13 mar 00:30olke

Rəşad Sadıqov qardaşını divizion klubuna buraxmayıb

Rəşad Sadıqov qardaşını divizion klubuna buraxmayıb
“Komandamız “Qarabağ”ın tərkibinə daxil olduqdan sonra daha iddialı olacaq”
Yəqin çoxunuz bilmir ki, futzal üzrə birinci liqa təmsilçisi “Qarabağ”ın rəhbəri Rəşad Sadıqovun qardaşı Kamrandı. Komandası da uğurlu çıxış edir. Belə ki, Ağdam təmsilçisi yarışın lideridi. Bir sözlə, “Qarabağ” sadıqovların hesabına futzalda da at oynadır. Kamran Futzal Federasiyasının “feysbuk” səhifəsinə maraqlı müsahibə verib.
- “Qarabağ” futzal komandası necə yaradıldı? İdeya müəllifi kimdi?
- 2016-cı ilin yazında belə bir ideya yarandı. Buna qədər Ağdam komandası əvvəlcə birinci, daha sonra yüksək liqada çıxış edirdi. Həmin komandada oynayan uşaqlar arasında dostlarım vardı. Onlar təklif etdi ki, çempionata komanda burax. Futbola yaxın adam olduğumu bilirdilər. Razılaşdım. Sonra Futzal Federasiyasının baş katibi Mahmud müəllimlə (Mahmud Sadıqov) tanış oldum, fikrimi onunla bölüşdüm. Təsəvvür edin, iştirak üçün 17 komandanın müraciəti təsdilənib, bir yer qalıb. Söhbətimizdən sonra bizə çıxış etmək üçün “yaşıl işıq yandırdı”. Komanda belə yarandı və 2016/17 mövsümünü 7-ci pillədə başa vurdu. Bizimlə oyunlar həqiqətən də maraqlı keçirdi, rəqiblər bizə qarşı daha yaxşı mübarizə aparırdı. Cari mövsümdə isə fərqli çıxış edirik.
- Bu mövsüm uğurlu çıxış edirsiz.
- Açığı, çempionatın əvvəlində birinci yerə yüksələcəyimizi gözləmirdim. Düşünürdüm ki, ötən mövsümü 7-ci pillədə başa vurmuşuq, bu dəfə 4 və ya 5-i tutarıq. Şükürlər olsun ki, hələ işimiz yaxşı gedir. Yekunda necə olacağını zamanı çatanda biləcəyik.
- Cari mövsümün reqlamenti fərqlidi. İki dövrəni zirvədə başa vursaz da, çempion olmaq üçün pley-off oyunlarını qələbə ilə bitirməlisiz...
- Çempionatın əvvəlində keçirilən yığıncaqda belə söhbət oldu. Əvvəl razılaşdıq, ancaq sonradan dəyişiklik edilməsini təklif etsək də, razılaşmadılar.
- Futzaldakı “Qarabağ”ın futboldakı “Qarabağ”la bağlılığı varmı?
- Bağlılıq deyəndə, Rəşad Sadıqovun qardaşı olduğumu bilirsiz. Rəşad da hazırda “Qarabağ”dadı. Bizim bu klubun tərkibinə keçməyimizə bir addım qalıb. Nəticələrimizi izləyirlər, komanda haqda məlumatlıdılar. Ancaq rəhbərliklə hələ üz-üzə oturub bu haqda söhbət etməmişik.
- Amma komandanın oyun formasında “Azərsun”un reklamı yerləşdirilib.
- Ötən mövsüm sponsorumuz fərqli şirkət idi. Bu il heç bir sponsorumuz olmadığına və komandanı özüm maliyyələşdirdiyimə görə bu addımı atdıq.
- Sizə maddi baxımdan dəstək verən varmı?
- Hələ sırf özüm maliyyələşdirirəm komandanı. Bir-iki nəfər birinci dövrədə kömək etdi. İndi hər şeyi özüm edirəm.
- Bəs Rəşad?
- Yox, Rəşad hələ maddi dəstək vermir.
- Ümumiyyətlə, Rəşad futbolda səndən daha təcrübəlidi. O, bu ideyanı, addımını necə qarşıladı?
- Rəşad məni futboldan uzaqlaşdırıb. İmkan vermir futbol sahəsinə daxil olum. Halbuki futbolla bağlı arzularım olub. İstərdim ki, futbol komandam olsun, divizionda çıxış etsin. Ancaq qardaşım imkan verməyib. Bu il divizion klublarından biri məni komandanın rəhbəri vəzifəsinə dəvət etmişdi. Di gəl ki, Rəşad icazə vermədi. Bu futzal komandası olduğuna görə bir söz demir. Komandamız “Qarabağ” klubunun tərkibinə daxil olduqdan sonra daha iddialı olacaq və yüksək liqada çıxış edəcəyik.
- Rəşad komandanın nəticələri ilə maraqlanır?
- Hamısından xəbərdardı.
- Bəs canlı izləmək istəmir oyunlarınızı?
- Yəqin pley-off mərhələsinin oyunları zamanı onu da dəvət edəcəm.
- Məsləhətləşirsiz?
- İndi ondan məsləhət almıram. Sadəcə, nəticələrimiz və oyunlarımızla bağlı məlumat verirəm. Komandamızın baş məşqçisi var - Nəsimi Nuriyev. Onun futzalı yaxşı bilməsinin komandaya faydası çoxdu.
- Necə düşünürsən, “Qarabağ” böyük futbolda qazandığı uğurları futzalda da əldə edə bilər?
- İnanıram, biz bura onun üçün gəlirik. Birinci liqada vaxt keçirmək niyyətində deyilik. Növbəti il yüksək liqada oynamaq istəyirik. Orda bir qədər təcrübə topladıqdann sonra 2020-ci ildə Çempionlar Liqasında çıxış etməyi planlaşdırırıq. Futzalda “Araz” ən güclümüzdü. Biz də onlardan sonra Çempionlar Liqasında ölkəmizi təmsil etmək istəyirik. Niyyətimiz budu.
- Deməli, yüksək liqada oynamağı qətiləşdirmisiz?
- Komanda çıxışını ancaq yüksək liqada davam etdirəcək.
- Hazırkı heyətdə elə oyunçular var ki, böyük futbolda hələ də çıxış edirlər. Yüksək liqada oynayacağınız halda buna icazə verilməyəcəyini bilirsiz?
- Yüksək liqada hazırkı 12-13 nəfərlik heyətdən 3, maksimum 4 oyunçu çıxışını davam etdirəcək. Qalanları futzal oynamış təcrübəli oyunçular olacaq.
- Yəqin ki, gözaltı elədiyiniz oyunçular var?
- İşə başlamışam. Pley-offa yaxın, ya da bu mərhələdən dərhal sonra hər şeyi yekunlaşdıracam. Çünki komanda yeni mövsümün startına 2 ay qalmış hazırlığa başlamalıdı.
- “Qarabağ” adı azarkeşləri cəlb etmək baxımından işinizə yarayacaqmı?
- Azarkeşləri indi də gətirə bilərəm. “Qarabağ”ın fanklubunun rəhbəri ilə dostuq. O, deyib ki, nə vaxt istəsən, azarkeşləri oyunlara gətirə bilərəm. Sadəcə, birinci liqada oynadığımıza görə buna ehtiyac duymuram. Ancaq yüksək liqada çıxış etsək, azarkeşlər gələcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar