17 fev 02:34olke

Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb”

Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb”
“Səbail”in baş məşqçisi hadisənin təfərrüatını danışdı
Ötən sayımızda U-17 liqasında yaşanan olay haqda məlumat vermişdik. Bir daha xatırladaq ki, mətbuatda yer alan xəbərə görə, “Səbail”lə “Neftçi” arasında baş tutan və 2:2 hesabıyla sonuclanan matçdan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədovla qonaqların inzibatçısı Sabir Hacıyev arasında ciddi insident yaşanıb.
Məlumatda oyunun gedişində “atışan” Məmmədovla Hacıyevin görüş başa çatandan sonra valideyn və gənc futbolçuların qarşısında bir-birinə əl-qol atdığı dərc olunmuşdu. Maraqlıdı ki, AFFA-nın İntizam Komitəsinin üzvləri bu oyunda “Neftçi”nin qırmızı vərəqə alan 4 futbolçusunu cəzalandırsa da, haqqında bəhs etdiyimiz hadisəyə, ümumiyyətlə, toxunmamışdı. Əslində dünən komitə üzvlərinin biriylə bu haqda söhbət edib, sualımıza cavab tapmaq istəyirdik. Lakin...
Redaksiyamızla əlaqə saxlayan Füzuli Məmmədov yazı müəllifi kimi bəndənizlə danışıb, hadisənin necə baş verdiyini nöqtə-vürgülünə qədər nəql etdi. Hətta həyatda ən əziz insanların canına and içməyi də lazım bildi: “Allaha and olsun, mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Heç bir davadan, əlbəyaxa savaşdan söhbət gedə bilməz. Söhbəti olduğu kimi danışım, özünüz nəticə çıxarın. Oyunun sonları idi, rəqib azlıqda qalmışdı. Bizimkilər də qələbə topunu vura bilmədikləri üçün hədsiz əsəbi idim. Bu an Sabir Hacıyev arxa tərəfdən atmaca atdı. Mən də özümü saxlaya bilmədim, bir az kobud şəkildə sakit durmasını istədim. Dedim ki, oyun qurtarsın, danışarıq. Açığı, orda başqa adam olsaydı, qarşılıq verməzdim də. Bilirdim ki, Sabir Hacıyevdi, səsindən tanıyıram. Onunla 3 il “Xəzər Lənkəran”da işləmişik, bir-birimizi yaxşı tanıyırıq. O ərk edib söz dedi, mən də cavab verdim. Bu da normal haldı. Futbolda emosiyaların gərgin olduğu vaxtda o qədər belə hallar yaşanıb ki. Bu o demək deyil ki, əlbəyaxa olursan... Oyun başa çatandan sonra təxminən 30-40 dəqiqə futbolçularla paltardəyişmə otağında söhbət etdim. Sabir Hacıyev də inzibatçıdı deyə istər-istəməz stadionu ən sonda tərk etməli olur. Oyundan 40 dəqiqə sonra hamı getmişdi, hətta hakimlər də. Dəhlizdə Hacıyevi gördüm, düz etmədiyini söylədim. O da məni qucaqlayıb öpdü, “Fizik (yaxınları Füzuli Məmmədovu belə çağırır – H.), özümü saxlaya bilmədim” dedi. Vəssalam, bununla da söhbət bağlandı. Nəyə, kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb. Adama təsir edən bilirsiz nədi? Orda jurnalistlərdən heç kim olmadığı halda, belə bir xəbər yazılır. Adam gərək dəqiqləşdirər, zəng vurub hər iki tərəfdən soruşar. Kimsə kiminsə haqda ağzına gələni deyəcək, şər atacaq – məgər bunu qarşı tərəfdən soruşmadan yazmaq olar? ”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar