23 fev 02:38olke

PFL yığmaya görə təqvimi dəyişdi

PFL yığmaya görə təqvimi dəyişdi
Peşəkarlıq prinsipi milliyə qurban verilir
PFL cari mövsümün təqviminə əl gəzdirib. Yığmanın mart toplanışı və yoxlama görüşləri, eləcə də növbədənkənar prezident seçkisi ilə bağlı premyer-liqanın və kubok oyunlarının vaxtında müəyyən dəyişikliklər edilib. Çempionatdan başlayaq. 19-cu turun “Kəpəz” – “Qəbələ”, “Keşlə” - “Neftçi” qarşılaşmaları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” oyunları isə bir gün sonra keçiriləcək. Halbuki həmin turun görüşləri təqvimdə matın 10-11-nə nəzərdə tutulmuşdu. Premyer-liqanın 20-ci turundakı “Keşlə” - “Qəbələ” matçı martın 13-də, qalan üç oyun isə ertəsi reallaşacaq. Qeyd edək ki, sözügedən turun qarşılaşmaları daha öncədən 16, 17 və 18 mart tarixlərinə planlaşdırılırdı. Bu “sürüşmələr” yığmanın toplanışı üçün edilib. Seçkiyə görə isə kubokun yarımfinalının ilk oyunlarının vaxtı dəyişdirilib. Belə ki, həmin görüşlər aprelin 11-də yox, bir gün sonra baş tutacaq. Bu “sürüşdürmə” avtomatik premyer-liqanın 23-cü turundakı “Zirə” – “Neftçi” matçının da vaxtının dəyişməsinə səbəb olub. Həmin görüş aprelin 14-dən 15-nə keçirilib.
Əslində seçkiyə görə yarımfinal oyunlarının bir gün sonraya keçirilməsini normal qəbul etmək olar. Bu cür kütləvi tədbirlər zamanı PFL-in oyun keçirmədiyini bilirik. Ancaq yığmaya görə təqvimə əl gəzdirilməsini, qarşılaşmaların “sürüşdürülməsini” anlamaq çətindi. Razıyıq, hamımız millinin uğurunu istəyirik, Qurban Qurbanovun komandanı AÇ-yə aparacağına ümid edirik. Lakin onsuz da təqvimdə yığmanın yoldaşlıq oyunlarına görə 19-27 mart aralığında fasilə idi. Yığma gələn ayın 23-də Belarusla evdə, 27-də isə Makedoniya ilə Antalyada yoxlama oyunları keçirəcək. Martın 18-də tur bitirdi və 20-si milli bir araya gələ bilərdi. Üç gün məşqdən sonra Belarusla oynamaqda hansı problemlərin olduğunu anlamaq çətindi. İndi belə çıxır ki, yığmaya görə çempionatda 16 günlük fasilə yaranacaq. Təsəvvür edin, klublar təxminən 2 aylıq qış fasiləsindən döndülər, 6 tur oynadıqdan sonra yenidən 16 günlük fasilə yaranır. Bu halda futbolçuların hansı durumda olacağını, tonusun necə qorunacağını təsəvvür etmək çətindi. Millinin inkişafı birbaşa futbolçuların klubundakı hazırlığından asılıdı. Hər şeyi bir kənara qoyaq, bəs peşəkarlıq? İllərlə Berti Foqtsu və Robert Prosineçkini belə uzunmüddətli toplanışlara görə qınamamışıq? İndi yenidən həmin dövrə qayıdırıq? Dünyada analoqu olmayan “sürüşdürmələr” ilə hara gedirik? Qurban Qurbanovun yığmaya gəlişinə həm də ona görə sevinirdik ki, əvvəlki kimi çempionatda uzun fasilələr olmayacaq, təqvimlə bağlı dəyişikliklərə son veriləcək. Əvvəldən tərtib olunan təqvim, dolayısıyla həm də peşəkarlıq prinsipi hər şeydən öndə duracaq. Lakin ümidimiz yavaş-yavaş öz yerini təəssüf hissinə buraxır.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar