, Mingəçevir futbolunun heç vaxt unudulmaycaq Şahini! Tahir Nəbiyev və Ramiz Şamilov texnikalı oyun nümayış etdirir, müdafiədə təcrübəli Kulaçenko, Sirulnik cəsarətli oyun nümayiş etdirirdilər. Mən müdafiədə 4 nömrə ilə, sonralar Donetsk “Şaxtyor”unun kapitanı olmuş Pilipçuka qarşı çıxış edirdim. Açığı, bəzi oyunçularımız kimi, məndə də “publikaya” oynamaq həvəsi vardı. Hər “qayçı” zərbəm, qarşıdan gələn topu hücümçunun çiyni üzərindən atılaraq, başla vurmağım, adətən, tribunalardakı azarkeşlərimin sürəkli alqışlarına hesablanırdı.
Artıq oyun sona yaxınlaşırdı və 88-ci dəqiqədə, görüşün başa çatmasına cəmi 2 dəqiqə qalmış Şahin Əhmədlinin cinahdan ötürdüyü topu Xurtsilava başı ilə geri qaytarmağa cəhd etsə də, topa çata bilmədi və bu an qonaqların cərimə meydançasına daxil olan Rafiq Kamalov əlverişli vəziyyətdə topu qapıdan keçirdi. Beləliklə, Mingəçevir - SSRİ yoldaşlıq görüşü 1:0 hesabı ilə bizim xeyrimizə başa çatdı.
Əminliklə deyərdim ki, ötən 53 il ərzində şəhər stadionunda çox sayda müxtəlif səpkili tədbirlər, idman yarışları olub, ancaq tamaşaçıların bu sayaq coşqusuna heç vaxt rəst gəlinməyib. Bu möhtəşəm qələbədən sonra şəhər əhli bizə qəhrəmanlar kimi baxırdı. Bütün oyunçulara iş yerlərindən pul mükafatları verildi. Oyundan bir gün sonra şəhərdə o vaxtlar yeganə olan restoranın banket zalında (hazırda “Mingəçevir” qəzetinin redaksiyası yerləşir) bizim üçün ziyafət təşkil edildi və ünvanımıza xoş sözlər söylənildi.
licensed cannabis growers in fl cannabis jobs in sacramento ca
cannabis taxation cannabis grow guide indoor

cannabis buyers <a href="http://bwtsh.sahk1963.org.hk/userinfo.php?uid=828085">best cannabis stocks 2018</a>
cannabis use disorder mild in early remission <a href="http://www.puzzlejet.com/profile/2718432/stephan88z2">list of canadian cannabis stocks</a>

cbd oil for sale cbd oil
cbd oil for dogs cbd oil for sale on amazon

cbd oil for sale <a href="http://rope-jump-news.ru/">cbd oil for sale walmart</a>
cbd oil for sale amazon <a href="http://tdkstroy.ru/">cbd oil for sale amazon</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar