14 mar 13:42olke

Fərhad Həsənovun iki arzusu var

Fərhad Həsənovun iki arzusu var
“Heç ağlımıza da gəlməzdi ki, onun kimi insanın “Karvan”ın varlığından xəbəri var”
Martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ötən həftə bu münasibətlə keçirilən tədbirdə idman ictimaiyyətinin bir qrup üzvünə fəxri adlar verildi. Onların arasında “Sumqayıt” Futbol Akademiyasının meneceri Fərhad Həsənov da var idi. Fərhad bəy "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüb. Əslində çoxdan onunla söhbətləşmək istəyirdim. Ancaq elə alındı ki, görüşümüz fəxri ad aldığı günə təsadüf etdi. Onu da qeyd edək ki, Həsənov bu yaxınlarda 60 illik yubileyini qeyd edib. Elə söhbətə də təbriklə başladıq.
- Həm yubiley, həm də fəxri ad almaq münasibəti ilə sizi təbrik edirik.
- Təbrikə görə təşəkkür edirəm. Mənə belə dəyər verildiyinə, əməyimin qiymətləndirildiyinə görə hamıya təşəkkür edirəm. Uzun illərdi futbol sahəsindəyəm və görünən odu ki, əziyyətim hədər getməyib.
- Futbola harda başlamısız?
- İlk məşqçim rəhmətlik Tofiq Rzayev olub. O həmin vaxt məşqçilyə yeni başlamışdı. 10 yaşım olanda Sumqayıtda Mehdi Hüseynzadə adına stadionun tikintisi gedirdi. Atam da həmin arenanı tikənlərdən biri idi. Tez-tez yanına gedir, uşaq marağı ilə stadionun necə tikildiyini müşahidə edirdim. Təbii ki, bütün yaşıdlarım kimi mən də məhəllədə futbol oynayır, günün çoxunu topla keçirirdim. Bir gün yenə atamın yanına gedəndə, orda Tofiq müəllimlə tanış oldum. Və futbol oynamaq istəyimi bildirdim. Ertəsi gün artıq məşqdə iştirak etdim. 17 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət komandasının üzvü idim. O komandada İsgəndər Cavadov, Asim Xudiyev, Səmədağa Şıxlarov, Rövşən Qocayev kimi oyunçular top qovurdu. Qocayev həmin il SSRİ yığmasına da dəvət aldı. O illərdə Sumqayıt komandasının adı əvvəlcə “Kaspi” idi, sonradan dəyişib “Xəzər” etdilər. Komandanın baş məşqçisi Valeri Hacıyev, köməkçisi isə Anatoli Banişevski idi. Komanda ilə təlim-məşq toplanışı keçmişdim. Çempionat başlayan vaxtda əsgərliyə yollanmalı oldum. Hərbi xidmətdən sonra orda qalıb Araqvinin “Duşeti” komandasında çıxış etdim.
- Bildiyim qədər bir müddət Özbəkistanda da futbol oynamısız.
- 1980-cı ildən 86-ya qədər “Karşı”da çıxış etmişəm. Sonra vəziyyət elə alındı ki, Sumqayıta dönməli oldum. Qardaşım, bacım da orda idilər. Atam-anam isə burda qalmışdılar. Onları tək qoymamaq üçün vətənə döndüm.
- Uzun illər televiziyada çalımısız. “İdman Azərbaycan” telekanalını “Sumqayıt”a dəyişməyinizin səbəbini bilmək istərdik.
- Mən 23 ildən artıq televiziyada çalışmışam. Öncə musiqi kanalında idim. Həmin illərdə bizim yaratdığımız “Telefortuna” komandası çox məşhur idi. Dəfələrlə Ukraynada, Rusiyada keçirilən turnirlərə qatılıb, qalib və mükafatçı olmuşuq. “İdman Azərbaycan” yarananda ürəyimin səsinə qulaq asıb ora keçdim. Kanalda inzibati işlər üzrə icraçı direktor oldum. 2013-cü ildə isə Vaqif Ömərov məni kluba dəvət etdi. “Sumqayıt” 2010-da “Sumqayıt şəhər” adını daşıyırdı. “Sumqayıt”ın təsisçisi isə mən idim. Bu klub futzalda mübarizə aparırdı. Ölkə kubokunun finalına da vəsiqə qazanmışdıq. Həlledici oyunda “Araz”a uduzmuşduq. Bir gün uşaqlıqdan bir məhəllədə böyüdüyüm Vaqif müəllim mənə zəng vurub görüşmək istədiyini bildirdi. Görüş zamanı məlum oldu ki, komandanın adının “Sumqayıt” olmasını istəyirlər. Rəhbərliyin gələcəklə bağlı geniş planlarının olduğunu biləndə, çox düşünmədən möhürü və başqa sənədləri təmənnasız Vaqif müəllimə verdim və bildirdim ki, təki şəhərimizdə yüksək səviyyəli komanda olsun. O da bu addımımı nəzərə alaraq klubda işləməyi təklif etdi. Buna qədər isə “Gənclərbirliyi”ndə iş təcrübəm var idi. Həmin klubun bütün işlərini, demək olar ki, mən görürdüm. Artıq 5 ildi “Sumqayıt”dayam və buna görə də peşman deyiləm. Doğma şəhərimin komandasında çalımaq mənə zövq verir. Bundan başqa, veteranlardan ibarət komandanı da yaratmışam. Veteranlar arasında keçirilən çempionatların hamısında iştirak etmişik. Son iki çempionatın qalibi də məhz bizim komanda olub. 20 ilə yaxındı bu klub fəaliyyət göstərir.
- Çox maraqlı həyat tarixçəniz var. Futbol, televiziya və musiqi. Ötən əsrin 80-90-cı illərində çox məşhur olan “Karvan” qrupunun da üzvü olmusuz. Futbol dili ilə desək, necə oldu ki, “Karvan”a “transfer” olduz?
- 1988-ci ildə Özbəkistandan qayıdandan sonra bir müddət iş sorağındaydım. Bilirsiz ki, həmin vaxt artıq respublikada vəziyyət dəyişmişdi. Zavod və fabriklər bağlanmış, insanların çoxu işsiz qalmışdı. “Karvan”ın üzvü Yevgeni Baxtin də mənim uşaqlıq dostum idi. O məni “Karvan”da işləməyə dəvət etdi. Qrup üzvləri ilə görüşüb söhbətləşdikdən sonra baş inzibatçı oldum. “Karvan” həmin dönəmdə nəinki Azərbaycanda, Rusiya və Türkiyədə də məşhur idi. Bir dəfə bizi Türkiyəyə dəvət etmişdilər. Qardaş ölkəyə Naxçıvandan keçib getməliydik. Həmin vaxt artıq Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik edirdi. Türkiyəyə getməmiş bizi qəbul etdi. Onun dedyi sözləri hələ də xatırlayıram: “Sizin qrupu yaxşı tanıyıram. “Qara gözlər”, “Sarı güllər” mahnılarınızı bəyənirəm”. Biz bu sözləri eşidəndə şoka düşdük. Heç ağlımıza da gəlməzdi ki, onun kimi insanın “Karvan”ın varlığından xəbəri var.
- Bu gün “Sumqayıt”ın futbol akademiyasının baş menecerisiz. Uşaqlarla işləmək çətin deyil?
- Həm çətindi, həm də maraqlı. Müxtəlif yaş qrupları ilə tez-tez bölgələrə səfərə çıxıram. Bizimkilər şəhər uşağı olduqlarından təbiət qoynuna çıxan kimi az qala “havalanırlar”. Buna görə onları qınamaq da olmur. Şəhərdə asfaltdan başqa nə görürlər ki? Meşə, dağ, hər hansı mənzərəli yer görən kimi telefonlar işə düşür. Şəkil çəkdirən kim, videoçəkiliş aparan kim. Güc-bəla ilə avtobusa yığırıq ki, oyuna gecikməyək. İndiki uşaqlar daha çox oturaq həyat keçirirlər. Bu üzdən çox vaxt fiziki inkişafdan geri qalırlar. Bizim uşaqlığımız isə daha rəngarəng olub. Məhəllədə müxtəlif oyunlar oynamışıq, musiqiyə də qulaq asmışıq, çalışmışıq hər sahədən xəbərimiz olsun.
- Ailənizdə yolunuzu davam etdirən, futbolla məşğul olan var?
- Yaralı yerimə toxunduz. Allah bütün övladları saxlasın, iki qızım var. Başları karyera qurmağa qarışdığından hələ ailə həyatı qurmayıblar. Böyük qızım şirkətin təsisçilərindən biridi. İkincisi də onun yanında çalışır. Çox istərdim ki, nəvələrim olsun və onlar futbolla məşğul olsunlar. Bu, mənim ən böyük arzumdu.
- Bir neçə gün öncə “Sumqayıt”a yeni prezident təyin olundu. Necə düşünürsüz, Riad Rəfiyev uğurlu rəhbər ola biləcək?
- Mən onun rəhmətlik atası Rasim Rəfiyevlə tanış idim. “Karvan”da çalışanda Rasim müəllim daim bu kollektivin qayğısını çəkib, əlindən gələn köməyi göstərib ki, qrup tanınsın. O futbolla yanaşı, mədəniyyətə də xüsusi diqqət ayıran insanlardan biri olub. Riad Rəfiyev də artıq neçə vaxtdı AFFA-da çalışır, ölkə futboluna yaxından bələddi. Mənə elə gəlir, assosiasiyada topladığı təcrübə “Sumqayıt”da ona yardım edəcək. Fürsətdən istifadə edib sabiq prezidentimiz Kamran Quliyevə də “Neftçi”də uğurlar arzulayıram. Özü demişkən, o da artıq sumqayıtlıdı. Hər halda, 7 il bu şəhərdə çalışıbsa, ona da sumqayıtlı deyə bilərik.
- Gələcəklə bağlı bir arzunuzu dediz. Başqa nəyin arzusundasız?
- İlk növbədə “Sumqayıt”ın istər daxili, istərsə də beynəlxalq aləmdə uğur qazanmasını istəyirəm. Bu gün Samir Abasovun rəhbərlik etdiyi komanda uğurlu çıxışı ilə bizləri sevindirir. Çox istərdim ki, bizim şəhərin təmsilçisi avrokuboklara vəsiqə qazansın. Klubumuzun möhtəşəm azarkeş ordusu var. Onlar qışda da, yayda da daim komandanın yanındadılar. Sumqayıtlı futbolsevərləri ingilis azarkeşlərə bənzədirəm. Onlar daim baxımlı futbol sərgiləyən komandanı alqışlayırlar. Çünki bu şəhərdə futbol bilicilərinin sayı yetərincə çoxdu. Ümid edirəm ki, birinci arzumla yanaşı, bu da reallaşacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar