Həftəsonu futzal üzrə birinci liqada növbəti turun oyunları keçirilib. “Olimpik Star”da baş tutan turun ilk oyun günündə 4, ertəsi 3 görüş olub. Ən çox qol turun ilk oyununda vurulub. “Yasamal-2”nin böyükhesablı qələbəsinin memarı yenə kapitan olub. Rüfət Hüseynov komandasının 12:1 hesabyla qalib gəldiyi oyunda 8 qol vurub. Autsayder “Gilan”la “Baku Fans”ın dueli gərgin keçsə də, yenə sevinən tərəf ikincilər olub. Günün mərkəzi oyununda isə ADBTİA 3 xalı 3 qolla hesabına yazıb. “Tələbələr” bir müddət turnir cədvəlinin zirvəsində görünən “Green Log”a şans verməyib. “Baku Fire” isə “Standard”dan güclü olub. Bununla da “Baku Fire” ən azı birgünlük də olsa, turnir cədvəlinin zirvəsinə yüksəlib.
Ancaq şərikli liderlər “Qarabağ” və “Hell Energy” sürprizə imkan verməyərək, yenidən mövqelərini ələ keçiriblər. “İtaldizayn”ın güclü müqavimətinə rəğmən, “Hell Energy” minimal hesabla da olsa, qalib gəlməyi bacarıb. “Qarabağ” da U-17 ilə görüşdə həyəcan yaşayıb. Yığma üzvlərinin erkən qolu lideri toparlanmağa məcbur edib. Fasiləyə qədər üstünlüyünü bərpa edən “Qarabağ” ikinci hissədə də qolların davamını gətirib və zirvədəki yerini qoruyub. “Star” – “Yeni Günəşli” dueli də güzəştsiz mübarizə şəraitində keçib. Hesabı “Star” açsa da, “Yeni Günəşli” əvvəlcə tarazlığı bərpa edib, ardınca hesabı lehinə çevirib. Ancaq “Star” intriqanı ölməyə qoymayıb və tezliklə “status-kvo”nu bərpa edib. Sonrakı dəqiqələrdə üstünlüyü ələ keçirən “Yeni Günəşli” yekunda meydandan qalib ayrılıb.
Yasamal-2 – Romana 12:1
Baku Fire – Standard 8:3
Baku Fans – Gilan 4:3
ADBTİA - Green Log 3:0
İtaldizayn – Hell Energy 2:3
Star – Yeni Günəşli 4:6
Qarabağ – U-17 5:1
1. Qarabağ 16 12 3 1 129-32 39
2. Hell Energy 16 12 3 1 97-24 39
3. Baku Fire 16 12 2 2 1116-46 38
4. ADBTİA 16 10 4 2 79-38 34
5. Green Log 16 11 1 4 67-35 34
6. İtaldizayn 16 9 1 6 82-42 28
7. Standard 16 8 0 8 93-58 24
8. Yeni Günəşli 15 7 3 5 60-37 24
9. Yasamal-2 16 8 0 8 85-70 24
10. Baku Fans 16 7 1 8 64-63 22
11. Star 16 2 0 14 38-134 6
12. U-17 15 2 0 13 40-78 6
13. Gilan 16 1 0 15 43-164 3
14. Romana 16 1 0 15 31-198 3