13 fev 23:20olke

Namiq Məmmədkərimov da Alesionu suçladı

Namiq Məmmədkərimov da Alesionu suçladı
“İspaniya ilə qarşılaşmada bəlkə də düzgün strategiya seçmədik”
Çox güman, Sloveniyada keçirilən Avropa çempionatı onun millidə son beynəlxalq turniri oldu. Hər halda, bu yay 38 yaşı tamam olacaq, növbəti DÇ ərəfəsində 40-ı, 2022-ci ildə keçiriləcək AÇ-də isə 42-ni haqlayacaq. Namiq Məmmədkərimov onsuz da son vaxtlar futzal millimizdə əsasən ehtiyatda qalır, Joze Alesio da Silva şans verəndə 3-5 dəqiqə top qovur. “Kənardan oyun daha asan görünür” məntiqi ilə yanaşsaq, onun son qitə birinciliyində millinin çıxışına verəcəyi qiymət daha obyektiv olar. Təcrübəli oyunçu Futzal Federasiyasının “feysbuk” səhifəsinə maraqlı müsahibə verib və baş məşqçinin bəzi qərarlarıyla razılaşmadığını bildirib.
- Avropa çempionatına nə üçün getmişdik, nə ilə döndük?
- Təbii ki, bizim üçün bu yarışda ən vacib oyun Fransa ilə qarşılaşma idi. Çünki qrupdan çıxmaq və mübarizəni davam etdirmək üçün bu matç həlledici rol oynayırdı. Çətin görüş oldu, ancaq yekunda məqsədimizə nail olduq. Növbəti rəqiblərimiz turnirin ən güclüləri oldular. Əslində İspaniya ilə qarşılaşmada bəlkə də düzgün strategiya seçmədik. Minimal hesabla məğlub olduğumuz oyunda az güc sərf etməliydik. Baş məşqçi birinci matçda şans vermədiyi və ya az oynatdığı futzalçıları meydana buraxmalı və beləliklə, həm də üçüncü oyuna hazırlaşmalıydıq. Portuqaliya ilə qarşılaşmada kobud səhvlərə yol verdik və fasiləyə 3 top fərqi ilə yenik yollandıq. Oyunun nəbzini tuta bilmədik. Təbii ki, bu cür rəqiblə görüşdə bu fərqi aradan qaldırmaq çox çətin idi. İkinci hissədə də toparlana bilmədik. 5-in 4-ə oynadıq və qollar buraxmaqda davam etdik. Bir sözlə, istəyimizə nail olmadıq.
- Portuqaliya ilə oyunda, demək olar, bütün oyunçular meydana çıxdı. Amma heç nə dəyişmədi.
- Artıq gec idi. Mən son dəqiqələrdə meydana daxil oldum ki, onda da hesab 1:8 idi. Digər oyunçular da həmçinin. Yəni meydana çıxanda oyunu da korlamadılar. Bu oyunlarda əsas güc 6-7 nəfərə düşdü.
- Millinin nəticəsini qənaətbəxş saymaq olar?
- Minimum tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Komanda bu tapşırığın öhdəsindən gəldi. Məncə, nəticə pis deyil. Düzdü, daha artığını qazanmaq istəyirdik. Ancaq yekun göstərdi ki, Portuqaliya da çox güclüdü. Üstəlik, biz son iki oyunumuzu çempionatın qalibinə və finalçısına qarşı keçirdik.
- 2010-cu ildə də qitə birinciliyinə qatılmısan. Aradan keçən 8 ildə nələr dəyişib?
- Onda debüt ilimiz idi. Komanda bir nöqtəyə vururdu. Baş məşqçimiz yenə Alesio idi. Həmin çempionatda da oynamaq üçün az şans qazanmışdım. Ancaq nəticə komanda üçün uğurlu alındı, sona qalan 4 komandadan biri olduq. Məncə, həmin çempionatdakı heyətimiz indikindən dəfələrlə güclü idi. Bunu nəticə də sübut edir.
- Həftəiçi yüksək liqanın oyunları başlayır. “Ekol” mövsümün ikinci yarısına hazırdı?
- Mən, Emin Kürdov və Samir Həmzəyev yanvarın 10-dan millinin düşərgəsində olduq. Buna görə də komandanın hazırlığında iştirak edə bilmədik. Fasilə dövründə “Ekol” Qubada təlim-məşq toplanışı keçirdi, yoxlama oyunlarında gücünü sınadı. Kapitan kimi müntəzəm əlaqə saxlayırdım. Gündə iki dəfə məşq keçirdilər. Həm də fasilədən sonra “Araz”la qarşılaşacağımızdan, məsuliyyət bir qədər də artıb. Bu oyunda rəqibə müqavimət göstərib xal qazanmaq istəyirik.
- Birinci və ikinci dövrədə eyni hesabla (1:2) yenilmisiz. Bu dəfə uğursuz sindromu qırmaq mümkün olacaq?
- Oyuna yaxşı köklənsək, xal qazanmaq olar. Bizim üçün də bu əhəmiyyətlidi.
- “Araz”ın oyunçuları millinin düşərgəsində Avropa çempionatında iştirak edib. Rəqib futzalçılardakı həm fiziki yorğunluq, həm də psixoloji gərginlik “Ekol”un xeyrinə işləyə bilər?
- Mən də düşünürəm ki, yorğunluq “Araz”ın oyununda hiss olunacaq. Qalanı özümüzdən asılıdı. Komandada istək var. Gücümüzü sübut etməliyik.
- Fasiləyə üçüncü pillədə yollanmısız. Üst sıralara yüksəlmək nə dərəcədə realdı?
- “Marafon”dan 5 xal geridəyik. Onlarla iki oyunumuz var. Hər iki qarşılaşmada qələbə qazanıb həm əvəz çıxmaq, həm də turnir cədvəlində onları üstələmək istəyirik.
- Heyətə yeni futzalçılar dəvət edilmədi. Bunun təsiri hiss olunacaqmı?
- Əslində heyəti gücləndirmək istəyirdik. Hətta təcrübəli oyunçu kimi mən də məsləhətlərimi vermişdim. Yekun qərarı rəhbərlik verir. Niyə alınmadığını dəqiq deyə bilmərəm.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar