09 mar 00:39olke

“Birinci divizionda əvəzedici komandaların yarışması mümkündü”

“Birinci divizionda əvəzedici komandaların yarışması mümkündü”
Elxan Məmmədov Qurban Qurbanovun maaşını açıqlamadı
AFFA-nın Hesabat Konfransından sonra İcraiyyə Komitəsinin (İK) toplantısı keçirildi. Ardınca isə assosiasiyanın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı baş tutdu. Elxan bəy sualları cavablamamış İK-da müzakirə olunan məsələlər barədə açıqlama verdi.
- İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ yer almışdı. Onlardan biri Futzal Federasiyasının hesabatı idi. Yığmamızın Avropa çempionatındakı çıxışı ilə bağlı hesabat verildi. Bundan başqa, çimərlik futbolu yığmamızın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi. Zeynal Zeynalov bu vəzifəyə təsdiq olundu. Araşdırmaq lazımdı, bəlkə də Zeynalov bir mövsümdə 3 yığmanın – əsas, futzal və çimərlik millisinin heyətində fərqlənən yeganə futbolçudu. Danışılmış oyunlarla bağlı məsələ də müzakirə olundu. Təssüf ki, bu gün də bununla bağlı UEFA-dan ciddi siqnallar gəlməkdədi. Məlumatlar məxfidi. Ancaq İK üzvlərinin hər birinə bununla bağlı məlumat verildi. Mübarizəni davam etdirəcəyik. Bundan başqa, veteran futbolçulara təqaüd ayrıldı. İki nəfərə xüsusi, dördünə isə adi təqaüd veriləcək. Həmiçinin media əhlini narahat edən Media Komitəsinin fəaliyyəti də nəzərədən keçirildi. Komitənin işi ilə bağlı Firuz Abdulla ətraflı məlumat verdi. İK üzvləri hesabatı dinlədikdən sonra komitənin fəaliyyətinin davam etdirilməsi qərara alındı. Lakin bu dəfə işlər yeni formatda olacaq. Komitənin işə başladığı ilk il uğurlu oldu. Amma ikinci ildə problemlər yarandı. Apreldə yenidən bir araya gəlib komitənin gələcək fəaliyyətini müzakirə edəcəyik.
- Konfransda çıxış edərkən uşaq futbolunda inkişaf olduğunu dediz. Ancaq hesabatda premyer-liqa klublarının nəzdində fəaliyyət göstərən müxtəlif yaş qruplarının sayının azaldığı qeyd olunub.
- Biz uşaq futbolunu iki yerə bölürük: premyer-liqa klublarının tərkibində olan akademiyalar və kütləvi futbol. Elitada klubların sayı azaldığından ötən illə müqayisədə uşaq komandalarının da sayının azalması normaldı. Bir var 10,12 klubun nəzdində fəaliyyət göstərən aşağı yaş qrupları üzrə kollektivlər, bir də var 8 klub. Bu sahədə azalma olsa da, kütləvi futboldakı komandaların sayı artır. Əvvəlki illərdə bölgədə təkcə 11 yaşlı futbolçulardan ibarət komanda var idisə, bu il artıq həmin bölgə U-13 liqasında da çıxış edir. Artım deyərkən mən məhz bu məqamı nəzərdə tutmuşam.
- Danışılmış oyunlarla bağlı problemdən danışdız. Elə olmaz ki, 1-ci divizionda əvəzedicilərdən ibarət komandalar və hazırda aşağı dəstədə mübarizə aparan, ancaq imici ləkələnməyən klublar oynasın. Bununla da bütün problemlər yoluna qoyular.
- Bu barədə İK-nın iclasında müzakirə oldu. Ancaq heç bir qərar qəbul olunmadı. Ola bilsin, başqa ölkələrin təcrübəsindən istifadə edək. Birinci divizionda əvəzedici komandaların yarışması da mümkündü. Bu məsələni bir neçə gün öncə millinin baş məşqçisi Qurban Qurbanovla da müzakirə etdik. İstərdim ki, Klublar Komitəsinin iclasında da bu məsələ gündəliyə çıxarılsın.
- Əvvəlki Hesabat Konfranslarından sonra AFFA prezidenti də jurnalistlərin qarşısına çıxıb sualları cavablayırdı. Bu dəfə iştirak etməməsinin səbəbini bilmək istərdik (sualı AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla cavabladı).
- F.A.: Rövnəq Abdullayevin iş qrifiki sıx olduğundan bu dəfə mətbuat konfransına qatıla bilmədi.
- Premyer-liqada azarkeş sayının azalması barədə nə deyə bilərsiz? Ötən il “Kəpəz”in oyunlarını yetərincə tamaşaçı izləsə də, cari mövsümdə bu yöndə durum dəyişib.
- Komanda sayının az olması azarkeş sayına da təsir göstərir. Ancaq elə komandalar var ki, onların iştirakı ilə keçirilən matçlarda azarkeş sayında artım hiss olunur. Məsələn, “Sumqayıt”. Son oyunlarda Sumqayıt stadionunda azarkeşlər ayaqüstə oyunu izləyirdilər. Həmin arenada əlavə tribunalar quraşdırılsa, azarkeş sayını 3 minə qədər çıxarmaq olar. O ki qaldı “Kəpəz”ə, bu, çox güman, komandanın çıxışı ilə bağlıdı. Klublar da azarkeş sayının artması ilə bağlı iş görməlidi. Müxtəlif tədbirlər, promo-aksiyalar keçirməlidi.
- Klublar Komitəsindən danışdız. Sanki bu qurumun son vaxtlar qəbul etdiyi qərarlar adiləşib...
- Biz AFFA olaraq bir platforma yaratdıq - Klublar Komitəsi. Klublar bundan səmərəli istifadə etməlidi. Biz gündəliyi futbol ictimaiyyətinin rəyi əsasında hazırlayırıq. KK-nın mövqeyi həmişə nəzərə alınır.
- Kamran Quliyev KK-nın sədri olarkən demişdi ki, ölkə telekanallarında futbola aid verilişlər azalıb. Bu gün iki telekanalı nəzərə almasaq, heç birində futbol proqramları yoxdu. Halbuki həmin verilişlərdə hətta autsayderlərin durumuna toxunulurdu ki, bu da bir növ çempionatın reklamına xidmət edirdi. İK-nın iclasında bu məsələ müzakirə olundu?
- Azərbaycanda iki idman telekanalı var. Məncə, bu gözəldi. Sevindirici haldı ki, bu telekanallarda futzal, birinci divizionun oyunları göstərilir. Əvvəllər bu cür yarışları heç görmürdük. O ki qaldı başqa telekanallara, onlar bazarın tələbi əsasında fəaliyyət göstərir.
- “Sumqayıt” bu günə kimi avrokuboklara vəsiqə qazana bilməyib. Ancaq komanda bu il qitəmiqyaslı turnirlərə qatılmağa çox yaxındı. Belə bir vəziyyətdə klub prezidenti Kamran Quliyev “Neftçi”yə göndərildi. Bu ideyanın müəllifi kim idi? Bundan başqa, kluba hələ də daimi əsasla çalışan prezident təyin olunmayıb. Konfransdan öncə Rövnəq Abdullayev ayaqüstü Riad Rəfiyevlə salamlaşdı və “Sumqayıt”a gedirsən, təbrik edirəm” dedi. Bu məsələyə də aydınlıq gətirməyinizi istərdik.
- Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə keçməsi öz qərarı idi. Çox güman, klubun təsisçilərindən təklif alıb və onu müsbət dəyərləndirib. Həm də o qərar verməmiş klubun Müşahidə Şurasının sədri Muxtar Babayevlə görüşüb. Rəhbərliyin xeyir-duasından sonra qərar verib. O ki qaldı Riad Rəfiyevə, Rövnəq müəllim bəlkə onu ad günü ilə bağlı təbrik edib (gülür). Özü mənə müraciət edərək, “Sumqayıt”dan təklif aldığını bildirdi. Ancaq onunla yanaşı, daha üç nəfərə təklif gəlib. Riadı soruşduz deyə təsdiqlədim. Digər namizədlər barədə isə etika xatirinə danışmaq istəmirəm. Biz ancaq hansısa klub məsləhət istəyəndə, kimisə tövsiyə edirik. Məsələn, zəng edib soruşurlar ki, “filankəs sizdə işləyir, necə işçidi”? Biz də fikrimizi bildiririk. Bəlkə mənə də təklif gəlir, onu deyim ki, gəlmir (gülür). Ancaq belə şey olsa, mən də gedib rəhbərliklə məsləhətləşərəm. AFFA-dan kimsə hansısa kluba gedirsə, bu o demək deyil ki, onları assosiasiya göndərir. Məsələn, “CBC Sport”un əməkdaşı bu yaxınlarda hansısa kluba getdi. Ancaq heç kim demir ki, Volkan bəy öz işçisini kluba göndərdi. Bizdə eyni hal yaşanan kimi “AFFA kluba öz adamını göndərdi” deyirlər.
- UEFA İcraiyyə Komitəsinin üzvü Con Deleyni Bakıya konfransıda iştirak etmək üçün gəlmişdi. Əsas məqsəd danışılmış oyunlarla bağlı müzakirələr aparmaq idi?
- Bu, sadəcə, prosedur qaydasıdı. Con Deleyni UEFA İcraiyyə Komitəsinin üzvüdü. Ötən il, ondan əvvəlki ildə də ali futbol qorumunu təmsil edən nümayəndələr konfransa qatılıblar. Konfransın nə vaxt keçiriləcəyiylə bağlı məlumatı biz iki ay öncə qitə futbol qurumuna ötürürük. Onlar da öz nümayəndələrini həmin vaxt Bakıya ezam edirlər. UEFA-nın “Het-trik” layihəsinin nümayəndəsinin gəlməsinə səbəb bu qurum tərəfindən ayrılmış vəsaitə nəzarət etməkdi.
- Hesabatda 2017/18 mövsümü üçün elita təmsilçilərinin gəlirlərinin 21, xərclərinin isə 31 faiz artdığı əks olunub. Bu isə “maliyyə feyr-pleyi”nin pozulması deməkdi. Son illər UEFA bu məsələyə xüsusi diqqət ayırır. “Maliyyə feyr-pleyi”ni pozduqlarına görə klublarımıza hər hansı sanksiya tətbiq olunmayacaq ki?
- “Maliyyə feyr-pleyi”nə düşən konkret rəqəm var. Büdcəsi 5 milyon avroyaq qədər olan klublar üçün belə qorxu yoxdu. Bizdə bu limiti aşan cəmi iki klub var. Bir də ki, UEFA gəlirlə xərc arasında 30 faizdən yuxarı fərq olduqda həmin klubun fəaliyyətini araşdırır. Məsələn, “Qarabağ”a görə bizə sorğu göndərilmişdi. Biz də cavabladıq. Gördülər ki, hər şey qaydasındadı.
- Növbəti ildə premyer-liqada daha çox komandanın çıxış etməsi müzakirə olundu?
- Bəli, olundu. Ancaq bizim əsas problemimiz birinci diviziondakı danışılmış oyunlardı. Bilməliyik ki, hansı klublar “təmizdi”. Fikrimcə, 10 komanda olsa, daha yaxşı olardı. Klublar lisenziya ilə bağlı sənədləri də qaydasına salmalıdı. Hazırda minimum həddəyik. 8 komandalı çempionatın qalibinin Çempionlar Liqasının qrupunda oynaması da bir qədər təzadlı görünə bilər. Buna baxmayaraq, “Qarabağ” bunu bacardı.
- Qurban Qurbanovla Millətlər Liqası barədə müzakirələr oldu?
- Xeyr, bu barədə söhbət olmadı. Səbətlər İK-nın dekabrda keçirilən iclasında məlum olduğundan, müzakirələr o vaxt aparılmışdı. Bilirdik təxminən hansı komandalarla düşə bilərik. Onların səviyyəsi aydın idi. Bu məsələ ilə bağlı Qurban bəylə danışmışdıq. O, hələ yenidi. Buna görə indidən nəsə tələb etmək düzgün deyil. Həm də milli onun rəhbərliyi altında cəmi bir oyun keçirib. Qarşıda yığmanın yoxlama oyunları olacaq. Hələ ki 3 yoxlama görüşü keçirəcəyimiz dəqiqləşib. Daha birinin təşkili ilə bağlı söhbətlər gedir. Bu oyunlardan sonra - seçmə mərhələdən öncə onun fikirlərini öyrənəcəyik.
- Bu gün birinci divizionda “Sabah”, “Xəzər” kimi komandalar var. Bu komandaları izləyirsiz?
- Əlbəttə, izləyirəm. “Sabah” “Vətən” klubunun komandasıdı. “Xəzər” isə bu yaxınlarda Antalyaya getmişdi. Bu komandalara vəsait ayrılması sevindiricidi. Ancaq bu həm də təhlükəli ola bilər. Qısa vaxtda komandaların elitaya yüksəlməsi ziyan da verə bilər. UEFA-nın tələbi var ki, klub avrokuboklarda iştirak etmək üçün ən azı 3 il peşəkar səviyyədə çıxış etməlidi. Bu klubun nümayəndələri ilə görüşdə də tələsməmələrini məsləhət bildim. Bizə komanda yox, klub lazımdı. Gəlin etiraf edək ki, birinci divizionda daha çox komanda var, nəinki klub. Klubun aşağı yaş qrupları və müəyyən infrastrukturu olmalıdı.
- Ötən iclasda Qurban Qurbanovun əməkhaqqına toxunmadız. Bəlkə bu dəfə baş məşqçinin məvacibini açıqlayasız…
- Bu məxfidi. Müqaviləyə əsasən bu məsələ gizli qalmalıdı.
- Müəyyən şübhələrə görə aşağı dəstə təmsilçiləri arasında premyer-liqaya yüksələ biləcək komandaların sayının az olduğunu bildirdiz. Hesabatda 2 elita, 5 birinci divizion klubunun AFFA-dan maliyyələşdirildiyi göstərilib. Assosiasiyanın hesabına ayaqüstə duran komandalarda da problemlər var?
- Bəli, biz maliyyələşdiririksə, o demək deyil ki, hər şey əla vəziyyətdədi. O klubların öz rəhbərləri var. Bu klubların maliyyə məsələsində şəffaflığı əsas götürürük. Hər şeyi düzgün araşdırmaq lazımdı. Biz həmin klublardan yerli oyunçulara oynamaq şansı yaratmalarını tələb edirik. Düzdü, bəzi klublarda legioner görmək olar. Amma bunu öz vəsaitləri hesabına edirlər. Bu gün birinci diviziondan premyer-liqaya keçən futbolçular təxminən 2 faiz təşkil edir. Bu çox azdı. Lakin ola bilər ki, həmin 2 faizdən gələcəkdə istedadlı oyunçular çıxsın.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar