09 mar 00:30olke

80 mini ötdü

80 mini ötdü
AFFA-nın İntizam Komitəsinin növbəti iclası ənənəvi tarixdə yox, çərşənbə axşamı baş tutub ki, yerdəyişmənin səbəbi dünən assosasiyadakı sıx qrafik, keçirilən tədbirlərlə bağlı idi. Beləliklə, komitə premyer-liqada və əvəzedicilərin çempionatında 18-ci, divizionda isə 16-cı turda baş verən qayda pozuntularını müzakirə edib, hüquqi qiymət verib. Premyer-liqa təmsilçilərindən son turda üz-üzə gələn “Qəbələ” ilə “Neftçi” “tilova düşüb”. Paytaxt təmsilçisi 4 sarı vərəqəyə görə 800 manat cərimə ödəyəcək. Meydan sahibləri isə para mənasında daha az itki ilə üzləşib. 83-cü dəqiqədə “son ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılan Yusif Nəbiyev 200 manat cəriməyə şərait yaradıb. Üstəlik, müdafiəçi 19-cu turda komandasına kömək edə bilməyəcək.
Əvəzedici heyətlərin yarışında isə 2 oyunda qayda pozuntusu baş verib. Maraqlıdı ki, həm “Zirə” – “Keşlə”, həm də “Kəpəz” – “Səbail” oyununa görə çıxarılan qərarlar bir tərəfin əleyhinə olub. Paytaxt təmsilçilərinin görüşündə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 400 manat cərimə olunan “Keşlə”ni Emil Əliyev daha 100 manat “tərlədib”. Oyunun 90-cı dəqiqəsində ikinci xəbərdarlıqdan sonra “qırmızı” alan futbolçu həm də bu gün növbəti tur çərçivəsində “Neftçi” ilə matçı tribunadan izləməli olacaq. “Səbail” də sarı və qırmızı vərəqəyə görə ayrı-ayrılıqda ziyana düşüb. “40-cı maddə”dən başqa, “Kəpəz”lə oyunun 78-ci dəqiqəsində texniki zona qaydalarını pozan məşqçisi Toğrul Əhmədov klubu daha 400 manat “tərlədib”. Bu səbəbdən məşqçi 1 oyunluq cəzalanıb. Beləliklə, “Kəpəz” üzərində qələbə debütanta 800 manata başa gəlib.
Diviziona gəlincə, “Ağsu” – “Sabah” matçında meydan sahiblərinin 7, “Şüvəlan” – “Zaqatala” qarşılaşmasında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da hərəyə 80 manat cərimə deməkdi.
Beləliklə, İK-nın son iclasında klublara 2460 manatlıq cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 81120 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar