10 fev 00:45olke

Sevinclərin duelindən hansı qalib ayrılacaq?

Məmmədova: “Komandamın qələbə qazanacağına inanıram”
Novruzova: “Adaşım oyundan sonra mən Sevincin sevincinə baxacaq”

Həftəsonu çempionatın ən maraqlı və gərgin oyunlarından biri baş tutacaq. Son illər premyer-liqa təmsilçilərinin bəzilərinin yarışdan çəkilməsi, bəzilərinin isə maliyyə sıxıtntısı yaşaması diqqətləri “Qarabağ”la “Qəbələ”nin üzərinə yönəldib. Artıq üçüncü mövsümdü “qızıl” uğrunda mübarizə bu iki komanda arasında gedir ki, bu baxımdan ağdamlıların üstünlüyü var.
Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv cari mövsümün sonunda nəhayət, istəyinə çatmaq haqda düşünür. Turnir cədvəlindəki durum da hadisələrinin sonrakı axarının “qırmızı-qaralar” üçün uğurlu ola biləcəyindən xəbər verir. Hər halda, aradakı 6 xallıq fərq ciddi göstərici sayıla bilməz.
Əvvəla, komandalar arasında daha iki oyun var. Yəni şəxsi görüşlərdə “Qəbələ”nin 3 xala sevinməsi fərqi “əridəcək”. Digər tərəfdən, “köhlən atlar” Dino Ndlovu kimi aparıcı fiqurunu itirib və onun yerinə futbolçu cəlb olunmayıb. Bir başqa səbəb qış fasiləsində “Qarabağ”lı futbolçuların millinin toplanışında çoxluq təşkil etməsidi. Yorğunluq şənbə günü az da olsa, özünü göstərəcək.
Belə gərgin qarşılaşmada əsas yük təkcə meydanda top dalınca qaçanların yox, həm də azarkeşlərin üzərinə düşəcək. Fanatlar 90 dəqiqə ərzində sevimlilərini qələbəyə elə səsləməlidi ki, futbolçular bundan ilhamlansın, özlərində əlavə güc tapsınlar. “Qarabağ” – “Qəbələ” qarşılaşması həm də Sevinclərin – Məmmədovayla Novruzovanın qarşıdurması kimi yadda qalacaq. Sevinc Məmmədova “Qarabağ”ın matçlarında görməyə alışdığımız başıbağlı dindar xanımdısa, Sevinc Novruzova “Qəbələ”nin ev-səfər oyunlarını bilmədən tribunada yerini tutandı. Bir sözlə, sabahkı matçın onlar üçün də böyük əhəmiyyəti var.
Maraqlıdı, onlar oyundan əvvəl nə düşünürlər? Hansı komandanı favotir görürlər? Sonda kimin qələbəyə sevinəcəyini proqnozlaşdırırlar?
Sevinclərin duelindən hansı qalib ayrılacaq?
Sevinc Məmmədova: “Həm "Qarabağ", həm "Qəbələ" bu gün çempionatımızda ən yaxşı formada olan komandalardı. Bu üzdəndi ki, son vaxtlar bu iki komanda arasındakı oyunlar çox gərgin keçir. Ötən mövsümkü oyunlar zamanı baş verən bəzi hadisələr gərginliyi bir az da artırır. “Qarabağ” toplanışdan yeni qayıdıb. Oyunçularımızın çoxu həm də millinin düşərgəsində idi. Bütün bu amillər oyuna təsirsiz ötüşməyəcək. Hər mövsüm toplanışdan sonra komandamızın öz oyununu tapması üçün müəyyən zaman lazım olur. Amma istənilən halda meydandan xalla ayrılacağımızı düşünürəm. Biz bu gün liderik və "Qəbələ"dən 6 xal öndəyik. Kubokda da mübarizəni dayandırdığımıza görə bütün diqqətlər yerli çempionata yönəlib. Ən pis halda heç-heçə ola bilər. Amma komandamın qələbə qazanacağına inanıram. Yəqin ki, stadion tam dolacaq. Məncə, səfərdə olan oyunlarımız daha çətin keçir. Düşünürəm ki, azarkeşlərin dəstəyi ilə "Qarabağ" bizə sevinc bəxş edəcək. Bu oyunda qalib gəlsək, çempionluğun taleyi böyük ölçüdə həll olacaq. Belə qarşılaşmalarda adətən favorit olmur. Amma meydan sahibi kimi "Qarabağ"ın qalib olacağını düşünürəm. Sevinc Novruzova ilə mübarizədən Sevinc Məmmədovanın qalib ayrılacağını təxmin edirəm”.
Sevinc Novruzova: “Qarabağ” – “Qəbələ” oyunu təbii ki, turun ən maraqlı qarşılaşmasıdı. Çempionluğa iddialı iki komanda üz-üzə gələcək. Bir “Qəbələ” azarkeşi kimi mən də fanatı olduğum komandanın gücünə inanıram. Bildiyim qədər “Qəbələ”dən fərqli, “Qarabağ” Antalya toplanışını qələbə qazanmadan başa vurub. Bunun davam etməsini arzulayıram. Dino Ndlovunun gedişindən sonra “Qarabağ”ın hücum xətti əvvəlki kimi qorxulu deyil. Həm də “Qarabağ”dan fərqli, “Qəbələ” yeni futbolçuyla güclənib. Millimizin də üzvü olan Təmkin Xəlilzadənin bu qarşılaşmada komandaya daha çox fayda verəcəyinə inamım böyükdü. “Qarabağ”ın bəzi yoldaşlıq görüşlərini izləmişəm. Bir sözlə, “Qəbələ”nin “Qarabağ”la arada olan 6 xallıq fərqi azaldacağına inamım böyükdü. “Qəbələ” isə Antalyadakı yoldaşlıq görüşlərində məndə xoş təəssürat yaratdı. Fikrimcə, komandam meydandan 3 xalla ayrılacaq. Matçı idarə edəcək hakimlərə isə uğurlar arzulamaqla yanaşı, ümid edirəm ki, sonda hər iki tərəf idarəçilikdən razı qalacaq. “Qəbələ”nin fanatlarını stadiona səsləyib, sevimli komandamıza dəstək vermələrini istəyirəm. Ümid edirəm ki, “Qarabağ”dakı rəqib həmkarım, həm də adaşım məni oyundan sonra “Qəbələ”nin qələbəsi münasibətilə təbrik edəcək və mən Sevincin sevincinə baxacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar