12 mar 13:41olke

İlk və son oyun…

İlk və son oyun…
Yazıçı-pedaqoq, fəlsəfə doktoru, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda dosent vəzifəsində çalışan Allahverdi Eminov “Futbol+”in redaksiyasına irihəcmli müəllif yazısı göndərib. Ötən əsrin 90-ci illərinin əvvəlində “Payıza qədər” romanı ilə böyük populyarlıq qazanan, yaşının ahıl çağında futbola biganə qalmayan Allahverdi müəllimin yazısını təqdim edirik.
5-ci yazı

Tarix boyunca “Neftçi”nin müdafiəçiləri hücumçulardan zəif təsir bağışlayıb. Baxmayaraq ki, arxa xətdə Morqunov, Yaşar Babayev, Akif Manafov, Tofiq Axundov, Adil Babayev, Vladimir Bruxti, Robert Çançaneyşvili kimi simalar vardı. Hücumçuların xəstəliyisə qapı həndəvərinə gəlmək, sonra ya topu itirmək, ya da dəqiq nişan almamaqdı. Mən güclü zərbəyə malik futbolçuları əyani xatırlayıram: Tofiq Axundov, Nadir Eynullayev, Elbrus Abbasov, Asif Əliyev (Bədən Tərbiyəsi İnstitutunda tələbəm olmuşdu). O vaxt müdafiəçilər hücuma nadir hallarda qoşulurdu. İlboyu 1-3-5 arasında qol vururdular. Bizdə Tofiq bu vəzifəni ustalıqla yerinə yetirirdi.
Elbrus Abbasova Allah-təala həm boyun-buxun, həm güc-qüvvət, həm də texnika vermişdi. Əvəzedici heyətdə az oynadı, əsas heyətdə özünü möhkəmlətdi. Kutaisi “Torpedo”suyla Bakıdakı oyunda 7 qoldan 4-nü Elbrus vurdu.
“Neftçi” arada ikinci dəstəyə keçdi. Məhz Elbrusun 27 (cüzi səhv edərəm) qolu komandanı yenidən güclülər dəstəsinə çıxardı. Mən Bədən Tərbiyəsi İnstitutunda yarımştat dərs aparırdım birinci kursda, “Pedaqogika”dan. Qrupumda Asif Əliyev də oxuyurdu. Tanınan idmançılar az-maz dərsdə iştirak edirdilər. İmtahana gəlirdilər. Mən Asifi sona saxladım söhbət etmək üçün. Soruşdum ki, komanda necədi (söhbət 1977-1980-ci tədris illərindən gedir). Asifin cavabı: “Müəllim, bizim canımızı ikinci dəstədən qurtaran Elbrus Abbasov oldu. Siz ki onun oyunlarına baxırsız”. Həqiqət idi bu! Ona “yaxşı” qiymət yazdım. Arabir, çox sonralar biz rastlaşırdıq. Asif yanıma tələsər, əl verib görüşərdi. Bu sarışın çalarlı oğlan: «müəllimimi unuda bilmərəm. Siz tanınmış alimsiz, məni yanınıza çağırıb futbola aid xeyli suallara cavab istədiz. Yüksək qiymət yazdız. Haqqımız yoxdu idmançı olaraq öz müəllimlərimizi unudaq”. Səmimi deyərdi. Mən Asif Əliyev kimi futbolçu tələbəmlə öyünürəm.
Müasir futbolun bəzi islahatlara ehtiyacı var, lakin bircə texnologiyaya yox. Hərçənd bu haqda söz-söhbətr dolaşır. Amma hakimin mövqeyini müqəddəsləşdirmək düzgün olmazdı. AÇ-2012-də Ukrayna millisinin oyununda hakimin açıq-aşkar riyakarlığı bütün dünyada azarkeşlər tərəfindən pis qarşılansa da, UEFA-nın prezidenti, ötənlərin məşhur hücumçusu Platini tükünü də tərpətmədi. Bir səhv bir ölkənin futbol imicinə zərbə endirdi. Belə hallara yol verməmək üçün bir vasitə, yol tapılmalıdı. Fikrimcə, mübahisəli anları təkrar göstərmək, hakimlər “üçlüy”ünün öhdəsinə buraxmaq lazımdı. Baş hakim də, azarkeşlər də əyani görməlidi. Baş hakim mövqeyində qalarsa, ya fasilədə, ya da fasilədən sonra (mübahisəyə operativ şəkildə nöqtə qoyulmalıdır. Hakim səhvdisə, boş iddiadıdısa, futboldan uzaqlaşdırılmalıdır. Oyunun nəticəsinə birbaşa təsir göstəribsə, həmin oyun təkrar keçirilməlidi. Unutmayaq ki, oyunun taleyini 22 oyunçu həll edir, minlərlə azarkeş oyunu izləyir, onların arxasında isə ölkə, xalq dayanır. Bir hakim bu sadalanan subyektlərə qarşı durmamalıdı.
11 metrlik zərbənin də islahata ehtiyacı var. Komandanın məşqçilərinin meydançanın texniki zonasına buraxılmasına qadağa qoyulmalıdı. Az qala onlar meydançaya addım atsın. Bu tabu ona görə lazımdı ki, müdaxilə bütün müsbət (həmişə belə olmur) cəhətlərilə bərabər, komandaya mənfi psixoloji təsir edir. Beyindəki “mizanları”, proqnozları dəyişir, alt-üst edir. Oyunun gedişində məşqçi müdaxiləsi boş təşəbbüsdü. Bu halı 60 ildən artıq azarkeş müşahidələrim təsdiqləyib. Məşqçinin müdaxiləsi hakimin əsəblərinə toxunmaya bilmir. Belə ki, ona məşqçinin ya söz, ya da jestlərlə irad tutması yolverilməzdir, hətta səhvə yol vermiş oyunçu özünə haqq qazandırır… Bir sözlə, məşqçi müdaxiləsi reklamdan başqa bir şey deyil!
Keçmişdən fərqli bu gün meydanda oyunçuların səliqə-sahmanı, hətta gigiyenik intizamı bərbaddı. Oyunçular yüzminlərlə tamaşaçıların qarşısına görün necə çıxır. Maykaları sallanır, üzünü tük, saqqal basır, rejissor yaxından göstərəndə futbolçudan iyrənməyə bilmirsən. Bir yandan da əllərini, qollarını, bədənlərini döydürürlər, elə bil palçıqla suvamışlar. Yəqin bir-iki ilə alınlarını, sir-sifətlərini də bu eybəcər kökə salacaqlar! Milyonlarla adam, hətta qız-qadınlar, məktəblilər, həkimlər və s. insanlar ekranda belə vəziyyəti görəndə zövqləri korlanır. Hər bir futbolçu eyni zamanda zahiri görkəmi ilə də xoş təəssürat, estetik zövq bağışlamağa borcludu. Qaradərili futbolçuların saçlarına oyun açmasarı – sanki şanapipikdi – xoşagəlməz imicdi. Hansı dövrdü? Bu, yeniyetmə və gənclərə də sirayət etməkdədi. Şagirdlərimiz özlərini onlara oxşadırlar! Xatırlayıram ki, Mərkəzi Ordu İdman Klubunun (Moskva) mərkəz müdafiəçisi vardı, soyadı Xidiyatullin,) səliqəsiz idi. Bir oyunda maykası çıxmışdı ətək hissədən, pinti təsir bağışlayırdı. Bir dəfə ona xəbərdarlıq etsə də, təkrar halda baş hakim Xidiyatullinə yaxınlaşdı və maykasından dartdı, sarı vərəqə göstərdi.
Yaşıl meydançaya fərəhlə, enerji, fantaziya ilə ayaq basan futbolçu ağlına gətirmir ki, illər keçəcək – qapıdan keçirdiyi top kimi bu dəfə stadiona toplaşmış azarkeşlər onunla son vida oyununa baxacaqlar. Bəli, mərhum şairimiz Adil Rəsul “Son oyun” şeirində bu hissləri gözəl qələmə alıb.
Stadion.
İynə atsan düşməz yerə.
Oynayır on nömrə,
O tələsir, o çalışır,
əvəzsizdi ona hər an.
Bu gün top da rəqib olub
qaçır ondan.
Oyunçular çevik, cavan,
qaçışlar da sürətlidi.
Bir vaxt onda belə idi.
Ürəyində bu gününə
ilham dolu bir məhəbbət,
qıçlarında
dünəninə səpələnmiş
qüvvət, sürət.
O, tələsir, o çalışır,
qapı yaxın, arzu uzaq.
Son oyunda
ilk dəfə o,
on dəqiqə oynayacaq.
İşə bir bax –
sonra o da
stadionda
oyunçu yox,
tamaşaçı olacaq.
On dəqiqə,
son dəqiqə
yetir sona.
Elə bu an
biri gəlir,
osa çıxır meydançadan.
Başqasını stadionda
belə əvəz eləmişdi
bir zaman o da.
13.07.2016
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar