11 fev 13:48olke

Mütəxəssislər bugünkü oyunu “Qəbələ”nin son şansı sayır

Mütəxəssislər bugünkü oyunu “Qəbələ”nin son şansı sayır
Elxan Abdullayev heç-heçə gözləyir
Bu gün bütün futbolsevərlərin diqqəti Suraxanıdakı “Azərsun Arena”ya yönələcək. Başqa cür də ola bilməz. Futbol üçün darıxan azarkeşlər fasilədən sonra keçirilən ilk turdaca çempionluğa iddialı iki komandanın – “Qarabağ”la “Qəbələ”nin qarşıdurmasını izləyəcək. Son illərin ən iddialı komandalarının oyunundan öncə müxtəlif fikirlər səslənir. Kimi meydan sahiblərni şanslı sayır, kimi də qonaqların qələbə qazanacağını düşünür. Hər iki tərəf də ehtimallarında haqlı olduğunu əsaslandırmağa çalışır. Bəs görəsən, mütəxəssislər 15-ci turun mərkəzi oyunu haqda nə düşünür?
Bunu bilmək üçün öncə Məşqçilər Komitəsinin üzvü, karyerası ərzində dəfələrlə texniki zonada yer alıb rəhbərlik etdiyi komandanı qələbəyə daşıyan Ağasəlim Mircavadovla əlaqə saxladıq. “Şöhrət” ordenli mütəxəssis çempionatın qalan bölümündə intiriqanın qalıb-qalmayacağının məhz bu qarşılaşmadan asılı olduğunu bildirdi: “Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçlarında qeydə alınan nəticələrə aldanıb hansısa komandanın üstün olduğunu söyləmək mümkün deyil. Həmin görüşlərin məqsədi başqa olur. “Qəbələ” hazırda ikinci pillədə qərarlaşıb və liderdən 6 xal geri qalır. Roman Qriqorçukun komandası bu tur məğlub olsa, artıq böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcək. Çətin ki, qalan turlarda “Qəbələ” 9 xallıq fərqi aradan qaldıra bilsin. Fikrimcə, bu səbəbdən Suraxanıda keçiriləcək qarşılaşma Qriqorçukun yetirmələri üçün 6 xallıq matçdı. Bu məqam, meydana təzyiq altında çıxmaq “Qəbələ”yə bir qədər çətinlik yaşada bilər. Ancaq onların rəqib qarşısında üstünlüyü də var. Qurban Qurbanov qış fasiləsində əsas qolçusunu itirib. Mahir Mədətovla Ramil Şeydayev sürətli və texnikalı olsalar da, heç şübhəsiz, təcrübə baxımından Dino Ndlovudan geri qalırlar. “Qarabağ”ın daha bir problemi müdafiənin mərkəzi ilə bağlıdı. Bədavi Hüseynovun yoxluğu ciddi itkidi. Proqnoza gəlincə, mən əvvəlcədən nəsə deməyi xoşlamıram. Amma hiss edirəm ki, çox gərgin 90 dəqiqə izləyəcəyik. Özüm də stadiona yollanıb matçı canlı izləyəcəm”.
Robert Prosineçkinin dönəmində millinin məşqçilər korpusunda yer alan Mahmud Qurbanov bunları söylədi: “Fasilə dönəmində hər iki komanda xeyli sayda yoxlama görüşü keçirib. Ancaq bu cür qarşılaşmalarda qeydə alınan nəticələr komandaların real gücünü əks etdirmir. Cünki yoldaşlıq görüşlərində baş məşçilər müxtəlif oyun modellərini sınaqdan keçirir, futbolçuları müxtəlif mövqelərdə sınayırlar. Toplanış vaxtı çalışdırıcılar bütün futbolçulara meydana çıxmaq şansı yaradırlar ki, bu da nəticəyə təsir göstərir. Ona görə də hər zaman sınaq matçlarında nəticənin önəm daşımadığı vurğulanır. Onu da qeyd edim ki, toplanışdan sonra ilk turlar daim futbolçular üçün çətin keçir. Relsə düşmək, tempi yaxalamaq üçün müəyyən zamana ehtiyac var. Sözügedən qarşılama iki tur sonra baş tutsaydı, konkret fikir bildirib, kimin üstün olacağını söyləmək olardı. Ancaq indiki vəziyyətdə bunu demək qeyri-mümkündü. Yalnız onu söyləyə bilərəm ki, maraqlı, gərgin idman mübarizəsi şəraitində keçəcək bir qarşılaşma izləyəcəyik. Hər iki komanda oyunun məsuliyyətini dərk edir və ona ciddi yanaşacaq. Aşkar favoriti olmayan görüşdə bir qol 90 dəqiqənin taleyini həll edə bilər. Hansı komanda taktiki cəhətdən meydanda ağıllı oynasa, sonda gülən tərəf də o olacaq. Həm Qurban Qurbanov, həm də Roman Qriqorçuk bir-birini yaxından tanıdığından hansısa formada sürpriz gözləməyə dəyməz. Düzdü, fasilədə ağdamlılar Dino Ndlovu kimi aparıcı futbolçularını itiriblər. Ancaq onun yoxluğunda Mahir Mədətov, Ramil Şeydayev, Ağabala Ramazanov özünü göstərə bilər”.
Cari mövsümün gedişində “Neftçi”dən ayrılan Elxan Abdullayev oyunun heç-heçə başa çatacağını ehtimal etdiyini vurğuladı: “Uzun fasilədən sonra komandalar ilk dəfə rəsmi oyuna çıxdığından matç hər iki tərəf üçün çətin keçəcək. Ancaq o da bəllidi ki, bu qarşılaşma çempionluğun taleyinə də böyük ölçüdə aydınlıq gətirə bilər. “Qarabağ” qalib gəlsə, 80 faiz qızıl medalı təmin etmiş olacaq. Bunu da “Qəbələ”nin istər rəhbərliyi, istər məşqçilər korpusu, istərsə də futbolçuları yaxşı başa düşür. Məncə, motivasiya baxımından qonaqların problemi olmayacaq. İndi əsas olan bu məqamdan düzgün istifadə etməkdi. Kim deyir ki, Dino Ndlovunun yoxluğu “Qarabağ”a problem yardacaq, bu heç də belə deyil. Hamı Qurban Qurbanovun komandasının gücünə bələddi. Sabah (bu gün) meydan sahibi qismində çıxış edəcək ağdamlılarda birinci, ikinci heyət söhbəti yoxdu. Sifariş ərizəsində adı olan istənilən oyunçu meydana çıxıb sözünü deyə bilər. Məncə, oyun heç-heçə bitəcək. Bu turda heç bir baş məşçi riskə getməyəcək. Çünki qarşıda hələ 13 tur var”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar