22 fev 22:30olke

Meydanda huşunu itirən iranlı yenidən qayıtdı

Meydanda huşunu itirən iranlı yenidən qayıtdı
Sadiq Cavid: “İnsana sağlamlığı hər şeydən vacibdi”
Mövsümə “Neftçi”də start verən və ikinci dövrənin son turunda daha çox səhhətində yaranan problemlə yadda qalan Sadiq Cavid bundan sonra “Yasamal”ın formasını geyəcək. Başqa sözlə, o, “yuva”ya dönüb. Yüksək liqanın 16-cı turunda meydana çıxan iranlı futzalçı “Araz”la matçdan sonra həm yeni komandası, həm də səhhəti ilə bağlı danışıb. Sadiqin Futzal Federasiyasının “feysbuk” səhifəsinə müsahibəsini təqdim edirik.
- Çempionata “Neftçi”də başlasan da, qış fasiləsində “Yasamal”a keçdin.
- Müqayisə etsək, “Neftçi” daha peşəkar komandadı. Hər gün məşq keçirdik. Bir sözlə, komanda üçün nə lazımdısa, hamısı vardı. “Yasamal”da isə hər gün məşq keçmirik, özümüz daha çox fərdi qaydada hazırlaşırıq. Sadəcə, komandamızın üzvləri meydanda ürəklə oynayırlar. “Yasamal” “Araz”la əvvəl də oynayıb və birinci oyunda 0:4, ikinci qarşılaşmada 2:16 hesabı ilə yenilib. Bu dəfə rəqibə qarşı cəmi 5 nəfərlə mübarizə apardıq. Komandaları müqayisə etsək, “Araz” hər cür şəraitə malikdi. Hər gün məşq edirlər, baş məşqçiləri var, taktiki çalışmalar yerinə yetirirlər.
- “Neftçi”dən niyə ayrıldın?
- Bu haqda danışmaq istəmirəm. Öz aramızda həll etməyə çalışacağıq.
- “Yasamal”da baş məşqçi yoxdu. Oyun zamanı bu boşluq hiss olunurdu?
- “Araz”ı izləmişdim, hansı sistemlə oynadıqlarını bilirdim. Əsas taktikaları 3-1 sistemidi. Yəni “stolba” irəlidə dayanır, arxadan top ona ötürülür və digər 3 oyunçu sağ-sol cinaha açılıb, topu qəbul edir, zərbə endirir. Biz də buna qarşı öz sistemimizi qurmuşduq. “Stolba”nı bağlamağa çalışdıq. Sadəcə, oyun və məşq azlığından istəyimizə tam çata bilmədik.
- İkinci dövrənin son oyununda meydanda huşunu itirdin və bir müddət xəstəxana şəraitində müalicə olundun. Başverənlərdən sonra yenidən futzal oynamağın riskli deyil?
- Hər şey yaxşıdı. İzah edim, niyə belə oldu. Son matçdan əvvəl “Neftçi” – “Araz” oyunu zamanı yıxıldım və başım meydanın kənarındakı stola dəydi. Ondan sonra bu problem yarandı və “Marafon”la oyunda huşumu itirdim. İndi sağlamam, həkim müayinəsindən keçmişəm. Sağlam olmağımla bağlı həkimin rəyini federasiyaya təqdim etmişəm. “Araz”la qarşılaşmada, demək olar, əvəzlənmədim, sona qədər mübarizə apardım və heç bir problem yaşanmadı.
- Bunun hansısa yükləmə ilə əlaqəsi yoxdu?
- Qətiyyən! İlk dəfə deyil ki, futzal oynayırıq.
- Ancaq bildiyimizə görə, həkimlər fasilə verə-verə oynamağını məsləhət biliblər. Sən isə məsləhətə qulaq asmırsan…
- Başa düşürəm, insana sağlamlığı hər şeydən vacibdi. Gərək sağlam olasan ki, oyunlarda da iştirak edə biləsən. 40 dəqiqə oynadım, indi də özümü yaxşı hiss edirəm.
- “Yasamal”dakı şəraitin istənilən səviyyədə olmadığını dedin. Bəs nəyə ümid edirsən?
- Söz verirəm ki, komandamız daha yaxşı çıxış edəcək. Fasilədən sonra ilk oyunumuzu keçirdik. “Araz”ın da gücü hamıya məlumdu. Növbəti görüşlərdə fərqli komanda görəcəksiz. İşlər hər gün yaxşıya doğru dəyişir. Sponsorumuz şəraitimizi yaxşılaşdıracaq.
- Baş məşqçisiz çətin olmayacaq?
- Məşqləri hələlik özüm keçirəm. Oyun zamanı da tapşırıqları verirəm. Ancaq baş məşqçi mütləq olmalı, kənarda dayanıb, tapşırıqlarını verməlidi. Rəhbərimiz Orxan müəllim (Orxan Allahverdiyev) hər şeyin yaxşı olacağını deyib.
- “Yasamal”ın potensialı, gücü neçənci pilləyə yüksəlməyə imkan verir?
- Biz hər gün məşq etsək, üçüncü yeri tuta bilərik.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim Bütün xəbərlər
Ən çox oxunanlar