06 mar 14:38olke

Gəncə stadionunun direktoru PFL-ə haqq qazandırdı

Gəncə stadionunun direktoru PFL-ə haqq qazandırdı
Mikayıl Nərimanoğlunun evini Cabir İbrahimovun yaxını alıb
Ölkə kubokunun püşkatmasında PFL prezidenti Ramin Musayev finalın Gəncədə keçiriləcəyinə işarə vurmuşdu. Ancaq sonradan məlum oldu ki, ölkənin ikinci ən böyük şəhərinin arenası final qarşılaşmasını qəbul etməyə hazır deyil. Doğrudan da sözügedən idman qurğusunun durumu böyük tədbirləri təşkil etməyə imkan vermir. Budəfəki Gəncə səfəri zamanı arenanı bir daha özüm üçün təftiş edib, tribunaları, ətrafı ilə yaxından maraqlanandan sonra bir daha buna əmin oldum. Ola bilsin, “Kəpəz”in ev oyunlarını televiziya vasitəsilə izləyənlər stadionun durumu ilə bağlı fərqli fikridədi. Ekranda meydan, rənglənmiş tribunalar çox gözəl görünür. Ancaq reallıqda Gəncə stadionunun istər girişi, istər ətrafı, istərsə də tribunaların altı bərbad durumdadı. PFL rəhbərliyi ölkə kubokunun finalını Gəncəyə salmamaqda düzgün addım atıb desəm, yanılmaran.
Elə bizimlə söhbətdə stadionun direktoru Cabir İbrahimov da yetərincə çatışmazlıq olduğunu etiraf etdi, probelmlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı sualımıza isə konkret cavab vermədi: “Bizim stadionun əsas problemi işıqlandırma ilə bağlıdı. Məhz bu üzdən kubokun finalının Gəncədə keçirilməsi məqsədəuyğun hesab olunmadı. Bundan başqa, arenada azarkeşlərin istifadə etdiyi sanitar qovşaqları da yaxşı vəziyyətdə deyil. Bu gün tribunlara 6500 oturacaq quraşdırılıb. Bundan artığı yox idi ki, deyim qalanlarını da yaxın vaxtda quraşdıra bilərik. Bu il ilk növbədə meydan problemini aradan qaldırdıq. Yəqin ki, növbəti mövsüm üçün başqa çatışmazlıqlar da yoluna qoyulacaq. Stadionun vəziyyəti şəhər rəhbərliyinə də məlumdu. Yəqin ki, tezliklə bu məsələyə diqqət ayrılacaq. Ötən dəfə sizinlə söhbətdə stadion ərazisində yeni süni meydanın salınacağını demişdim. Artıq qazıntı işləri başa çatıb və ümid edirəm ki, yaxın vaxtlarda həmin meydan aşağı yaş qruplarının ixtiyarına veriləcək”.
Son günlər mətbuatda “Kəpəz”in Müşahidə Şurasının sabiq üzvü Mikayıl Nərimanoğlunun Gəncənin Sadıllı qəsəbəsindəki evinin satıldığının və həmin mülkü Cabir İbrahimova yaxın olan adamın aldığı barədə xəbərlər dolaşır. İbrahimovla söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Yazılanlarla tanışam. Hətta bəzi saytlarda yazılmışdı ki, İbrahimov evi özünə alıb, sadəcə, sənəd üzrəində başqasının adına qeydiyyatdan keçirilib. Belə bir şey yoxdu. Düzdü, həmin evi mənə yaxın olan adam alıb. Qiyməti də səhv etmirəmsə, yazıldığı kimi 72 min manat civarında olub. Ancaq bu məsələnin məhz mənə heç bir aidiyyatı yoxdu. Biri satıb, başqası alıb, burda nə var ki. Bizim mətbuat qarışqadan fil düzəltməyi xoşlayır. Gəncə o qədər də böyük şəhər deyil ki, nəyisə gizlətmək olsun. Hamı yaxşı bilir ki, evi alan adam kimdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar