Bədavi Hüseynov yenidən Almaniyaya yollanıb. "Qarabağ"ın müdafiəçisi müalicəsini orda davam etdirir. Zədə üzündən uzun müddətdi komandadan ayrı qalan milli üzvü Almaniyada müalicəsini davam etdirməklə yanaşı, fərdi şəkildə yüngül məşqlər də edir. Ağdam təmsilçisinin aparıcı oyunçusu yalnız martın ortalarında Bakıya qayıdacaq. Yığmanın martın 23-də Belarus və 27-də Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşlərini buraxacaq Hüseynovun apreldən yaşıl meydanlara dönəcəyi gözlənilir.
FARİZ