03 fev 18:42olke

Ukrayna və Rusiya iki, AFFA bir ilə PRO verir

Ukrayna və Rusiya iki, AFFA bir ilə PRO verir
Aprelin 24-də Bakıda AFFA tərəfindən UEFA-nın növbəti PRO kateqoriyalı məşqçi kursu keçiriləcək. Kurs 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq. Məşqçilikdə ən ali dərəcə sayılan kateqoriyanı almaq üçün kurslara 10 yerli, 1 əcnəbi mütəxəssis qatılacaq: Elşad Əhmədov, Samir Abasov, Rəşad Sadıqov, Elçin Rəhmanov, Mik Bennett, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev,Vüqar Məmməd, Mahmud Qurbanov.
Qitə futbol qurumu MDB məkanına daxil olan respublikaların yalnız dördündə PRO kateqoriyalı kurslar keçirilməsinə icazə verir. Bunlar Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandı. Ancaq bizdən fərqli, adını çəkdiyimiz ölkələrdə təşkil olunan kurslar iki ili əhatə edir. Yeri gəlmişkən onu da qeyd edək ki, bir neçə il öncə Rusiya, Ukrayna və Qazaxıstanda da PRO almaq istəyən məşqçilər cəmi bir il əzab-əziyyətə qatlaşırdılar. Lakin sonradan UEFA dərs yükünü azaltmaq, seminarların daha effktli olması üçün tədrisi iki ilə qədər artırmaq qərarı verdi. Bu sahədən məlumatlı olan şəxsdən əldə etdiyimiz bilgiyə görə, Rusiyada hətta A kateqoriyasını əldə etmək üçün məşqçilər iki il seminarlara qatılmalıdı. Ancaq nədənsə bizdə AFFA PRO-ya sahib çıxmaq istəyənləri çox dağa-daşa salmaq istəmir və 12 aya onları məşqçiliyin zirvəsinə yüksəltmək istəyir.
Apreldə təşkil olunacaq kursların müddətinin qısa olmasının səbəbini aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunu aradıq. Mikayıl bəy məsələ ilə bağlı assosiasiyanın Texniki Departamenti ilə əlaqə saxladıqdan sonra bunları söylədi: “Mənə bildirdilər ki, Ukraynada da PRO kursları bir ildi. Onlar hazırda Ukraynada təhsil alan Samir Əliyevlə danışıblar. Əliyev təsdiq edib ki, PRO-nu almaq üçün bir il seminarlara qatılıb və fevralda son imtahan olacaq”.
Mikayıl bəyə “Ukraynada təşkil olunan PRO kusrlarının müddəti iki ildi” söyləsək də, AFFA rəsmisi Texniki Departamentin daha dəqiq məlumata sahib olduğunu bildirdi.
Bu məsələdə bizim, yoxsa assosiasiyanın Texniki Departamentinin əməkdaşlarının daha düzgün məlumata malik olduğunu bilmək üçün Samir bəylə birgə Ukraynada təhsil alan, hazırda “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının “sükanı arxasında” olan Elbrus Məmmədovla əlaqə saxladıq. Onu da bildirək ki, Elburs bəylə Samir Əliyev kusrlara birgə qatılıblar: “Ukraynada təşkil olunan PRO kursu ikiillikdi. Biz 2015-in iyununda ora yollanmışdıq. Bu il fevralın 6-da son imtahanımız olacaq. Sınaqdan uğurla keçənlər mayda PRO kateqoriyasına sahib çıxacaqlar. Ümumiyyətlə, PRO kateqoriyasının müddəti hər ölkədə müxtəlif ola bilər. Hər şey ölkə çempionatının təqviminə uyğunlaşdırlır ki, kursa qatılan mütəxəssislər işlərindən çox ayrı düşməsinlər. Əvvəlki illərdə PRO almaq üçün 180 saatlıq dərs proqramı tətbiq olunurdusa, indi bunu 360 saat ediblər. Məsələn, İslandiya kimi soyuq ölkədə çempionat cəmi 3 ay davam edir. Orda PRO kateqoriyasını almaq istəyən məşqçi 9 ayda buna nail ola bilər. Ancaq Rusiya və Ukraynada bu kursa qatılanlar 2 il məşğələlərdə iştirak etməlidi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar