17 mar 00:47olke

Elçin Səmədli futzaldakı problemləri sadaladı

Elçin Səmədli futzaldakı problemləri sadaladı
“Məşqçilər 18 epizodun 14-15-ni səhv qiymətləndirir”
Futzal referisi Elçin Səmədli federasiyanın rəsmi “feysbuk” səhifəsinə müsahibə verib. Çempionatdakı rəqabətdən, komandaların oyun qaydalarını bilməməsindən danışan FİFA-nın birinci kateqoriyalı hakimi maraqlı məqamlara toxunub.
- Futzal üzrə yüksək, birinci və ikinci liqalarda ümumi mənzərə necədi?
- Təbii ki, hakim nöqteyi-nəzərindən yanaşdıqda, ümumi mənzərə pis deyil. Ancaq qeyd etməli olduğumuz faktlar var. Xüsusilə də intizam məsələləri ilə bağlı. Bilirəm ki, bununla bağlı sualınız olacaq, ona görə də toxunmağımız mütləqdi. Bu gün futzalçıların əksəriyyəti oyun qaydalarını bilmir və nəticədə oyunda müəyyən problemlər yaranır.
- Bunun günahı kimdədi? Problemi aradan qaldırmaq üçün hansı işlər görülür və ya görülməlidi?
- Günahkar axtarmağa ehtiyac yoxdu. İstər AFFA, istərsə də Futzal Federasiyası il ərzində azı iki dəfə referilər və hakim-inspektorlar üçün seminarlar təşkil etməyə çalışır. Bundan başqa, özümüz də tez-tez yığışırıq, müzakirələr aparırıq, mübahisəli epizodlar, mövqe seçimi və başqa məsələlər ilə bağlı fikrimizi bildiririk. Həmin seminarlara komandaların baş məşqçilərini də dəvət etmişdik. Çünki referi ani zaman kəsiyində, hətta saniyədən də az vaxt ərzində qərar qəbul edir. Qərarın düzgün olub-olmaması ikinci mərhələyə aiddi. Dəfələrlə olub ki, hansısa qərarın düzgün olub-olmadığına epizodun videoyazısına dəfələrlə baxdıqdan sonra qərar vermisiz. Ancaq referinin bu qədər vaxtı olmur. Buna görə güünahkar axtarmaq düzgün deyil. Komandalar oyunçuların qaydalarla bağlı bilik səviyyəsini mütləq inkişaf etdirməlidi. Mövsümdən əvvəl Hakimlər Komitəsi tərəfindən təklif oldu ki, hər bir kluba bir FİFA referisi göndərilsin və o, qaydalarla bağlı seminar keçsin. Ötən mövsüm bu təklifimiz 4 komanda tərəfindən müsbət qarşılandı və reallaşdı.
- Oyunların sürəti hakimlərin hazırlığına necə təsir edir?
- Hər turda ən azı bir yüksək sürətli oyun izləyirik. Həmin matçı UEFA kubokunun əsas və elit mərhələsinin oyunları ilə müqayisə etmək mümkündü. Avropada bu gün klubların səviyyəsi bir-birinə yaxınlaşır. Elə Azərbaycan çempionatında da bunun şahidi oluruq. Yüksək liqada ikinci pillədə qərarlaşan komanda altıncı sıradakı rəqibi ilə matçda çətinlik çəkir, hətta məğlub olur. Oyunlar maraqlı, hətta sürətli keçir. Bu da hakimlərin məsuliyyətini artırır. Hakim fiziki cəhətdən daim hazır olmalıdı. Çünki hamı ona baxır, həlledici qərarlarını gözləyir. Ona görə də epizoda 2 yox, 4 gözlə baxmalıyıq. Bunu oyuna çıxanda briqadadakı yoldaşlarıma da xatırladıram.
- Bu, xüsusilə FİFA referilərinin eyni tonusda qalmasına kömək edirmi?
- Mütləq şəkildə köməyi dəyir. Avropada hansısa oyuna çıxanda çətinlik çəkdiyimi deyə bilmərəm. Hətta birinci liqada bəzən elə oyunların şahidi oluruq ki, həmin matçlardakı sürət, gərginlik UEFA kubokunun ilkin mərhələsindəki matçlardan artıq olur.
- Bəzən oxşar epizodlarla bağlı fərqli qərarlar verilir. Bu nədən irəli gəlir?
- Hakim robot deyil. Hər bir hakimin oyunu anlamaq, başa düşmək qabiliyyəti var, ancaq yanaşma eyni olmalıdı. 17 qayda hamı üçün eynidi və bunu heç kim dəyişə bilməz. Epizodu qiymətləndirmək isə çox nüansdan asılıdı. Tutaq ki, bir hakim eyni epizodu 5 metrlik, digəri 12 metrlik məsafədən qiymətləndirir. Əlbəttə, yaxın məsafədə yer alan hakim düzgün qərar verməlidi. Bəzən isə bunun əksi ilə rastlaşırıq. Yaxında olduğuna görə əvvəlki epizodları görmür və sondakı ana uyğun qərar qəbul edir. Bu baxımdan sualınızla qismən razılaşa bilərəm. Çünki 1 saniyə əvvəl oyunçu rəqibinin köynəyindən dartırdı və siz tribunadan onu görmədiz. Ancaq meydandakı hakim bunu aşkar şəkildə görür və qərarını verir. Qərarın yanlış olmaması üçün hakim düzgün mövqe seçməlidi. Düzgün mövqe isə düzgün qərar verdiyiniz andı. Ona görə də eyni epizodla bağlı fərqli qərarın olduğunu deməzdim.
- Yüksək və birinci liqalar peşəkar, ikinci liqa isə həvəskar statusludu. Liqalarda mübahisədən qaçmaq üçün bu fərqi necə aradan qaldırırsız?
- Peşəkar və ya həvəskar, fərqi yoxdu - 17 qayda hamı üçün eynidi. Oyunçular, məşqçilər qaydaları bilmirsə, ya da 2005-ci ildə çap olunan kitabdan oxuyursa, mübahisələr hər zaman olacaq. Məşqçi strategiyasını 2000-ci ildəki kimi qurursa, deməli, nə bizim çempionatda, nə də Avropada uğur qazana biləcək. Məşqçi də, oyunçu da, hakim də inkişaf etməlidi. İstənilən yeniliyi hakimlər arasında paylaşırıq, ingilis dilindən tərcümə edirik, komandalara da çatdırırıq. Seminar zamanı videorolikləri təqdim edirik və məşqçilərdən epizodları dəyərləndirmələrini xahiş edirik. İnanın, 18 epizodun 14-15-ni səhv qiymətləndirirlər. Bu hələ məşqçidi, o, oyunçulardan yüksək səviyyədə bilməlidi qaydaları. Bəzən FİFA-nın qaydalarını oyunçular anlamır. Nəticədə 17 qaydanın tətbiqi bir qədər fərqli olur. Çalışırsan ki, qabaqlayıcı tədbir görəsən. Məsələn, səslə bildirirsən ki, asta oyna, əlsiz oyna, tələsmə, topu düzgün oyuna daxil et. Xəbərdarlıq edən zaman oyunçular eşidirlər, çalışırlar ona riayət etsinlər. Ancaq UEFA-nın bayrağı altında keçirilən oyunlarda bu cür xəbərdarlıq etmək qadağandı.
- Premyer-liqa hakimləri üçün mütəmadi toplanışlar keçirilir. Ancaq futzal referiləri üçün 2-3 günlük seminarlar keçirilir. Belədə hakimlər oyunlara necə hazırlaşırlar?
- Seminarların hakimlərə çox böyük faydası olur. Təbii ki, futbolla müqayisədə futzal ikinci pillədədi. Ancaq seminarlarımız müntəzəm keçirilir. Orda hakim-inspektorlar da iştirak edirlər. Nə səhvimiz olursa, hakim-inspektorlar izah edirlər. Seminarlarda nəzəri məşğələlər keçirilir. Praktiki çalışmalar zamanı isə özümüz də oyun keçiririk, komandaları da dəvət edirik və qərarların müzakirəsini aparırıq, səhv etdikdə, yerindəcə buna aydınlıq gətiririk. Hansısa yenilik əldə etdikdə isə seminarı gözləmirik. Futzal hakimlərimiz onsuz da say baxımından çox deyillər, yığışırıq, bir-birimizi məlumatlandırırıq. 15-20 nəfərin bir araya gəlməsi problem deyil. AFFA-da, eləcə də Bakı İdman Sarayında ehtiyac duyduğumuz zaman bizə iclas keçirmək üçün şərait yaradırlar. “CBC Sport”un oyunları canlı yayınlaması bizim üçün əla meydan yaradıb. Qarşılaşmaların təhlilinin aparılması, səhvlərin müzakirə edilməsi baxımından çox faydasını görürük bu layihənin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar