09 mar 03:26olke

“Araz” fərqi artırdı

“Araz” fərqi artırdı
Çərşənbə axşamı Bakı İdman Sarayında futzal üzrə yüksək liqada 19-cu turun oyunları baş tutdu. Bəribaşdan qeyd edək ki, son anda turun təqvimində dəyişiklik edilmişdi. Belə ki, əvvəlcədən saat 14.30-da “Araz”la “Marafon”un görüşü planlaşdırılsa da, “Neftçi”nin müraciətinə əsasən mərkəzi oyun günün sonuna, əzəli derbi isə irəli çəkilmişdi. Turun açılış matçında autsayder “Xəmsə” ilə FK.İD qarşılaşdı. Oyun debütantın böyükhesablı qələbəsi ilə başa çatdı. İlk yarını 5:3 üstün başa vuran FK.İD fasilədən sonra, ümumiyyətlə, rəqibə göz açmağa imkan vermədi. Daha 6 qol vuran debütantın heyətində Faiq Əliyevin pokerə imza atdığını vurğulayaq. Əslində gənc futzalçı 5 qol vurdu. Ancaq bunlardan birində avtoqol qeydə alındı.
İkinci oyunda isə əzəli rəqiblər – “Ekol” və “Neftçi” üz-üzə gəlib. Kifayət qədər maraqlı alınan görüşün birinci hissədə qapılara qol vurulmadı. Baxmayaraq ki, hər iki komandanın fərqlənmək üçün şansı var idi. Fasilədən sonra “Neftçi” hesabı açdı. Vahib Xocayev 29-cu dəqiqədə fərqləndi. Amma İlqar Aslanovun yetirmələri üstünlüyünü qoruya bilmədi. Cəmi 3 dəqiqə sonra Fərid Atakişiyev tarazlığı bərpa etdi. “Neftçi”nin oyunçularının daha aqressiv olması sonda komandaya problem yaratdı. 38-ci dəqiqədə “5 cərimə limiti”ni dolduran “ağ-qaralar”ı kapitan Rüfət Balakişiyev məğlubiyyətə sürüklədi. Təyin olunan penaltini - 10 metrlik zərbəni “Ekol”un oynayan baş məşqçisi Radik Əhmədov dəqiq yerinə yetirməklə hesabı komandasının xeyrinə dəyişdi. Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Neftçi” hesabı bərabərləşdirmək əvəzinə üçüncü qolu buraxdı. Öldürücü zərbəni Fərid Atakişiyev vurdu və beləliklə, 3:1 hesabıyla qələbə qazanan “Ekol” 3-cü pillədəki yerini möhkəmləndirdi. “Neftçi” isə əksinə, turnir cədvəlində bir pillə gerilədi. Amma “ağ-qaralar”ın ehtiyatda iki oyununun olduğunu da qeyd edək.
Tura liderlə ən yaxın izləyicisinin dueli ilə yekun vuruldu ki, “Marafon” ilk iki dövrədəki görüşlərdə uduzmuşdu. Gözləmək olardı ki, qış fasiləsində 2 belaruslu, 1 iranlı futzalçı ilə güclənən debütant bu dəfə “Araz”a daha ciddi müqavimət göstərəcək. İnsafən, ilk dəqiqələrdən ərazi üstünlüyünə “Araz” yiyələnsə də, “Marafon” pis mübarizə aparmırdı. O vaxta kimi ki, müdafiədə kobud səhv buraxıldı. Talebi 15-ci dəqiqədə topu komanda yoldaşına ötürərkən onu rəqibə verdi ki, naxçıvanlılar bu fürsəti qaçırmadı. İkinci qolu gözləmək üçün isə bir dəqiqədən də az vaxt lazım oldu. Standart vəziyyət zamanı komanda yoldaşının geriyə ötürməsini ayağının altında saxlamaq istəyən qapıçı Kamran avtoqola imza atdı. Kuryoz qollar “Marafon”un mübarizə ruhunu öldürdü. Belədə lider ikinci hissədə daha rahat oynamağa başladı. Alesio hətta yerlilərə daha çox oynamaq imkanı yaradırdı. Təsadüfi deyil ki, növbəti 2 qola özümüzkülər imza atdı. Əvvəlcə Ramiz uzaqdan qüvvətli zərbə ilə fərqi 3 topa çatdırdı. 27-ci dəqiqədə isə Oqtay “ev tapşırığı”nı dəqiq yerinə yetirməklə adını tabloya yazdırdı. Düzdü, elə həmin dəqiqədə “Marafon” bu qollardan birinin əvəzini çıxdı. Ancaq İlkinin qolu debütant üçün təsəlli oldu. 30-cu dəqiqədə fərq yenidən 4 topa çatdı. Bu dəfə Xətai Bağırov “Marafon”un qapısına yol tapdı. Yeri gəlmişkən, bu, “Araz”ın cari mövsümdəki 100-cü qolu oldu. Ancaq matçda son nöqtəni hesabı açan futzalçı – Tyaqo qoydu. Braziliyalı çempionatda 19-cu qoluna imza atdı ki, belədə bombardir Renat Sultanovla fərq minimuma endi. Beləliklə, “Araz” əsas rəqibini məğlub edərək, xal fərqini artırdı və növbəti çempionluğa bir addım da yaxınlaşdı.
19-cu tur
Xəmsə – FK.İD 3:11 (3:5)
Xəmsə: 1. Rəşad Zeynallı, 12. Ceyhun Yusifov, 13. Novruz İbrahimov, 11. Rüfət Cəlilov (k), 14. Yamin Ağakərimov; 6. Şamo Talıbov, 7. Elçin Zeynalov, 8. Mehdixan Quluzadə, 9. Samir Əmirov.
Baş məşqçi: Novruz İbrahimov.
FK. İD: 1. Ümid Paşayev, 6. Anar Ağayev, 8. Nihad İsmayılov, 13. Ağatahir Əzimov, 10. Faiq Əliyev; 12. Ramil Həsənzadə (k), 3. Raqif Eyvazov, 4. Elvin Quliyev, 9. Elşən İbrahimxəlilov.
Baş məşqçi: Rafael Adbulov.
Qollar: E.Quliyev, 2 (0:1). F.Əliyev, 5 (0:2). F.Əliyev, 7 (0:3). E.İbrahimxəlilov, 9 (0:4). R.Cəlilov, 11 (1:4). S.Əmirov, 19 (2:4). A.Ağayev, 19 (2:5). F.Əliyev, 20-öz qapısına (3:5). F.Əliyev, 21 (3:6). A.Ağayev, 24 (3:7). F.Əliyev, 32 (3:8). N.İsmayılov, 35 (3:9). A.Ağayev, 40 (3:10). E.Quliyev, 40 (3:11).
Vərəqə: yoxdu.
Hakimlər: Ramil Namazov, Əli Cəbrayılov, Yusif Nurullayev.
Hakim–inspektor: Aydın Gözəlov.
6 mart. Bakı İdman Sarayı.

Ekol – Neftçi 3:1 (0:0)
Ekol: 1. İntiqam Babayev (k), 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev; 99. Emin Kürdov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Neftçi: 23. Elnur Zamanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 14. Mehran Əxtəri, 17. Vüsal İsayev, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: V.Xocayev, 29 (0:1). F.Atakişiyev, 32 (1:1). R.Əhmədov, 38-p. (2:1). F.Atakişiyev, 40 (3:1).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim–inspektor: Şahin Cəfərov.
6 mart. Bakı İdman Sarayı.

Araz – Marafon 6:1 (2:0)
Araz: 1. Rövşən Hüseynli, 3. Tyaqo, 6. Eduardo, 13. Qallo, 17. İsa Atayev; 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oqtay Rüstəmli, 10. Rza Toloyi, 11. Xətai Bağırov, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Marafon: 2. Kamran Hacıyev, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 13. Majid Morovati; 12. Kəsra Mehdipur, 4. İbrahim Zeynalov, 8. Renat Sultanov (k), 10. Tofik Əliyev, 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 77. Vyaçeslov Tsvirko, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: Tyaqo, 16 (1:0). K.Hacıyev, 16-öz qapısına (2:0). R.Çovdarov, 23 (3:0). O.Rüstəmli, 27 (4:0). İ.Hacıyev, 27 (4:1). X.Bağırov, 30 (5:1). Tyaqo, 36 (6:1).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Kənan Məlikov.
Hakim–inspektor: Murad Məmmədov.
6 mart. Bakı İdman Sarayı.
1. Araz 16 15 1 0 101-22 46
2. Marafon 17 12 0 5 68-36 36
3. Ekol 16 8 2 6 52-46 26
4. FK.İD 16 5 4 7 64-59 19
5. Neftçi 14 5 3 6 39-37 18
6. Yasamal 15 4 0 11 50-95 12
7. Xəmsə 16 0 2 14 39-118 2
Bombardirlər: Renat Sultanov (Marafon) – 20, Tyaqo (Araz) – 19, Mortoza Cahandost (Yasamal) – 18.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar