18 fev 11:52olke

Vaqif Sadıqov “Sumqayıt”la “Neftçi” arasında seçim edə bilmədi

Vaqif Sadıqov “Sumqayıt”la “Neftçi” arasında seçim edə bilmədi
“Artıq gərginlik artıb, meydanda alovlana bilər”
Bu gün premyer-liqanın 17-ci turunda maraqlı duel gerçəkləşəcək. Belə ki, Sumqayıtda avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan şəhərin eyniadlı komandası eyni iddiaya ortaq “Neftçi”ni qəbul edəcək. Bu, komandaların ölkə çempionatlarında 23-cü dueli olacaq. İndiyə qədər keçirilən 22 görüşün 12-də "Neftçi", 8-də "Sumqayıt" qalib gəlib. Qalan iki matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də bakılıların üstünlüyü var – 37:26. Maraqlı məqam budu ki, son 5 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanıb. "Neftçi" axırıncı 4 səfər oyunundan məğlub dönüb.
Bu dueli maraqlı edən daha bir məqam dünən gerçəkləşən transferdi. Xeyr, söhbət futbolçu transferindən getmir. Bu dəfə klub prezidenti transferi baş tutub. Bildiyiniz kimi, “Neftçi”nin istefa verən prezidenti Orxan Hüseynzadənin əvəzinə “Sumqayıt”da eyni postdan ayrılan Kamran Quliyev gətirildi. Bu da bugünkü qarşılaşmaya rəng qatacaq məqamlardan biridir.
Gərgin mübarizə vəd edən oyunla bağlı Məşqçilər Komitəsinin (MK) sədri Vaqif Sadıqovdan münasibət öyrənməyi qərara aldıq. Müsahib kimi onu seçməyimiz də təsadüfi deyil. Axı Vaqif bəy karyerasının ən parlaq illərini “Neftçi”də keçirib. O cümlədən də müstəqilliyin ilk illərində Sumqayıtın “Xəzər”ində oynayıb. Bunu nəzərə alıb, öncə ona dövrləri müqayisə etdirdik. Sadıqovun sözlərinə görə, o dövrlər Sumqayıt və Bakı futbolu indikindən daha ciddi mübarizə aparırdı: “O vaxtlar bu iki şəhərin futbolu arasında mübarizə çox idi. “Xəzər” və “Neftçi” birinci-ikinci yerləri bölüşürdü. Çempionluq yolunda bu iki komanda həmişə iddialı idi. İndiyə kimi də bu mübarizə davam edir. Sabahkı (bugünkü) oyun da onu göstərəcək ki, futbolda şəhərlərarası mübarizə sönməyib. Həm “Sumqayıt”, həm də “Neftçi” avrokuboklar zonasına düşmək uğrunda mübarizə aparır. Ölkənin ən köklü klubu “Neftçi” sabah Sumqayıt kimi futbol ənənəsi olan şəhərdə oynayacaq. Bizi çox gərgin mübarizə gözləyir. Öncədən bir şey demək istəyirəm ki, şanslar bərabərdi”.
Mütəxəssisin dediyinə görə, Samir Abasovun baş məşqçi postuna gəlişi ilə “Sumqayıt”ın oyununda böyük canlanma var: “Təbii ki, Abasov gələndən sonra komanda yüksəlişdədi. Sumqayıtda həmişə futbol olub. Bu şəhər futbolla nəfəs alıb. İndi də sevindirici haldı ki, Samirin başçılığı ilə bu şəhərin yaxşı, döyüşkən komandası var. Bu mütəxəssis Sumqayıta əvvəlki futbolu qaytara bilib. Artıq azarkeşlər də stadiona dönməyə başlayıblar. Komanda oyundan-oyuna artırır. “Sumqayıt” avrokuboklara iddialıdı. Bir ilkə, böyük uğura imza ata bilərlər. Mən buna, komandanın Avroliqaya vəsiqə qazanacağına inanıram”. Sadıqov “bəs siz bu iki komandanın hansının avrokubolara getməsini daha çox istərdiz” sualına gülərək belə cavab verdi: “Çox çətin sualdı. Hər iki klub mənə doğmadı. Ən yaxşı illərimi “Neftçi”də keçirmişəm. Karyeramın sonunda xeyli “Sumqayıt”da çalışmışam. İndidən hansısa komandanın adını çəksəm, doğru olmaz. İdmanda mübarizə qabaqda olur. Güclü olan qazansın. Layiq olan da avrokuboklara getsin. Sabah (bu gün) hamımız stadionda olacağıq. Elə siz zəng etməzdən əvvəl düşünürdüm ki, sabah (bu gün) hansı komandaya azarkeşlik edim? Amma seçim etməkdə çətinlik çəkdim. Gözəl oyuna azarkeşlik edəcəm. Gəlin, oyundan ləzzət alaq”.
Vaqif bəy sonda Kamran Quliyevin “Sumqayıt”dan ayrılıb “Neftçi”yə keçməsinin də bugünkü oyuna intriqa qatacağını bildirdi: “Kamran Quliyevin keçidini kim necə istəyir, elə qəbul edə, kim necə istəyir, elə yoza bilər. Belə keçidlər dünya futbolunda çox olub. Bir söz deyə bilərəm ki, Quliyevin “Sumqayıt”ın prezidenti vəzifəsindən “Neftçi”nin prezidenti postuna keçməsi sabahkı (bugünkü) oyuna marağı daha da artıracaq. Artıq gərginlik artıb, meydanda alovlana bilər. Ümid edirəm ki, “Sumqayıt” Quliyevin gedişindən sonra ruh düşkünlüyü ilə üzləşməz. “Neftçi”də isə yeni rəhbərin gəlişi ruh yüksəkliyi yarada bilər. Məşqçilər korpusu və futbolçular çalışacaqlar ki, yeni rəhbərliyin qarşısında özlərini doğrultsunlar. Quliyev “Sumqayıt”da yaxşı struktur formalaşdırdı. Bu işi o bacarıb. Amma “Neftçi”də strukturun dəyişməsi zaman tələb edəcək. Onun gəlişi komandada motivasiyanı yüksəldər. “Sumqayıt” sübut etməlidi ki, futbolda uğur bir şəxdən asılı deyil. Bu elə bir idman növüdü ki, uğur kompleks işlərin bəhrəsidi”.
ŞƏFİ ŞƏFİYEV
foods to avoid when taking viagra
http://viaqraonlinegen.com buy generic viagra online
what is the lethal dose of viagra
viagra without prescription
blue diamond shaped viagra
<a href="http://viaqraonlinegen.com">viagra online canada pharmacy</a>
effect of too much viagra

urorec et tadalafil http://cialisloq.com cheap online sales cialis, what is the difference between sildenafil and sildenafil super active

how to counteract the side effects of viagra Get More Info baby swallowed viagra <a href="http://viagrabs.com">viagra professional</a> can i buy viagra online without prescription

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar