14 mar 12:16olke

Vaxtilə Azərbaycanda “at oynadanlar”: kim, harda, necə?

Vaxtilə Azərbaycanda “at oynadanlar”: kim, harda, necə?
Çeran “dağıdır”, Qay 36 yaşında oynayır, Dodoyla Nildo “qurtarıb”
Təxminən 3 il əvvələ kimi Azərbaycan premyer-liqası legionerlər üçün “arzuların liqası” sayılırdı. Ölkəmizə gəlmək üçün növbəyə duranların sayı-hesabı yox idi. Vaxtilə yaxşı karyeraya malik olanlar, ya da Avropada özünə yer tapa bilməyənlər böyük həvəslə agentlərin zəngini gözləyirdi. O vaxt “Neftçi”ylə “Qəbələ”nin yaxşı maaş verən vaxtlarıydı. “Bakı”yla “Xəzər Lənkəran” pula pul demədən kisənin ağzını açıq qoyurdu. “Simurq”la AZAL da normal əməkhaqqı təklif edirdi. Buna görəydi ki, Azərbaycana axın edən legionerlərin sayına hətta kalkulyator da tab gətirmirdi. Hər transfer dönəmində 20-si gedir, 30-u gəlirdi. Adam bilmirdi, hansından yazsın, hansını tanıtsın.
Bir çoxları aldığı əməkhaqqının qarşılığını verməyi bacardı. Elə buna görədi ki, illər keçsə də, azərbaycanlı futbolsevərlərin yaddaşında qalmağı bacarıblar. Əlbəttə, belələri çoxdu. Aralarından daha çox tanınanları seçib, hazırda hansı ölkələrdə top qovduqlarını araşdırdıq.
Reynaldo
Birvaxtlar azərbaycanlı futbolsevərlərin “könlündə taxt salan” braziliyalı universal futbolçunun hətta millimizin formasını geymək şansı da vardı. 2013/14, 2014/15 mövsümlərində xarüqələr yaradan “9 nömrə” iki ildə 36 qola imza atmış, 2013/14 mövsümünün bombardiri adını qazanmışdı. 3 dəfə Azərbaycan çempionu olmuşdu. Aldığı zədə onu xeyli geri salmışdı. Bir az da özünə arxayınlıq və tüfeyli həyata həvəs göstərməsi... Azərbaycandakı uğurlu karyerasına son qoymuşdu. 2016-nın qışında o vaxt üçün yaxşı sayılacaq pul qarşılığında “Adanaspor”a üz tutsa da, superliqada meydana ayaq basdığı 9 qarşılaşmada qol vura bilmədi. Heç PTT liqasında da ümidləri doğrultmadı. Bir ay əvvəl isə Slovakiyaya üz tutdu. Trnava “Spartak”ının heyətində rəsmi oyunda meydana çıxmadan Qazaxıxstana - “Aktobe”yə keçdi.
Çumbinyo
“Qarabağ”ın istər daxili, istərsə də beynəlxalq arenalarda uğur qazanmasının səbəbkarlarından biri idi. 2013/14 mövsümündə Reynaldo parlayanda, Çumbinyo da komandasının “beyni” sayılırdı. O da zədənin qurbanı olmuşdu. Bakıda “Sent-Etyen”lə oyunda zədə alması “70 nömrə”ni xeyli geri salmışdı. Uzun müddət müalicə olunsa da, qayıdandan sonra əvvəlki effekti verməmişdi. Belədə 2016-nın qışında yenidən “Atromitos”a üz tutmağa məcbur olmuşdu. Həmin komanda ki, “Qarabağ”a məhz ordan keçmişdi. 2015/16 mövsümünü orda başa vurmuş, 2016-nın yayında başqa bir yunan klubu “Levadiakos”a keçmişdi. Bu gün də həmin komandanın uğurları üçün tər tökür. Pis-yaxşı oynayır, lakin yunan azarkeşlərin illər əvvəl görməyə alışdığı həmin Çumbinyo deyil.
Leroy Corc
2013/14, 2014/15 mövsümlərində “Qarabağ”da parlayan futbolçularından biri də o idi. Sağ cinahda inamlı çıxışıyla seçilən “41 nömrə” baxımlı keçidləri və öldürücü zərbələri ilə tanınırdı. Bunun nəticəsidi ki, cinah yarımmüdafiəçisi olmasına baxmayaraq, 2 mövsümdə rəqib qapılarına 19 dəfə yol tapmışdı. Lakin o da Reynaldo kimi xoşbəxtliyi Türkiyədə axtarmaq qərarına gəlmişdi. PTT liqasında “Göztəpə”nin heyətindəki ilk ili – 2015/16 mövsümü pis alınmamışdı. 26 oyunda 6 qol vurmaqla ümidləri doğrultmuşdu. Lakin sonrakı mövsümdə nə “Göztəpə”də, nə də “Adana Dəmirspor”da özünə əsas heyətdə yer edə bildi. 2017-də Koreyaya üz tutdu. Hazırda “Melbrun Viktori”nin üzvü sayılır. Avstraliyada 21 oyunda 5 qol vurmaqla hələ ki adından söz etdirməyi bacarıb.
Culius Vobay
Bu ad-soyadı unutmaq çətindi. Özünəməxsus oyun üslubu, öldürücü zərbələri və driblinqləri ilə seçilən syerra-leoneli yarımmüdafiəçi “Xəzər Lənkəran”ın, ardınca “Neftçi”nin formasında xarüqələr yaradırdı. Vaxt var idi, “Neftçi”ni Vobaysız təsəvvür etmək mümkün deyildi. Sağ cinahda sərgilədiyi oyunla rəğbət qazanmağı bacarmışdı. “Ağ-qaralar”ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olmuşdu. Həmçinin çempion olmuş, ölkə kubokunu başı üzərinə qaldırmışdı. 2015-də “Neftçi”dən ayrılandan sonra Lüblyana “Olimpiya”sına üz tutmuş, ardıcıl iki mövsümü Sloveniyada keçirmişdi. “Olimpiya”da da çempion olmuş, kubokun finalında oynamışdı. Lakin ötən ilin yayından bu yana işsizdi. Mayda 34 yaşını tamamlayacaq Culius özünə yeni iş yeri axtarır.
Bahodir Nasimov
O da “Neftçi”nin qızıl dövrünün futbolçularındandı. Güclü texnikaya malik olmasa da, qol duyumu əsas üstünlüyü idi. Gözlənilməyən anda fərqlənməyi bacarırdı. 2010-cu ildə ölkəmizə gəlmiş, ardıcıl 3 il çempionluq sevinci yaşamış, 2 dəfə ölkə kubokuna sahib çıxmışdı. 2010/11 mövsümündə bombardir olmasına son anda Georgi Adamiya imkan verməmişdi. Buna baxmayaraq, bir il sonra bu adı qazana bilmişdi. 2012/13 mövsümünü zədə səbəbindən boşa versə də, 2013/14-də nisbətən özünə gəlib, rəqib qapılarına 7 dəfə yol tapmışdı. 4 il ərzində ağ-qara formada 38 dəfə fərqlənməklə azarkeşlərin rəğbətini qazanmışdı.
Nasimov 2014-ün yayında “Neftçi”ni “Padideh”ə dəyişmişdi. İranda ümidləri doğrulda bilmədiyindən, vətəni Özbəkistana qayıdıb, “Bunyodkor”un şərəfini qorumuşdu. 26 oyunda 8 dəfə fərqlənəndən sonra Cənubi Koreya “Ansan”ına üz tutmuşdu. 23 matçda cəmi 2 qol vurması klub rəhbərliyini razı sala bilməzdi. Bu ilin yanvarında yenidən Özbəkistana qayıdıb. Hazırda “Buxoro”nun uğurları üçün tər tökür.
Nikolas Kanales
Bu futbolçudan bəhs etməmək ədalətsizlik olar. Nasimovdan sonra “Neftçi”nin qol vurmaq məsuliyyətini çiyinlərində daşımış və öhdəsindən gəlməyi bacarmışdı. 2012/13 mövsümündə Bahodir zədədən əziyyət çəkəndə Kanales yetərincə rəqabətli çempionatda 26 qolla bombardir adına sahib çıxmışdı. Pula tamahına sahib çıxa bilmədiyindən 2013-ün yayında “Neftçi”dən ayrılaraq başqa klublara üz tutmuşdu. Sonradan ayrı-ayrı vaxtlarda iki dəfə ölkəmizə dönsə də, əvvəlki günlərini xatırlada bilməmişdi. 2016-da “Neftçi”dən ayrılandan sonra Qazaxıstanda “Okjetpes”, vətənində “Deportes Temuko” klublarının şərəfini qorumuşdu. Bu ilin yanvarında isə Çilinin “Reyncers”inə keçib. Azərbaycandan gedəndən sonra 31 oyunda forma geymək imkanı qazanıb ki, cəmi 3 qol vurub.
Dodo
“Qəbələ” deyəndə ağla Dodoyla Viktor Mendi gəlir. Kluba sadiqliyi ilə seçilən bu iki futbolçu üzun müddət qırmızı-qara rəngə könül verənlərdəndi. 2011-2016-cı illər aralığında 5 il “Qəbələ”nin şərəfini qoruyan “10 nömrə” neçə-neçə məşqçinin rəhbərliyi altında işləsə da, Roman Qriqorçuk onun xidmətinə ehtiyac duymamışdı. Azərbaycanı tərk edəndən sonra Braziliyada - “Joinvil”də forma geymişdi. Lakin öz yerini tapa bilmədiyindən, yenidən Avropaya dönmüşdü. 2016/17 mövsümünün ilk yarısını Yunanıstan “Larissa”sında keçirəndən sonra 2017-nin yanvarında karyerasını başa vurub. Hər halda, sonuncu dəfə meydana ötən il yanvarın 18-də ayaq basması belə düşünməyə əsas verir.
Aleksey Qay
Vaxtilə Donetsk “Şaxtyor”unun heyətində çempionluqları bayram edən, kubokları başı üzərinə qaldıran təcrübəli yarımmüdafiəçinin ölkəmizdə oynamağa razılıq verməsi alqışla qarşılanmışdı. Roman Qriqorçukun dəvəti ilə “Qəbələ”ni seçən “19 nömrə” artıq 2014/15 mövsümündə nəyə qadir olduğunu göstərmişdi. Növbəti birinciliyi isə, sadəcə, məhtəşəm keçirmişdi. 34 qarşılaşmanın həyəcanını hiss etməklə yanaşı, 10 qola imzasını yazdırmışdı. Bununla yanaşı, “Qəbələ”nin tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına töhfə vermişdi.
36 yaşını tamamlayacaq Qay hələ də futbol oynayır. 2016-cı ilin yayında üz tutduğu “Kuban”dadı və komandasının əsas heyət üzvü sayılır. “Qəbələ”dən gedəndən hesabına 11 qol yazdırmağı bacarıb. Ölkəmizdən ayrılan braziliyalılara nümunə olacaq futbolçudu.
Daniel Subotiç
2013/14 mövsümündə bölgə təmsilçisinin heyətində parlaq oyunla yadda qalan ucaboy forvard 2016/17 mövsümünün ikinci dövrəsini də “Qəbələ”də keçirmişdi. Hər iki halda qəbələli azarkşelərin rəğbətini qazana bilmişdi. Ötən yay Azərbaycanı tərk edərək Koreyaya yollanmışdı. 2017-nin sentyabrından noyabrına kimi 11 oyunda meydana çıxaraq cəmi 1 qola imza atması məşqçilər heyətini qane etməmişdi deyə yolların ayrılması qərara alınmışdı. Odu ki, hazırda işsizdi.
Draqan Çeran
Birvaxtlar Azərbaycanda adından söz etdirən hücumçulardan idi. Uca boyu, başla oynamaq bacarığı və solaxay dəqiqə zərbələri üstün keyfiyyətləri sayılırdı. 2013/14 və 2014/15 mövsümlərində “Simurq”u Çeransız təsəvvür etmək, sadəcə, mümkün deyildi. İlk ilində Reynaldoya, ikinci mövsümdə Nurlan Novruzova “əlcək atsa” da, bombardir adını qazana bilmədi. Bunun nəticəsiydi ki, 2015-in yayında adı Qurban Qurbanovun siyahısında olan futbolçulardan idi. Lakin pulu üstün tutub, Səudiyyə Ərəbistanına yollandı. “Hajer”də yarım mövsümdə 2 qol vurandan sonra yenidən Avropaya qayıtmaq qərarına gəlmiş, “Vardar”la anlaşmışdı. Makedoniyada da “vuran ayaq” olduğunu sübut edərək, 9 matçda rəqib qapıların 5 dəfə yol tapmışdı. Məhsuldarlığı Çeranı bu dəfə Özbəkistana daşıdı. İlk ildə 12, növbəti mövsümdə 19 qolla azarkeşlərin sevimlisi olmağı bacardı. Hazırda “Nasaf”ın futbolçusudu.
Draqan yeganə hücumçudu ki, Azərbaycanı tərk edəndən sonra qol vurmaq bacarığını bütün komandalarda göstərib.
Nelson Bonilya
“Zirə”nin premyer-liqadakı debüt ilində hamı ondan danışırdı. Fenomenal futbolçu sayılmasa da, sürəti və istənilən vəziyyətdən qol vurmaq bacarığı onu daha çox tanıtdırmışdı. “Qartallar”ın 2015/16 mövsümünü “gümüş”lə başa vurmasında Bonilyanın əməyi az olmamışdı. Dani Kintananın bombardir olduğu mövsümdə Nelson hesabına 14 qol yazdırmışdı. Əslində növbəti mövsümü də “Zirə”də keçirəcəkdi. Sadəcə, “Nasyonal”ın yaxşı təklifi onu yenidən Portuqaliyaya qayıtmağa məcbur etmişdi. 2016/17 mövsümünün ilk yarısını “Nasyonal”da keçirmiş, cəmi 2 qol vurmuşdu. Buna görə də ötən ilin yanvarında PTT liqasında yarışan “Qaziantepspor”a keçmişdi. Türkiyədə də duruş gətirə bilməmiş, 2017-nin yayında Portuqaliyann aşağı dəstə təmsilçisi “Oliveyrense” ilə anlaşmışdı. Bu il Taylanda üz tutub ki, hazırda turistlər ölkəsində “at oynadır”. 4 oyundan sonra hesabına 6 qol yazmağı bacarıb.
Nildo
2012/13 mövsümündə Kanaleslə birgə bombardirlik adı uğrunda mübarizə aparan futbolçu idi. Nə “Bakı”da oynayırdı, nə “Qarabağ”da, nə də “Xəzər Lənkəran”da. Ortabab sayılan AZAL-ın “qol silahı” idi. Texnikası və sürəti hesabına rəqiblər üçün qorxulu yuxu hesab olunurdu. AZAL-dakı parlaq çıxışı “Xəzər Lənkəran” rəsmilərinin diqqətini çəkmişdi deyə 2013-ün yayında Lənkərana üz tutmuşdu. İlk mövsümdə cəmi 8 qol vursa da, növbəti mövsüm Kaxaber Tsxadadzenin istəyi ilə “İnter”ə keçmişdi. Orda isə 22 oyunda 8 dəfə fərqlənməyə müvəffəq olmuşdu. Sonradan “bankirlər”in maliyyə sıxıntısı yaşaması Nildonun gözünü qorxutmuş və o yenidən Polşaya dönməyə qərar vermişdi. Azərbaycanı tərk edəndən sonra mütəmadi Polşanın aşağı dəstə təmsilçisi “Olimpiya”nın formasını geyməklə yadda qalıb. İki ilyarım ərzində 26 görüşdə 9 dəfə fərqlənib ki, sonuncu dəfə ötən ilin noyabrında meydana ayaq basıb. Deyilənə görə, 34 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar