12 fev 23:27olke

Yunis Hüseynov: “Oyunun ədalətli nəticəsi heç-heçəydi”

Yunis Hüseynov: “Oyunun ədalətli nəticəsi heç-heçəydi”
Tərlan Əhmədov Aqil Məmmədov müəmmasına aydınlıq gətirdi
Qış fasiləsindən sonra ilk oyun olduğundan, jurnalistlərin baş məşqçilərə ünvanlamaq istədiyi sualların çoxluq təşkil etməsi başadüşüləndi. Kameralar önünə öncə qonaqların baş məşqçisi Yunis Hüseynov çıxdı. Təcrübəli mütəxəssis matçla bağlı fikirlərini dilə gətirəndən sonra sualları cavabladı: “Gördüyünüz kimi, meydana yeni komanda çıxmışdı. Çempionatın ilk yarısında komandada olanlardan cəmi dörd nəfər əsas heyətdə yer almışdı. Qalan yeddi nəfər yeni gələnlər idi. Buna baxmayaraq, komandamdan narazı qalmadım. Meydanın mərkəzini rəqibə verib, bəxtimizi əks-hücumlarda sınamaq istəyirdik. Taktiki plan belə idi. Qol imkanlarımız oldu, bununla yanaşı, “Neftçi”yə 100 faizlik qol şansları vermədik. Qolu 20-ci dəqiqədə buraxsaydıq, bu qədər təəssüflənməzdik. Oyunun son dəqiqələrində qol buraxmaq adama pis təsir edir. Fikrimcə, matçın ədalətli nəticəsi heç-heçəydi. Qarşıda bizi daha 13 oyun gözləyir. Yeni komanda yaratmışıq, zamanla daha yaxşı olacaq. 1-2 turdan sonra mübariz komandayla yaxşı nəticələr qazanacağıq”.
- Dario Federikonu vaxtında sifariş edə bilməməyinizin məsuliyyəti kimin boynundadı?
- Bizdən asılı olmayan səbəbdəndi. Məktub göndərilmişdi, ordan da cavab gəlmişdi. Sadəcə, onlar lazım olanı sənədi səhv göndərmişdilər. Həmin sənəd yenidən göndərilməliydi, ancaq gecikdi. Bu gün Dario oynasaydı, nəticə başqa cür ola bilərdi. Özü də böyük həvəslə “Neftçi”yə qarşı oynamaq istəyirdi. Bu gün əks-hücum imkanlarından Federiko maksimum yararlana bilərdi.
- Dieqo Qusmaonun artıq çəkisinin olması kənardan aşkar görünür. Üstəlik, ikinci hissədə hərəkətliliyi xeyli azalmışdı. Onu inadla meydanda saxlamağınızın səbəbi maraqlıdı.
- Dieqonun artıq çəkisi yoxdu. Bizdə hər gün futbolçuların çəkisi yoxlanılır. Çəkisi artıq olan futbolçular cərimələnir. Dieqonun artıq çəkisi yoxdu. Sadəcə, bədən quruluşu və qaçış tərzi elədi ki, kənardan “ağır” görünür. “Xəzər Lənkəran”da da beləydi.
- Bu gün komandadan tələbiniz nə idi: qələbə, yoxsa heç-heçə də qane edirdi?
- Əlbəttə, əsas məqsəd 3 xal qazanmaq idi. Desəm ki, çempionluq, ya da avrokuboklara vəsiqə üçün mübarizə aparırıq, yalan olar. Mənə lazım olan yaya qədər əzmkar kollektiv yaratmaq, maksimum sayda xal toplamaqdı.
- Yeni transfer Şadon Vinçesteri erkən əvəzləməyinizin səbəbi nə idi?
- Bildiyiniz kimi, Vinçester komandaya yeni qoşulub. Təcrübəli futbolçudu. Bu gün onun təcrübəsindən yararlanmaq istədim. Həm də “Neftçi”nin müdafiəçiləri onu tanımırdı deyə, bu imkandan istifadə etmək olardı. Pis təsir bağışlamadı. Sadəcə, komandada yenidi deyə uyğunlaşmasına vaxt lazımdı.
- Yeni futbolçular komandanın gücünə güc qata biliblər?
- Bu, sırf mənim istədiyim komandadı. Getdikcə daha xoş təsir bağışlayacaqlar. İnanıram ki, “Kəpəz”in oyunu siz jurnalistlərin də xoşuna gələcək.
- Razı qaldığınız məqamlardan danışırsız. Narazı qaldığınız nə idi?
- Qapımıza qol vurulan epizoddan narazı qaldım. Videotəkrara baxıb təhlillər aparacağıq. Uşaqlardan səbəbini soruşdum, “elə bildik ofsayddı” dedilər. Hətta belə olsa da, o cür vəziyyətdə havaya əl qaldırmaq əvəzinə, rəqib futbolçuya yaxın oynamaq lazım idi.
- Az qala hər açıqlamanızda “əsas məqsədimiz çox xal toplamaq, əzmkar komanda yaratmaqdı” deyirsiz. Premyer-liqadakı yerinizi qorumaqdan danışmırsız. Mövsümün sonunda elitanı heç bir komandanın tərk etməyəcəyinə, yaxud komandaların sayının artırılacağına dair əminliyiniz varmı?
- Yaxşı sualdı. Amma nələrin baş verəcəyini siz jurnalistlər daha yaxşı bilirsiz. Əzmkar komanda deyəndə, xal qazanmağı bacaran kollektiv nəzərdə tuturam. Sondan 2-ci, 3-cü yeri tutmalıyıq ki, elitada qalaq. Reqlamentin necə olacağını siz məndən yaxşı bilirsiz.
Ardınca masa arxasında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov əyləşdi. O da ənənəvi olaraq oyunla bağlı fikirlərini bildirib, sonra sual-cavaba keçdi: “Fasilədən sonra ilk oyun həmişə həyəcanlı olur. İlk dəqiqələrdə bunu futbolçularda hiss etdim. Zamanla işlər qaydasına düşdü. Rəqibi təzyiq altında saxlamağa çalışırdıq. Məqsədimiz onlara meydanın özlərinə aid hissəsindən çıxmağa imkan verməmək idi ki, məncə, alındı. Məqsədimiz qələbə qazanmaq idi, bunu da bacardıq. Rəhbərlik adından futbolçulara təşəkkür etdik. Səhvlərin sayı tədricən azalır. Yeganə narahat olduğum məqam qol imkanlarını boşa verməyimizdi”.
- Mirabdulla Abbasovun ilk dəqiqələrdən meydanda olmamasının səbəbi nə idi?
- Demişəm, yenə təkrar edirəm, Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. 90 dəqiqə oynayanda ondan lazımi effekti ala bilmirəm. Lakin oyuna sonradan qoşulanda, effekt verir. Potensialı çox böyükdü, amma tənbəllik edir. Bu gün Mirabdulla qol vurubsa, deməli, səhv etməmişik. Faydalı əvəzetmənin nəticəsidi.
- Aqil Məmmədovun “Neftçi”ylə müqavilə bağlayıb, çox keçmədən yenidən “Qəbələ”yə qayıtmasının səbəbini bilmək istərdik.
- Bu suala qısa cavab verəcəm. Mən komandama futbolçu dəvət edəndə, heç kimə əsas heyətdə oynayacağına dair söz vermirəm. Bu qədər.
- Qış fasiləsində ardıcıl məğlubiyyətlər kənarda qalmışdı, daha çox sizin vaxtınızı komandadan kənarda keçirməyiniz müzakirə olunurdu. Bu qələbəni həmin söz-söhbəti ortaya atanlara layiqli cavab saymaq olar?
- Heç kimə cavab vermək istəmirəm, hər adamın öz fikri var. Heç kimin şəxsi həyatına qarışmamışam. Ona görə də mənim şəxsi həyatıma qarışmağa heç kimə icazə vermirəm. İşdən sonra hər birimiz azadıq, harasa gedə, kiminləsə görüşə, gəzə bilərik. Bunların mənim “Neftçi”dəki işimə aidiyyatı yoxdu. Bu gün məğlub olsaydıq və məni tənqid etsəydiz, buna sevinərdim. “SKA-Xabarovsk”dan 8 qol buraxdıq, Antalyada qələbə qazana bilmədik – bunlara görə ünvanıma yönələn tənqidləri qəbul edirəm. Məni komandamın oyununa, nəticələrinə görə tənqid etsinlər, şəxsi həyatıma heç kim qarışmasın!
- Lukas Qomesin çıxışından razı qaldız?
- Onun potensialına bələdik. Komandaya yeni gəlib, uyğunlaşma dövrü keçdiyi hiss olunur. Bütün futbolçular kimi, Lukasdan da razı qaldım.
- Müdafiənin mərkəzində Ruslan - Rəşad tandemi gələcəyə hesablanmış plandı?
- Bildiyiniz kimi, Kiril Petrov zədədən sonra əməliyyat olundu. Tam formaya düşməsi üçün vaxt lazımdı. Belə baxanda, Ruslan - Rəşad tandemi fayda verirsə, niyə də oynamasınlar?!
- Növbəti turda əsas rəqibiniz “Sumqayıt”la qarşılaşacaqsız. Bu oyunla bağlı nə deyə bilərsiz?
- “Kəpəz” üzərində qələbə geridə qaldı. “Sumqayıt”la matçın yekun nəticəsi heç nəyi həll etməyəcək. Qarşıda daha 12 oyun olacaq. Komandadan istəyim sabitliyi yaxalamaqdı. “Sumqayıt”la görüşdə bizi süni örtük və çox qaçan, hərəkətli komanda gözləyir.
- Bu qələbəni “Forza Neftçi”nin 9 yaşına hədiyyə saymaq olar?
- Bu, bizim yox, onların qələbəsidi. Biz onlar üçün oynayırıq. Ad günü məclisinə gedə bilməsək də, klub rəsmisi getmişdi, tort aparmışdı. Bizim hədiyyəmiz qələbə idi ki, onu da əldə etdik.
- Hakimlərdən narazılığınız aşkar görünürdü.
- Səhvsiz insan yoxdu. Biz də səhv edirik. Oyun vaxtı aqressivlik normaldı, adam özünü idarə edə bilmir. Mənim istədiyim hakimlərin fitdən az istifadə etməsidi. Ən çox buna görə çılğın oluram. Amma oyundan sonra düşünürəm ki, lazım deyildi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar