18 fev 10:57olke

“Marafon”un iranlı legioneri “Araz”a “əlcək atır”

“Marafon”un iranlı legioneri “Araz”a “əlcək atır”
Talebi: “Onlarla aramızda iki oyun var”
Yüksək liqanın debütantı “Marafon”ın qış fasiləsinə ikinici pillədə yollanması əksər izləyicilər üçün sürpriz olsa da, heyətlə bağlı görülən işlər nəticəni labüdləşdirirdi. Heyətini İran və Belarusdan dəvət edilən legionerlərlə gücləndirən paytaxt təmsilçisi qış fasiləsindən sonra keçirdiyi ilk oyunu da qələbə ilə yekunlaşdırdı. FK.İD-lə matçın taleyini həll edən yeganə qolun müəllifi iranlı futzalçı Omid Talebi artıq indidən “Araz”a “əlcək atır”.
- FK.İD-lə oyunda cəmi bir qol vuruldu. Nəticə qeyri-adi deyil?
- Əlbəttə, futzal oyununda cəmi bir qolun vurulması nadir hallarda olur. Biz də bilirdik ki, çətin, amma maraqlı matç olacaq. Heyətimizdə müəyyən dəyişikliklər olmuşdu, üstəlik, rəqib də bizi yaxşı tanıyırdı. Həm də bu qarşılaşma qış fasiləsindəki hazırlığın keyfiyyətini göstərəcəkdi. Yaxşı oyun keçirdik. Bu qələbə ikinci yarıda missiyamızı davam etdirmək üçün vacibdi.
- Heyətdə yeni futzalçılar var. Belaruslu oyunçuların potensialı bu qədərdi, yoxsa onlar hələ uyğunlaşma dövrünü keçirirlər?
- Hər bir yeni oyunçunun düşdüyü mühitə alışması müəyyən vaxt alır. Yeni oyunçularımız güclüdülər, bir qədər səbr etmək lazımdı.
- Gələnlər gedənlərin yerini doldura biləcək?
- İki oyunçumuz komandadan ayrıldı. Həmid və Səidi nəzərdə tuturam. Onlar ilk iki dövrədə bizə çox kömək etdilər. Amma fasilədə dəyişikliyə ehtiyac yarandı. Yeni gələnlər də komandamıza kömək edəcək gücdədilər. Bir neçə oyundan sonra onların əsl gücünü görəcəksiz.
- Oyunun taleyini həll edən qolu vurdun. Özünü qəhrəman sayırsan?
- Biz komanda olaraq uğur qazandıq. Hər şeyi öz adıma çıxa bilmərəm. Qəhrəman yox, qələbədə payım oldu, belə demək daha doğru səslənər. Meydana da çıxanda məqsədimiz komandamıza kömək etməkdi.
- Bu qələbə ən yaxın izləyici ilə xal fərqini artırsa da, lider “Araz”la fərq olduğu kimi qaldı. Necə düşünürsən, son çempionu üstələmək mümkün olacaq?
- Niyə də olmasın?! Onlarla öz aramızda iki oyun keçirəcəyik. Digər komandalardan da “Araz”ı büdrədən olacaq. Futzalda bu cür fərqi aradan qaldırmaq mümkündü.
- Cari mövsümdə klublarımız iranlı futzalçıların xidmətindən çox istifadə edirlər. Bu axın nə ilə bağlıdı?
- İranda güclü futzalçılar var. Xüsusilə də taktiki və texniki planda seçilən oyunçular çoxdu. Bura dəvət edilənlər də istəyirlər ki, özlərini yaxşı tərəfdən göstərsinlər, faydalı olsunlar, mümkün qədər Avropa klublarına yollansınlar.
- Yüksək liqamızın səviyyəsi səni qane edir?
- Rəqabət var. Komandalar asan təslim olmur, hesab arasında bəzən fərq böyük olsa da, sona qədər mübarizə aparırlar. Nəticəni əvvəlcədən bilmək, söyləmək olmur.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar