11 fev 14:15olke

Rauf Əliyev yaya kimi premyer-liqa klubunda məşq edəcək

Rauf Əliyev yaya kimi premyer-liqa klubunda məşq edəcək
Artıq dünən premyer-liqada qış “transfer pəncərəsi” rəsmən bağlandı. Bəzi elita və birinci divizion təmsilçiləri transfer çalışmalarına məhz son gündə nöqtə qoyaraq mövsümün sonuna kimi xidmətinə ehtiyac duyduğu futbolçuların adlarını sifarış ərizələrinə əlavə etdilər. Gözlənildiyi kimi, sonuncu dəfə Albaniya təmsilçisi “Kukesi”nin şərəfini qoruyan Rauf Əliyev bəlli səbəblərdən ən azı yaya qədər klubsuz qaldı. Xatırladaq ki, FİFA-nın qaydalarına görə bir futbolçu mövsüm ərzində yalnız iki klubun şərəfini qoruya bilər. Forvard isə qışa qədər artıq iki klubun – “Keşlə” və “Kukesi”nin formasını geydiyindən üçüncü ilə analaşa bilmədi. Düzdü, Əliyev yenidən “Keşlə”yə dönə bilərdi. Lakin futbolçu paytaxt təmsilçisinin təklif etdiyi şərtlərlə razılaşmadığından yaşıl meydanlardan kənarda qaldı.
Bəs mövsümün sonuna kimi Rauf nə etmək fikrindədi? Formasını qorumaq üçün hansı addımları atacaq? Bu suallara cavab tapmaq üçün dünən vaxtilə millinin də şərəfini qoruyan hücumçu ilə əlaqə saxladıq: “Keşlə” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədiyimizdən yaya qədər meydana çıxa bilməyəcəm. Ancaq bu o demək deyil ki, futboldan uzaq qalacam. Hansısa elita klubunun məşqlərinə qatılmaq fikrim var. Bəzi futbolçu yoldaşlarım vaxtilə bu təcrübədən yararlanıblar. Hələ ki bu məsələ ilə bağlı heç kimlə söhbət etməmişəm. Düşünürəm ki, müraciət edəcəyim təqdirdə müsbət cavab alacam. Hər nə qədər olmasa da, yığma üzvüyəm, karyeramı da başa vurmaq niyyətim yoxdu”.
Bu gün premyer-liqanın çempionluğa iki iddialı komandası üz-üzə gələcək. Görəsən, Əliyev “Azərsun Arena”da yaşanacaq “Qarabağ” – “Qəbələ” qarşıdurmasında hansı komandanı daha şanslı sayır? Forvard bunları söylədi: “Toplanışdan sonra baş tutan ilk turlar futbolçular üçün çətin olur. Bir qədər ab-havaya öyrəşmək, çempionatın nəbzini tutmaq üçün zamana ehtiyac var. Məncə, şanslar 50-nin 50-yədi. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verib, rəqibin səhv etməsini gözləyəcək. Kim yaxaladığı qol vəziyyətlərini daha yaxşı dəyərləndirsə, o da 3 xalı qazanan tərəf olacaq. Fikrimcə, hazırda premyer-liqada meydan amili o qədər də önəm daşımır. Əksər bölgə təmsilçiləri də Bakıda məskunlaşdığından və ya məşqləri paytaxtda keçirdiyindən bu məqamı xüsusi qabartmağa dəyməz”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar