22 fev 22:23olke

“Ekol” 8 dəqiqəyə çökdü

“Ekol” 8 dəqiqəyə çökdü
Çərşənbə axşamı futzal üzrə yüksək liqada 16-cı turun oyunları keçirildi. Günün ilk qarşılaşmasında liderin ən yaxın izləyicisi “Marafon”la aşkar autsayder “Xəmsə” üz-üzə gəldi. Onsuz da heyət baxımından əziyyət çəkən “Xəmsə” qış fasiləsində aparıcı oyunçularının gedişinə mane ola bilmədi. Belə ki, qapıçı Zaliş Səmədzadə, eləcə də komandanın lider Qüdrət İsmayılov birinci liqada çıxış edən “Baku Fire”a üz tutdu. Maddi baxımdan heç bir dəstəyi olmayan autsayedrin boşluğu güclü oyunçularla dolduracağı inandırıcı deyildi ki, belə də oldu. Əvəzində güclənən “Marafon”un rahat qələbə qazanacağı proqnozlaşdırılırdı. Bu duel bombardir olmaq istəyən Renat Sultanov üçün xüsusi önəm daşıyırdı. Belə ki, fasilədən sonra ilk matçda qol vura bilməyən Sultanov qolların sayını artırmaq üçün əla imkan qazanmışdı. Bombardir elə fasiləyə qədər het-trik etməklə fürsəti boşa verməyəcəyini göstərdi. “Qol yağışını açıq elan edən” Renat pokerə imza atmaqla, qollarının sayını 20-yə çatdırdı. Bu görüşdə debütantın yeni legionerləri də qolçuluq bacarıqlarını nümayiş etdirdilər. Belə ki, belaruslular - Çumakovla Jarikov het-tirkə, onların digər həmyerlisi Tsvirko 1 qola, “Neftçi”nin əlindən alınan iranlı Elyas Barati isə dubla imza atdı. Autsayderin gücü sona 20 saniyə qalmış vurulan təsəlli qoluna çatdı. Beləliklə, birtərəfli oyunun yekununda “Marafon” 13:1 hesablı qələbəyə sevindi.
Elə ikinci qarşılaşmanın da aşkar favoriti bəlli idi. Lider “Araz”ın “Yasamal”la oyunda xal itirəcəyini düşünmək sadəlövhlük olardı. Heyətlərə gəlincə, “Araz” zədəli İsa Atayevin xidmətindən yararlana bilmədi. “Yasamal” isə çempionatın əvvəlində heyətinə cəlb etdiyi, amma sonradan geri göndərilən bir neçə iranlı legionerə yenidən qucaq açmışdı. O cümlədən mövsümün ilk yarısını “Neftçi”də keçirən, qış fasiləsi ərəfəsindəki görüşlərdən birində huşunu itirdikdən sonra “ağ-qaralar”ın yola saldığı Sadiq Cavid köhnə-yeni komandasına dönüb. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlayan “Araz” erkən qol axtarışında idi. İlk 3 dəqiqə ərzində iki dəfə buna yaxın olan Tyaqo qaçırdığı epizodlara rəğmən, hesabı açan oyunçu oldu. Ümumiyyətlə, o, görüşdə het-trik etdi. “Araz”dan həmçinin Qallo və Çovdarov hərəyə bir dəfə fərqləndi. “Yasamal”a gəlincə, ilk yarını 0:3 geridə bitirən baş məşqçisiz komanda fasilədən sonra naxçıvanlıların qapısına 2 dəfə yol tapmağı bacardı. Yəni ikinci hissə 2:2 bitdi, ancaq ümumi hesabda 5:2 qalib gələn “Araz” ən yaxın izləyicisi ilə xal fərqini qorudu.
Turun son, həm də mərkəzi oyunu – FK.İD – “Ekol” qarşılaşması isə daha gərgin keçdi. Hər epizoda görə mübahisə etməkdən belə çəkinməyən tərəflərin qarşıdurmasında sona 8 dəqiqə qalmış hesab 1:5 idi. Buna baxmayaraq, debütant oyundan qopmadı və inanılmazı bacararaq meydandan 1 xalla ayrıldı. Baxmayaraq ki, FK.İD-də Faiq Əliyevin cəzalı olması oyunun gedişində aşkar hiss olunurdu. 10 qolun vurulduğu görüşdə 3 futzalçının dubla imza atdığını da əlavə edək.
16-cı tur
Marafon – Xəmsə 13:1 (6:0)
Marafon: 2. Kamran Hacıyev, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 20. Sergey Çumakov; 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 4. İbrahim Zeynalov, 9. Elyas Barati, 22. Tofik Əliyev, 77. Vyaçeslav Tsvirko, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Xəmsə: 1. İbrahim İbrahimov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov; 6. Şamo Talıbov, 7. Elçin Zeynalov, 13. Novruz İbrahimov(k), 14. Yamin Ağakərimov.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: R.Sultanov, 2 (1:0). S.Çumakov, 7 (2:0). V.Jarikov, 9 (3:0). R.Sultanov, 10 (4:0). S.Çumakov, 14 (5:0). R.Sultanov, 20 (6:0). V.Tsvirko, 23 (7:0). E.Barati, 24 (8:0). R.Sultanov, 29 (9:0). V.Jarikov, 31 (10:0). E.Barati, 33 (11:0). S.Çumakov, 39 (12:0). V.Jarikov, 40 (13:0). R.Cəlilov, 40 (13:1).
Vərəqələr: Ə.Həsənov, 11. K.Hacıyev, 23 – sarı.
Hakimlər: Elçin Məmmədov. Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Ədilxan Hünbətov.
20 fevral. Olimpik Star.

Yasamal – Araz 2:5 (0:3)
Yasamal: 1. Məhəmməd Roştani, 18. Mohsin Hayatbini, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid; 2. Reza Mahduri, 6. Xəyal Quliyev, 8. Məhəmməd Şahsuvari, 14. Cavid Taleb.
Komandanın rəhbəri: Orxan Allahverdiyev.
Araz: 1. Rövşən Hüseynli, 6. Eduardo, 10. Tyaqo, 8. Rizvan Fərzəliyev (k), 3. Qallo; 19. Anar Məmmədov, 2. Adil İsmayılov, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 15. Rza Toloyi.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Tyaqo, 5 (0:1). Tyaqo, 14 (0:2). R.Çovdarov, 17 (0:3). M.Hayatbini, 25 (1:3). Tyaqo, 30 (1:4). Qallo, 36 (1:5). M.Cahandost, 40 (2:5).
Vərəqələr: S.Cavid, 4. Tyaqo, 12. M.Hayatbini, 14. M.Cahandost, 17 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Rafiq Pənəhpur.
20 fevral. Olimpik Star.

FK.İD – Ekol 5:5 (1:3)
FK. İD: 12. Ramil Həsənzadə (k), 7. Rəcəb Fərəczadə, 6. Anar Ağayev, 9. Elşən İbrahimxəlilov, 4. Elvin Quliyev; 1. Sadiq Ramazanov, 5. Asif Zeynalov, 8. Nihad İsmayılov, 10. Eşqin Tağıyev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 10. Samir Həmzəyev, 13. Taleh Ağayev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: S.Həmzəyev, 6 (0:1). N.Məmmədkərimov, 8 (0:2). R.Fərəczadə, 10 (1:2). R.Əhmədov, 18-p. (1:3). N.Məmmədkərimov, 30 (1:4). F. Ələkbərov, 32 (1:5). E.Quliyev, 32 (2:5). N.İsmayılov, 36 (3:5). R.Fərəczadə, 38 (4:5). N.İsmayılov, 40 (5:6).
Vərəqələr: Ə.Abasov, 13. N.Məmmədkərimov, 15. A.Ağayev, 18. A.Zeynalov, 30. İ.Babayev, 32. R.Fərəczadə, 38 - sarı.
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim-inspektor: Ağarza Rzayev.
20 fevral. Olimpik Star.
1. Araz 14 13 1 0 87-16 40
2. Marafon 14 11 0 3 59-24 33
3. Ekol 14 7 2 5 47-40 23
4. FK.İD 14 4 4 6 48-48 16
5. Neftçi 12 4 3 5 33-34 15
6. Yasamal 13 2 0 11 34-86 6
7. Xəmsə 13 0 2 11 30-90 2
Bombardirlər: Renat Sultanov (Marafon) – 20, Tyaqo (Araz) – 15, Samir Əmirov (Xəmsə) – 13.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar