19 fev 22:52olke

Tərlan Əhmədov özünü məğlubiyyətin əsas səbəbkarı saydı

Tərlan Əhmədov özünü məğlubiyyətin əsas səbəbkarı saydı
Samir Abasov: “Özümüzü oyundan öncə alçalmış kimi hiss edirdik”
Oyunsonrası mətbuat konfransına əvvəlcə Tərlan Əhmədov gəldi. Mütəxəssisin görüşlə bağlı fikirləri belə oldu:
- Açığı, oyuna pis başlamamışdıq. Ancaq istər-istəməz 2 səhv matçın taleyini həll etdi. Mənə dedilər ki, orda penalti yox idi. Mübarizə davam edir. İlk hissədə ürəkaçan çıxış etmədik. İkinci yarı daha yaxşı alındı. Məğlubiyyətin səbəbkarı mənəm. Həyat davam edir. Qarşıda çətin oyunlar var, amma “Neftçi” öz sözünü deyəcək. Arxayınam ki, oyundan-oyuna “artıracağıq”. Bacardığımız qədər irəli gedəcəyik. Hədəfimiz Avropa Liqasına düşməkdi.
- Ötən həftə Lukas Qomesin oyunundan razı qaldığınızı bildirdirsəz də, bu gün forvard ehtiyatda idi...
- Ötən həftə Mirabdulla Abbasov meydana çıxdı və qol vurdu. Onun haqqı idi əsas heyətdə meydana çıxmaq. Hər halda, Mirabdulla potensiallı futbolçudu. Sadəcə, yenə deyirəm, 90 dəqiqə oynamağa gücü çatmır.
- Ramin Musayev bu gün mətbuata açıqlamasında bildirdi ki, Tərlan Əhmədovu cəzalandıracam. Bu məsələyə münasibətiniz necədi?
- Ramin Musayev haqda çox söz-söhbətlər var. Mənim işim meydandadı. Oyunla bağlı sualınız varsa, verin. Matça 2 gün qalarkən mətbuatı oxumadım. Çünki başım işimə qarışıb.
- Qarşılaşmaya bir gün qalmış böyük dəyişikliklər baş verdi. “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə təyin olundu...
- Bu dəyişikliklərə sponsorlardan münasibət öyrənsəz, daha düzgün olar. Biz belə işlərə qarışa bilmərik. Məsləhət biliblərsə, deməli, razılaşmalıyıq. Rəqibin sürprizini isə görmədim.
- “Neftçi”də hər zaman məşqçilərə təzyiq olub…
- Sentyabrdan bu yana heç bir təzyiq görməmişəm. Kənarda nələr baş verir, xəbərim yoxdu. Heç bu barədə nəsə bilmək də istəmirəm. Mənə lazımdı ki, “Neftçi” yaxşı oynasın. Əstəğfürullah, Allahın bacısı oğlu deyiləm ki, möcüzələr yaradım. İnşallah, yavaş-yavaş daha yaxşı olacaq.
- “Neftçi”nin yeni prezidenti bu gün mətbuata açıqlama verərkən bildirib ki, komandanın müdafiə xəttində müəyyən problemlər var. Bu barədə nə deyə bilərsiz?
- Kamran müəllimlə dünən görüşdük. Ancaq dediyim kimi, oyundan iki gün əvvəl nə mətbuatı oxuyuram, nə də başqaları ilə söhbət edirəm. Sırf nədən söhbət getdiyini bilmirəm.
- Komandada psixoloji durum nə yerdədi?
- Normaldı. Məğlubiyyətin mənfi təsiri çox olmamalıdı.
- Rəşad Sadiqov azarkeşləri söydü və siz futbolçunuzun tərəfini tutduz.
- Hər birimiz azərbaycanlıyıq. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Heç kim bir-birinin nəslinə, kökünə toxunmamalıdı. Sadəcə, pis söz deyənə dedim ki, ağsaqqal adamsan. Düzdü, Rəşad hər nə olsa, cavab qaytarmamalı idi. Ancaq o kişiyə də yaraşmaz ki, belə söyüş söysün. Biz dillənməyək, polis də kənardan baxsın. Olmaz axı...
Əhmədovdan sonra konfrans zalına qalib komandanın çalışdırıcısı Samir Abasov gəldi və o da həmkarı kimi əvvəlcə matçla bağlı fikirlərini bildirdi:
- Həddən artıq həyəcanlı və gərgin matç oldu. Müəyyən səbəblər, son olaylar daha aqressiv oyuna məcbur etdi. Bu gün özümüzü sübut etməyə çıxmışdıq. Sumqayıt şəhərini təmsil edirik, azərbaycanlı balalarından formalaşdırılmış komandayıq, bizimlə də hesablaşın. Uşaqlara demişdim ki, son oyun kimi çıxın, göstərin ki, nəyə qadirsiz. İmkanım olsaydı, əsas heyətdə özüm də çıxardım. Amma görünür, bu gün onlar məndən yaxşı oynadılar. Hamısının alnından öpür, təşəkkürümü bildirirəm. Bu gün oyun barədə danışmaq düzgün deyil. Nə olmuşdusa, oyunadək baş vermişdi ki, bu da belə çıxışa gətirib çıxardı.
- Baş hakimə qarşı aqressivliyiniz nədən qaynaqlanırdı?
- Səbəb oyundan əvvəl başverənlər idi. Həmin epizodda topu vurdum. Hakimə dedim ki, belə etmə, onsuz da vəziyyətimiz yaxşı deyil. Referi məni kənarlaşdırmaqda haqlıdı. Düzgün olmayanı etdim və cəzamı aldım.
- Son olaylar səbəbindən özünüzü tərk edilmiş saymırsız?
- Əslində bu barədə düşünürdüm. Bu vaxta qədər də bir mən idim, bir də komanda.
- Sizə elə gəlmir ki, bu, düşünülmüş bir ssenari idi ki, "Sumqayıt"ı avrokuboklardan kənarda qoysunlar?
- Bilmirsən ki, danışdıqlarımızı kimə ünvanlayaq? Azərbaycan deyirsizsə, bu da Azərbaycan komandasıdı. Azərbaycanlı uşaqlardan yığılan kollektivdi. Rəqabət aparırıqsa, meydanda aparaq. “Neftçi”nin futbolçularına qarşı pis fikrim yoxdu. Bəziləri ilə birgə oynamışam, aramızda hörmət var. Klubumuzun prezidenti gedib, Allah işini avand etsin. Yenə kim gedəcəksə, işləri avand olsun.
- Siz olsaydız, belə vəziyyətdə komandanı tərk edərdiz?
- Məni kimdi prezident seçən?
- Oyundan əvvəl vitse-prezident ilə az qala bir saat söhbət etdiz. Vaqif Ömərovla nə danışdız?
- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük.
- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?
- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidi. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyundan öncə alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar