19 mar 21:57olke

Hüseynin arzusu “Dinamo”yla “Şaxtyor”dan birində oynamaqdı

Hüseynin arzusu “Dinamo”yla “Şaxtyor”dan birində oynamaqdı
“Legioner həyatı yaşamaq, çətinlikləri indidən görüb, alışmaq istəyirdim”
İllər öncə ölkə futbolunda milyonlar dövr edəndə azərbaycanlı futbolçular Biləcəridən o tərəfə getmək haqda düşünmürdü. İsti evin içində oynayıb, daha çox qazanmaq həvəsi legioner həyatı yaşamaq istəyini üstələyirdi. Lakin zamanla maliyyənin azalması bizimkilərin xaricə yolunu açdı. Son 2-3 ildə neçə-neçə təcrübəli futbolçumuz legioner həyatı yaşayıb və bir çox hallarda geri dönüblər. Lakin son vaxtlar gənclərin Avropaya axınına şahidlik etməkdəyik. Hazırda Çexiyada üç həmyerlimiz – Fərid Nəbiyev, Rövlan Muradov və Arzuman Rizvanov top qovur. Budaq Nəsirov iki ildən çoxdu Portuqaliyadadı.
Onlardan biri də Hüseyn Əhmədovdu. Çoxları onu tanımır. “Əlincə”nin yetirməsi olsa da, “Vətən”də və “Qarabağ”da çıxış edib. Azərbaycan futbolunun yaralı yeri sayılan sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Eyni zamanda yarımmüdafiədə oynamaq bacarığına da sahibdi. Ötən ilin sonunda Ukraynaya yollanaraq, birinci divizionda çıxış edən “Gelios”la anlaşıb. Lakin bu onun Şevçenkonun vətəninə ilk səfəri deyil. Nə isə, ətraflı məlumatları müsahibənin gedişində əldə edə bilərsiz.
- Artıq neçə vaxtdı Ukraynadasan?
- Bura oktyabrın sonunda gəlmişdim. Noyabrda “Gelios”a qoşuldum.
- Komandada işlərin necə gedir? Adətən, azərbaycanlı futbolçular başqa ölkələrə uyğunlaşmaqda çətinlik çəkir.
- Düzdü, ilk gəldiyim həftələrdə mənim də belə problemim vardı. Bilmirəm, nə işdisə, təzyiqim artmışdı, düşmək bilmirdi. Həkim nəzarətində oldum, müalicə aldım. Tədricən qaydasına düşdü. Təxminən iki ay çətinlik çəkdim. İndi də, şükürlər olsun, heç bir problem yoxdu. Uşaqlarla dostlaşmışam, məşq edirəm, boş vaxtlarımızı xoş keçiririk.
- Əsas komandadasan, yoxsa aşağı yaşlılarda?
- Xeyli vaxtdı əsas komandanın düşərgəsindəydim. Burda hava şəraitinə görə birinci dəstədə qış fasiləsi uzun çəkir, ikinci yarı apreldə başlayacaq deyə, təlim-məşq toplanışlarında iştirak etdim. Amma ümumi götürsək, U-19-un üzvü sayılıram. 18 yaşımı yeni tamamlamışam, ona görə də müəyyən vaxta ehtiyacım var. U-19 liqası start götürüb deyə, artıq bu komandaya qoşulmuşam.
- Belə başa düşdüm ki, hələ əsas komandada yer yoxdu sənə.
- Yer yoxdu deyəndə ki... Hər şey özümdən asılıdı. Orda ehtiyatda qalmaqdasansa, U-19-da müntəzəm oynamağım vacibdi. Özüm də bunun tərəfdarıyam. Yaxşı oynadıqca, özümü yaxşı tərəfdən göstərdikcə, məşqçilər heyəti xidmətimə ehtiyac duyacaq. Hər halda, özümə qarşı inam hiss edirəm.
- Orda 19 yaşlılara ayrılan diqqətlə bizimki arasında hansı fərqlər var?
- Başqa komandaları deyə bilmərəm, amma “Gelios”da uşaq futboluna böyük diqqət ayrılır. Futbolçu yetişdirib, başqa klublara satırlar. Vaxtilə “Gelios”da yetişmiş bir çox futbolçu hazırda elitada çıxış edir. Həm maddi, həm də texniki planda hər şey qaydasındadı. Baş məşqçimiz Anatoli Yuryeviç Seryogin vaxtilə “Metallist”, “Arsenal”, “Astana” kimi komandaların şərəfini qoruyub. Olduqca təcrübəli və savadlı mütəxəssisdi. Əsasən sürətə üstünlük verir. Deyərdim ki, yaradılan şərait baxımında arada ciddi fərq yoxdu. Sadəcə burda daha çox tələb edirlər.
- Bəs oyun və məşq planında arada hansı fərqləri hiss edə bilmisən?
- Burda “fizika”ya hədsiz önəm verirlər. Məşqçilərin ilk tələbi fiziki hazırlığın yaxşı olmasıdı. Ondan sonra taktiki-texniki planda nəsə tələb edirlər. Azərbaycanda isə, bildiyiniz kimi, əsasən texniki tapşırıqlar vacibdi. Yuryeviç “Qarabağ”dan gəldiyimi biləndə mənimlə söhbət etdi. Dedi ki, komandanızın Gənclər Liqasında “Roma”ya qarşı matçınızı izlədim. Texniki üstünlüyümüzü qeyd etməklə yanaşı, fiziki cəhətdən “axsadığımızı” gizlətmədi. Vaxtilə nəyəsə görə Azərbaycanda da olub, futbolumuzdan, çempionatımızdan xəbərdardı.
- Yeri gəlmişkən, “Qarabağ”ın U-19-nun heyətində adına rast gəlmədim...
- Adım iştirak ərizəsinə salınmışdı, amma oynamağıma icazə verilmədi. Gənclər Liqasında oynamağım üçün azı 2 il “Qarabağ”ın üzvü olmalıydım. Ona görə də mümkün olmadı.
- Axı, “Neftçi”nin bir neçə futbolçusu məhz Gənclər Liqasında çıxış etmək üçün komandaya yeni qoşulmuşdu. Məsələn, Musa Qurbanlı, İbrahim Əliyev və s.
- Düz deyirsiz. Bu məqam mənim özümə də qaranlıq qaldı. Amma Turan Vəlizadə, Rauf Hüseynli və mənə icazə verilmədi. Hətta hazırda əsas komandayla məşq edən Nicat Süleymanov “Atletiko”yla səfərdəki oyun üçün İspaniyaya aparılsa da, oynamasına icazə verilmədi.
- “Qarabağ”dan buna görə ayrıldın?
- Xeyr-xeyr. Sadəcə, legioner həyatı yaşamaq, çətinlikləri indidən görüb, alışmaq istəyirdim. Yeganə səbəb bu idi. Ukraynaya ilk səfərim deyil. Ötən il də Xorkova gəlmişdim. Sadəcə, o vaxt “Metallist”də maliyyə problemi yaşandı və klub dağıldı. Ona görə də yenidən Azərbaycana qayıtmalı oldum. Futbolçu kimi yetişdiyim “Əlincə”yə qayıtdım, ora da dağıldı deyə, hamımız “Vətən”ə üz tutduq.
- Bəs “Qarabağ”a keçidin necə baş tutdu?
- “Qarabağ”la yoldaşlıq görüşündə Pablo adlı ispan məşqçi məni bəyənmişdi. U-17-yə götürdülər. Sonradan Rəşad Sadıqov valideynimlə əlaqə saxlayıb, U-19-da çıxış etməyi təklif etmişdi. Ondan sonra “Qarabağ“ın U-19-una keçdim.
- İkinci dəfə Ukraynaya yollanmağın necə baş tutdu?
- O vaxt “Metallist”də məşqçim olmuş şəxs əlaqə saxlayıb “Gelios” variantının olduğunu söyləyəndə, açığı, tərəddüd edirdim. İlk dəfə problem yaranmışdı deyə, növbəti dəfə səfər etmək riskli görünürdü. Lakin karyeramı düşünərək riskə getdim və yenidən Xarkova gəldim. Rəşad Sadıqovla danışdıq, məsləhətləşdik, sağ olsun, belə bir şərait yaratdı. “Qarabağ”dan sənədlərimi götürməkdə heç bir problem yaranmadı.
- U-19 yığması toplanışa başlasa da, siyahıda adına rast gəlmədim.
- Açığı, millinin məşqçilər heyəti maraqlanmışdı, hətta baş məşqçimizlə əlaqə saxlayıb danışmışdılar. Ümid edirdim ki, dəvət edərlər. Lakin çağrılmadım. Heç bir problem yoxdu. Bəlkə də belə məsləhət imiş. Növbəti toplanışlara cəlb olunmaq üçün daha da səylə çalışacam.
- Bəlkə baş məşqçiniz haqqında xoş sözlər deməyib?
- Belə şey ola bilməz. Çünki heç bir problem yoxdu, bütün oyunlarda şans qazanıram, əsas komandayla hazırlıq keçmişəm.
- Klub ev kirayələyib, yoxsa bazada qalırsan?
- Düzü, əsas komandada çıxış edən nigeriyalı futbolçu ilə eyni mənzildə qalmağı məsləhət görmüşdülər. Lakin buna razı olmadım. Çünki Xarkovda dayımgili yaşayır. Mən də onlarda qalıram. Qohum evində yaşamaq bazada, yaxud kirayədə qalmaqdan daha rahatdı.
- Maaş alırsan?
- Əsas komandaya cəlb olunursansa, peşəkar statusun varsa, maaş verilir. Yox, akademiyanın və U-19-un üzvüsənsə, qələbədən sonra “premiya” qazanırsan. Fevralda 18 yaşım tamam oldu. İnşallah, aprelin ilk həftəsində əsas komandayla müqavilə bağlayacam, hazırda sənədləri hazırlayırıq. Ondan sonra maaş veriləcək.
- Xarkovda səndən başqa azərbaycanlı futbolçulara rast gəlmisən?
- Hələ ki görməmişəm. Bəlkə çempionat başlayandan sonra rəqiblərin heyətində kimsə rastıma çıxar. Başqa şəhərlərdə oynamamış olmazlar.
- Gələcək üçün arzun nədi?
- İlk növbədə “Gelios”un əsas komandasında özümü göstərmək və Ukrayna nəhənglərinin diqqətini çəkmək. Ən böyük arzum “Dinamo”nun, yaxud “Şaxtyor”un formasını geyməkdi. Bilirəm, hələ çox tezdi. Lakin bunu qarşıma məqsəd qoymuşam. Eyni zamanda Azərbaycanın müxtəlif yaş qruplarından ibarət yığmalarının formasını geyib, sonda əsas milliyə yüksəlmək. Bunun üçün əlimdən gələni etməyə çalışacam. Hədəfə çatmaq üçün üzərimdə çox çalışmalıyam.
- Azərbaycanlı futbolçular arasında bəyəndiyin kimdi?
- Müdafiəçi olduğum üçün daha çox müdafiəçilərə rəğbət bəsləyirəm. Özüm “sol” oyunçusu olsam da, Bədavi Hüseynovun oyununu xoşlayıram. Əzmkarlığını, mövqe seçimini, ağıllı oyununu bəyənirəm.
- Bəs Avropada?
- “Barselona”nın və İspaniya yığmasının üzvü Jordi Albanı. Oyun üslubunu çox bəyənirəm, onun kimi oynamaq istəyirəm.
HƏBİB
generic for viagra release date viagra dosage recommendations 50 mg or 100 mg
viagra prices retail usa pfizer viagra coupons walgreens

viagra side effects <a href="http://jud10.org/">generic viagra 100mg sildenafil on ebay</a>
viagra tv commercial models <a href="http://masjidprojectfunder.com/what-the-experts-arent-saying-about-vi
agra-and-how-it-affects-you/">viagra dosage chart</a>

where to buy cbd gummies online cbd oil gummies reviews
reviews best cbd gummies reviews best cbd gummies

cbd gummies amazon <a href="http://gummiescbd.us/">buy cbd gummies online</a>
diamond cbd gummies reviews <a href="http://hempgummies.us/">cbd gummies for sale in simi valley</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar