11 fev 16:29olke

İnqilab Məmmədovun ayağı kimə düşərlidi?

İnqilab Məmmədovun ayağı kimə düşərlidi?
“Qarabağ”la “Qəbələ”nin hər oyunundan öncə azarkeşləri düşündürən əsas suallardan biri bu olur: görəsən, Hakimlər Komitəsi (HK) çempionluğa iddialı komandaların duelini kimə etibar edəcək? Belə bir sualın yaranması, heç şübhəsiz, matçın əhəmiyyətinin göstəricisidi. Oyuna təyinat alan ədalət təmsilçisinin üzərinə isə böyük yük düşür. O qarşılaşmanı qüsursuz idarə etməsə, hansı reaksiyalar doğuracağını hər kəs yaxşı bilir. Başqa sözlə, hakimin səhvi hətta çempionluğun taleyinə də təsir edə bilər. Odu ki, “Qarabağ” - “Qəbələ”nin duelinin həvalə olunduğu referi fiziki, nəzəri hazırlıqla yanaşı, psixoloji cəhətdən də hazır olmalıdı.
Bugünkü qarşılaşmanı İnqilab Məmmədovun idarə edəcəyini ötən sayımızda xəbər vermişdik. “Azərsun Arena”dakı görüş referinin cari çempionatda 7-ci matçı olacaq. Ədalət təmsilçisi mövsümün ilk yarısında 6 qarşılaşmda əsas söz sahibi olub. Onun idarə etdiyi matçlarda 4 dəfə meydan sahibləri qələbə qazanıb, 1 oyunda heç-heçə qeydə alınıb, 1 dəfə isə qonaqlar qalib gəlib. Top fərqi də evdə oynayan komandaların xeyrinədi – 9:4. Bu matçlarda penalti təyin etməyən hakim 3 dəfə qırmızı vərəqəyə görə əlini cibinə atıb. Bunlardan ikisini meydan sahiblərinin, birini isə qonaqların futbolçusuna göstərib. Ümumilikdə referi 35 sarı vərəqə ilə yadda qalıb ki, 17 dəfə evdə oynayan komanda, 18 dəfə isə qonaqlar rəsmi xəbərdarlıqla üzləşib.
O ki qaldı Məmmədovun “Qarabağ” və “Qəbələ”ylə yollarının kəsişməsinə, cari mövsüm bu 3 dəfə baş verib. Premyer-liqanın 7-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” matçında ədaləti adı çəkilən referi qoruyub. Həmin oyunda “qırmızı-qaralar” gözlənilməz məğlubiyyətə üzülüblər (0:2). Gəncə təmsilçisi ilə görüşdə “qırmızı-qaralar”dan Ruslan Qurbanov, Asif Məmmədov, Qismət Alıyev və Elvin Məmmədov “sarı” ilə “mükafatlandırılıb”. Qonaqların isə 2 futbolçusu eyni aqibətlə üzləşib. Ədalət təmsilçisi növbəti dəfə 14-cü turda “Qəbələ”nin “yoluna çıxıb”. Ancaq bu dəfə referinin ayağı Roman Qriqorçukun komandası üçün düşərli olub. Belə ki, “qırmızı-qaralar” “Keşlə” üzərində darmadağına sevinib – 3:0. Məmmədov Qəbələdə keçirilən matçda meydan sahiblərinin yalnız bir oyunçusuna “sarı” göstərib ki, bu Ekiqo Ehiosun idi. Yeri gəlmişkən, Ehiosunun artıq “Qəbələ”dən ayrıldığını qeyd edək. Bu qarşılaşmada “Keşlə”nin də yalnız bir üzvü rəsmi xəbərdarlıq alıb.
Məmmədov “Qarabağ”ın bir premyer-liqa matçını idarə edib. 12-ci tur çərçivəsində keçirilən “Sumqayıt”la qarşılaşmada baş hakim məhz adı çəkilən referi idi. Nəticə baxımından onu “Qarabağ” üçün uğurlu referi adlandırmaq olar. Belə ki, “Azərsun Arena”da gerçəkləşən qarşılaşmada “köhlən atlar” “kimyaçılar”ı 2 cavabsız qolla məğlub etdi. Bununla belə, ədalət təmsilçisi Suraxanıdakı görüşdə 6 dəfə əlini cibinə atıb və 30-cu dəqiqədə “Qarabağ”ı azlıqda qoyub. Rəqibini əllə vuran İbrahim Şehiçi meydandan qovan Məmmədovun qətiyyətinin müsbət reaksiya doğurduğunu da qeyd edək. Bu matçda referinin “Sumqayıt”ın 5 futbolçusuna sarı vərəqə göstərdiyini də bildirək.
Yeri gəlmişkən, tərəflərin əvvəlki duellərini fərqli hakimlər idarə etmişdi. Premyer-liqanın 3-cü turunda baş tutan və “Qarabağ”ın qələbəsi (2:1) ilə yekunlaşan matçda əsas söz sahibi Fariz Yusifov idi. Başqa sözlə, ötən mövsümün ikinci yarısında bu rəqiblərin 3 matçında ədaləti təmsil edən sabiq FİFA referisi cari “futbol ili”ndə seriyasını davam etdirdi. Qeyd edək ki, avqustun 26-da baş tutan qarşılaşmada Yusifov “köhlən atlar”ın 3, “qırmızı-qaralar”ın 2 futbolçusuna “sarı” göstərmişdi. “Qarabağ”dan Rəşad Sadıqov, Rahid Əmirquliyev, Dino Ndlovu, “Qəbələ”dən isə Dion Malone ilə Qismət Alıyev təcrübəli referidən rəsmi xəbərdarlıq almışdı. Gözləmək olardı ki, HK komandaların 2-ci dövrədəki duelini də Yusifova etibar edəcək. Ancaq komitə sədri Xaqani Məmmədov nədənsə ənənəni pozdu və 9-cu turda baş tutan duel Ömər Paşayevə tapşırıldı. Gənc FİFA referisinin idarə etdiyi və Qəbələdə baş tutan matçda “qırmızı-qaralar” minimal hesabla (1:0) qalib gəldi. Meydan sahiblərindən Elvin Camalov, qonaqlardan isə Ansi Aqolli, Yakub Jezniçak və Rəşad Sadıqov sarı vərəqə aldı.
FARİZ
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar