12 fev 23:41olke

Roman Qriqorçuk komandasından razıdı

Roman Qriqorçuk komandasından razıdı
Qurban Qurbanov: “Namiq Yusifov tələblərimizi yerinə yetirə bilmirdi”
Liderlərin duelindəın sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı gerçəkləşdi. Media nümayəndələrinin önünə əvvəlcə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxdı. Ukraynalı mütəxəssis oyun haqda bunları söylədi:
- Meydanda iki bərabər gücdə komanda mübarizə aparırdı. Fikrimcə, heç-heçəyə görə nəticədən razı qalmalıyıq. Çox yaxşı komandaya qarşı çıxış edirdik. Rəqibin fərdi ustalığı yüksək olan oyunçuları var. Biz onların bu bacarıqlarını, belə deyək, zərərsizləşdirdik. Bu üzdən də nəticə bizim üçün yaxşı oldu.
- Çempionluğa gedən yolda xal fərqinin aradan qaldırılması üçün vacib oyun idi. Deyirsiz ki, nəticədən razıyam. Bu gün meydanda qələbəyə oynayan "Qəbələ" görmədik. Bura bərabərlik üçün gəlmişdiz?
- Əslində az öncə hər şeyi dedim. Əlavə şərhə ehtiyac görmürəm. Məncə, komandamdan razı qalmalıyam. "Qarabağ" da həmçinin çempion olmaq istəyir. Biz də istərdik ki, meydanın rəqibə aid hissəsində oynayaq. Amma "Qarabağ" bunu istəmir. Rəqib bu gün çox yaxşı oynadı.
- Dabonun zədəsi nə dərəcədə ciddidi?
- Hələ bilinmir. Sabah və ya növbəti gün daha dəqiq müəyyənləşəcək.
- Bir sıra futbolçularla vidalaşdız. Ən əsası da Ekiqo Ehiosunla yolları ayırsaz da, hücum xəttinə yeni transfer etmədiz.
- Hallidey, Bultuis də getdi. Onları başqaları ilə əvəz edə bilərik. Ancaq bizə hücumameyilli oyunçu lazımdı. Hansı ki, topu ələ keçirən kimi rəqibi aldada bilsin. Yəni usta futbolçu. Xüsusən də belə rəqibə qarşı görüşlərdə vacibdi. İstərdik ki, belə futbolçu tapaq. Amma indiki məqamda çox çətindi. Odu ki, transfer gerçəkləşdirilmədi.
Ukraynalı mütəxəssisin ardınca zala “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daxil oldu. O mətbuat konfransında iştirak edənləri salamladıqdan sonra qarşılaşma haqda fikirlərini bölüşdü:
- Maraqlı oyun alındı. Hər iki komanda yaxşı futbol göstərdi. Komandanın hər bir üzvündən razı qaldım. Futbolçularım düşünülmüş hücumlar qururdu. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu matçda, sadəcə, qol çatmadı. Amma belə oyunlarda istər-istəməz gərginlik olur. Toplanışdan yeni qayıdıblar. İkinci yarı daha çətin olacaq. Çünki bütün komandalar heyətlərini genişləndiriblər. Biz də daha çox çalışıb oyunumuzu yaxşılaşdırmalıyıq.
- Ramil Şeydayevə bu gün şans vermədiz. Hamı bu fikirdədi ki, istedadı var. Lakin nə qol vura, nə də əsas heyətə düşə bilir. Onda nə çatmır, özünü niyə doğrulda bilmir?
- Ramil üzərində çalışan futbolçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Onu yaddan çıxarmamışıq. Oyunların axarına uyğun addım atırıq. Başqaları daha uğurlu oynadıqlarına görə şans əldə edirlər. Elə oyunçu var ki, gənc yaşda komandaya daha tez uyğunlaşır. Belə futbolçulara daha çox oynamaq lazımdı ki, təcrübə toplasınlar. Təəssüf ki, onda hazırda alınmır. Bu da bizdən asılı məsələ deyil. Onun üzərində çalışırıq, daha çox vaxt ayırırıq. Ən əsası Ramildə istək var. Ona inamım böyükdü. İndiki məqamda başqaları daha hazırlıqlıdı. Ancaq “niyə alınmır” sualına tam ətraflı cavab verə bilməyəcəm.
- Final fitindən sonra tribunaya yaxınlaşıb azarkeşlərdən biri ilə dialoqa girdiz. Sanki mübahisə edirdiz. Nə baş verirdi?
- Azarkeşlərin hər birinə hörmət edirəm. Uşağından tutmuş yaşlısına kimi. Etiraz edə bilərlər. Sadəcə, bu gün 15-20 yaşı olan iki gənc idi, kənardan "Qurban, Qurban" deyə qışqırdılar, nəsə etirazlarını bildirirdilər. Bu cür qışqırmaqları bir az mənə təsir etdi. Bu gün komandam ən yaxşı oyunlarından birini keçirdi. Futbolçular dinamik idi, öz oyunlarını göstərirdilər. Bu gün ikinci yarıya start vermişik və gənc yaşında bu cür etiraz… Yenə də azarkeşlərə “sağ ol” deyirəm. Bəlkə də komandaya ürəkləri yanır. Ancaq məncə, oyunlarda daha diqqətli olsalar, yaxşı olar.
- Yeni transfer etmədiz. Halbuki həmişə qeyd edirsiz ki, əlimin altında nə qədər çox oyunçu olsa, o qədər yaxşıdı. Bu məqam sizə problem yaratmayacaq?
- Heyətimiz o qədər də kasad deyil. Düşünsək ki, Qara, Miçel və Əfran zədəliydilər. Onlar da sağlam olanda, heyət daha geniş olur. Bəli, heyətin geniş olması yaxşı haldı. Amma bizim qarşıda cəmi 14 oyunumuz qalıb. Avrokubok olsaydı, oyun sayı daha çox olardı. İki futbolçu ilə anlaşmağa çox yaxın idik, son anda alınmadı. Heyətimiz get-gedə möhkəmlənir. Hər biri sağlam futbolçudu.
- Hər iki komandanın heyətində milli üzvləri var idi. Matçın sürətini, keyfiyyətini necə dəyərləndirərdiz?
- Çox yaxşı. Komandalar, adətən, 3-4 turdan sonra öz oyunlarını tapmağa başlayırlar. Bu gün hər iki tərəf topla yaxşı davrandı, sürətli əks-hücumlar oldu. Hər iki komanda yaxşı mübarizə apardı.
- Bu oyuna millinin baş məşqçisi kimi baxa bildiz?
- Xeyr.
- Namiq Yusifovun "Qarabağ"dan kənarlaşdırılmasının səbəbi kimi xoşagəlməz bir məqam göstərilir. Onu məşqçilər korpusundan çıxarmağınız nə ilə bağlıdı?
- Dəfələrlə belə hallar olub ki, məşqçilər işdən ayrılır. Kimi tələblərə uyğun gəlməyib, kiminin başqa fikirləri olub. Namiq sırf tələblərimizi tam yerinə yetirə bilmirdi. Ondan tələblərim həddən artıq çox idi. Bəzən bir işçi lazım olsa, 3 saat yox, 7-8 saat çalışmalıdı. "Qarabağ"ın yetirməsi olmasına baxmayaraq, belə qərara gəldik. Burda başqa səbəb görmürəm. Hər birimiz bu gün burdayıq, sabah olmaya bilərik.
- Yusifov "Qarabağ"ın aşağı yaş qruplarında olacaqmı?
- Bilirəm ki, C kateqoriyası var. Məşqçi işləmək üçün mütləq elm, savad tələb olunur. Boş-boşuna “mən futbolçuyam, məşqçi işləməliyəm” deyə bir şey yoxdu. Futbol get-gedə başqa şeylər tələb edir. Xüsusən də aşağı yaş qruplarına elmi olmayan məşqçini təyin etmək düzgün olmaz. Namiq də gələcəkdə oxuyar, biliyini artırar, məşqçi işləmək istəyərsə, hər şey ola bilər.
- Sizinlə təlim-məşq toplanışında olan Yaroslav Dedanı əsas komandada görə bilərik?
- Açığı, Deda toplanışda 3 gündən sonra zədələndi, bir də hazırlığın sonunda komandaya qoşuldu. Gələcəkdə özünü yaxşı tərəfdən göstərsə, komandaya cəlb oluna bilər. Mənim üçün futbolçunun işinə məsuliyyətlə yanaşması önəmlidi. Bəzi gənclərimizlə xüsusi proqramla məşqlər keçirilir. Məsələn, Nicat Süleymanovun fiziki dözümlülüyü, sərtliyi çox yaxşıdı. O da nəzərimdə olan futbolçulardan biridi. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar