14 mar 13:30olke

“Araz” fərqi artırdı, bir oyunda 21 qol vuruldu

“Araz” fərqi artırdı, bir oyunda 21 qol vuruldu
Tyaqo Renat Sultanovu qabaqladı
Dünən futzal üzrə yüksək liqada 20-ci turun oyunları keçirilib. Bakı İdman Sarayında baş tutan tura “Xəmsə” – “Ekol” matçı ilə start verilib. Bəribaşdan qeyd edək ki, görüş əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, oyun cari çempionatın ən məhsuldar qarşılaşması kimi tarixə düşüb. “Ekol” 18, “Xəmsə” 3 dəfə fərqlənib. Buna qədər bir oyunda maksimum 18 qol vurulmuşdu. “Şirkət təmsilçisi”nin heyətində Samir Həmzəyev 6 qol vurub. Həmzəyevdən başqa, Atakişiyev pokerə imza atıb. Qələbə sayəsində xal sayını 29-a çatdıran “Ekol” 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib.
Turun ikinci oyunu da bol qollu alınıb. “CBC Sport”dan canlı yayınlanan qarşılaşmada ilk 2 qolu “Yasamal”ın kapitanı Mortoza Cahandost vurub. Hücumçu əvvəlcə komandasını hesabda önə keçirib, bir qədər sonra avtoqol müəllifi olub. Davamını isə Rafael Abdulovun öz yetirmələri gətirib. Maraqlıdı ki, hər iki hissədə eyni hesab – 4:1 qeydə alınıb. Matçdan diqqəti çəkən məqamlardan biri 30-cu dəqiqədə “Yasamal”lı Asif Zeynallının rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmasıdı. Həmin anda “Yasamal”ın rəhbəri də texniki zonanı tərk etmək məcburiyyətində qalıb. Buna səbəb Orxan Allahverdiyevin texniki zona qaydalarını pozması (etiraz etməsi) olub. Bundan başqa, qol “yağışı”nı qapıçı qapayıb. Hücuma qoşulan Ramil Həsənzadə top tutmaqda yox, vurmaqda da məharətli olduğunu göstərib.
Turun mərkəzi oyununda “Araz” əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb. Birinci dövrədə heç-heçə edən komandaların duelini ikinci dövrədə “Araz” qazanmışdı. Bu dəfə xal qazanmaq üçün meydana çıxan “Neftçi”nin heyətində 2 debütant yer almışdı. Söhbət iranlı legionerlər Məhəmməd Beyralı və Eshaq Surqalidən gedir. Oyuna gəlincə, “Araz” bu dəfə 4:0 hesabı ilə qalib gəlib. “Neftçi” 10-cu dəqiqədə 5 cərimə limitini dolduran “Araz”ın qapısına təyin edilən 10 metrlik zərbəni boşa verib. Yeri gəlmişkən, “Neftçi”nin debütantları oyunlarından çox vərəqələrlə yadda qalıb. Surqali hətta debütünü qırmızı ilə tarixə yazdırıb. Bu görüşdə 2 dəfə fərqlənən Tyaqonun bombardirlərin yarışında Renat Sultanovu arxada qoyduğunu da qeyd edək.
20-ci tur
Xəmsə - Ekol 3:18 (3:9)
Xəmsə: 1. Rəşad Zeynallı, 8. Ceyhun Yusifov, 13. Novruz İbrahimov (k), 9. Samir Əmirov, 10. Əli Həsənov; 5. Elmidar Abbasov, 7. Elçin Zeynalov, 14. Yamin Ağakərimov.
Rəhbər: Samir Tağıyev.
Ekol: 1. İntiqam Babayev (k), 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev; 99. Emin Kürdov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: S.Həmzəyev, 1 (0:1). F.Atakişiyev, 3 (0:2). N.İbrahimov, 4 (1:2). S.Məstiyev, 4 (1:3). F.Ələkbərov, 7 (1:4). Ə.Abasov, 8 (1:5). S.Həmzəyev, 8 (1:6). Ə.Həsənov, 15 (2:6). S.Həmzəyev, 16 (2:7). Ə.Həsənov, 19 (3:7). F.Atakişiyev, 20 (3:8). F.Atakişiyev, 20 (3:9). Ə.Abasov, 21 (3:10). R.Əhmədov, 24 (3:11). S.Həmzəyev, 27 (3:12). S.Həmzəyev, 28 (3:13). Ə.Abasov, 32 (3:14). S.Həmzəyev, 34 (3:15). T.Ağayev, 35 (3:16). F.Atakişiyev, 37 (3:17). Ə.Ələsgərli, 40 (3:18).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Səmədli, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Nazim Qaracayev.
12 mart. Bakı İdman Sarayı.
Yasamal – FK.İD 2:8 (1:4)
Yasamal: 1. Məhəmməd Roştani, 80. Omid Oraz, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid; 33. Teymur Mirzəyev, 2. Məhəmməd Şahsavari, 3. Xəyal Quliyev, 4. Seyid Əmirzadə, 14. Cavid Taleb, 47. Rəsul Əkbəri.
Rəhbər: Orxan Allahverdiyev.
FK. İD: 12. Ramil Həsənzadə (k), 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 13. Ağatahir Əzimov; 1. Ümid Paşayev, 4. Elvin Quliyev, 5. Asif Zeynallı, 6. Anar Ağayev, 7. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Rəfail Adbulov.
Qollar: M. Cahandost, 3 (1:0). M.Cahandost, 9-öz qapısına (1:1). A.Ağayev, 11 (1:2). A.Əzimov, 12 (1:3). F.Əliyev, 15 (1:4). N.İsmayılov, 22 (1:5). E.İbrahimxəlilov, 27 (1:6). X.Quliyev, 36 (2:6). E.Quliyev, 38 (2:7). R.Həsənzadə, 40 (2:8).
Vərəqə: S.Cavid, 38 – sarı. A.Zeynallı, 32 – qırmızı.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
12 mart. Bakı İdman Sarayı.
Araz - Neftçi 4:0 (2:0)
Araz: 1. Rövşən Hüseynli, 3. Tyaqo, 6. Eduardo, 13. Qallo, 17. İsa Atayev; 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Rza Toloyi, 11. Xətai Bağırov, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Neftçi: 23. Elnur Zamanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 8. Vahib Xocayev, 11. Tural Qurbanov; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 9. Məhəmməd Beyralı, 10. Rüfət Balakişiyev (k), 13. Əjdər Əjdərov, 14. Mehran Əxbəri, 17. Vüsal İsayev, 22. Eshaq Surqali, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: Qallo, 4 (1:0). Tyaqo, 15 (2:0). İ.Atayev, 35 (3:0). Tyaqo, 36 (4:0).
Vərəqələr: X.Bağırov, 6. E.Surqali, 6. M.Beyrali, 14. Tyaqo, 14. Eduardo, 36. R.Fərzəliyev, 38. R.Çovdarov, 40 – sarı. E.Surqali, 33 – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Ağarza Rzayev.
12 mart. Bakı İdman Sarayı.
1. Araz 17 16 1 0 105-22 49
2. Marafon 17 12 0 5 68-36 36
3. Ekol 17 9 2 6 70-49 29
4. FK.İD 17 6 4 7 72-61 22
5. Neftçi 15 5 3 7 39-42 18
6. Yasamal 16 4 0 12 52-103 12
7. Xəmsə 17 0 2 15 42-136 2
Bombardirlər: Tyaqo (Araz) – 21, Renat Sultanov (Marafon) – 20, Mortoza Cahandost (Yasamal) – 19.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar