10 fev 00:35olke

Jurnalistlər “Qarabağ”la “Qəbələ”ni incələdilər

Jurnalistlər “Qarabağ”la “Qəbələ”ni incələdilər
Hər iki həmkarımız Ndlovunun yoxluğunu qabartdı
Həm “Qarabağ”, həm də “Qəbələ” yanvarın əvvəlində bir araya gələrək təlim-məşq toplanışı üçün Antalyaya yollandı. Halbuki digər klublar hazırlığın ilk yarısını vətəndə keçib, növbəti mərhələ üçün qardaş ölkəyə üz tutdular. “Köhlən atlar” Türkiyədə 6 yoxlama oyunu keçirdi. Bunlardan 2-də məğlub olan Qurban Qurbanovun komandası qalan 4 görüşdə “sülh”ə razılaşdı. “Qəbələ” də əsas rəqibi kimi Antalyada 6 yoldaşlıq matçında qüvvəsini sınadı. Roman Qriqorçukun yetirmələri bu qarşılaşmalarda 1 qələbə qazandı, 2 heç-heçə etdi, 3 dəfə uduzdu. Bundan başqa, Elşən Abdullayevi “Zirə”yə icarəyə verən ağdamlılar Tarik Elyunussi və Dino Ndlovu ilə yollarını ayırdı. Sonuncunun “Qarabağ” üçün hansı əhəmiyyət daşıdığını hər kəs yaxşı bilir. Əvəzində isə transfer edilmədi. “Qəbələ” isə daha çox heyətə düşməyən futbolçuları yola salıb, yalnız Təmkin Xəlilzadə ilə gücləndi. Odu ki, bu rəqiblərin sabahkı oyunu kimin necə hazırlaşdığını görmək baxımından da əhəmiyyətlidi. Biz isə hər iki komandanın Antalyadakı toplanışını canlı izləmiş jurnalistlərin fikirlərini öyrəndik. Görəsən, onlar turun mərkəzi qarşılaşması ərəfəsində hansı komandanı şanslı sayırlar?
Jurnalistlər “Qarabağ”la “Qəbələ”ni incələdilər
Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): “Antalyada "Qarabağ"ın və "Qəbələ"nin iki yoxlama oyununu izləmək imkanım oldu. Toplanışa bilavasitə rotasiyalar niyyətiylə yanaşan Qriqorçukun komandası haqda konkret fikir yürütmək asan deyil. Hər matçda heyəti dəyişir, oyunboyu isə demək olar, hər mövqedə eksperimentlərə əl atırdı. Qriqorçukun komandası fiziki hazırlıq baxımından axsamayıb, bu dəfə də son oyunda bir az ləng görünməyinə baxmayaraq, inanmıram ki, çempionatdakı qarşılaşmalarda ağır təsir bağışlasın. "Qarabağ" isə eksperimentlərdən daha çox oyun üslubunda fərqliliklərə üstünlük verirdi. Məsələn, "Mariupol"la qarşılaşmalarda cinah reydlərinə üstünlük verən Qurbanovun ideyası uğurlu idi. Qolları da məhz bu cür hücumlarda tapan komandanın taktiki oyun arsenalına daha bir neçə elementin əlavə olunduğunu söyləyə bilərik. Çempionuq uğrunda mübarizə aparan bu iki kollektivin qarşılaşmasında əsl sürətli futbol gözləyirəm. Baxmayaraq ki, toplanışdan sonra komandaların ideal formanı yaxalaması 1-2 həftə çəkir, ancaq əsas rəqiblərin potensialının pik həddində mübarizə aparacağı gözləniləndi. Dinonun yoxluğu "Qarabağ"ın hücum potensialına təsir edəcək. Mahir o səviyyədə deyil ki, kritik məqamlarda önə çıxsın. Ümumiyyətlə, düşünürəm ki, Mədətova bəslənən inam lazımi qədər məhsul vermir. Daha radikal oynamalıdı. "Qarabağ"ın zəifləyəcəyini proqnozlaşdırıram. Çünki Qurbanov da, komandanın onurğa sütunu Rəşad Sadıqov da indi parçalanıb, daha çox işləyirlər. Bu da az və ya çox təsir edəcək. "Qəbələ"nin isə orta xətti zəifdi. Hücuma keçid fazası yaxşı deyil. Transferlərə ehtiyac vardı, ancaq olmadı. Bəlkə də qış transfer dönəmində lazımi oyunçunu tapa bilməmək problemindəndi. Ancaq məhz liderlərin çəkişməsindən söhbət gedirsə, məncə, "Qarabağ" bu gedişlə intensivliyi qoruya bilməyəcək, gözlənilməz məğlubiyyətlər, xal itkiləri ola bilər. Bu oyunun “qızıl”ın taleyini həll edəcəyini düşünmürəm. Çempionluq bu rəqiblər arasındakı qarşılaşmaların nəticələrindən çox, başqa rəqiblərlə mübarizədəki nəticələrdən asılı olacaq. Çünki "Zirə", "Neftçi", "Sumqayıt" kimi sonadək mübarizə aparan kollektivlər var”.
Jurnalistlər “Qarabağ”la “Qəbələ”ni incələdilər
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Uzunmüddətli fasilədən sonra komandalardan ideal forma gözləmək sadəlövhlük olar. İstər-stəməz çatışmazlıqlar olacaq. O başqa məsələ ki, kim daha az qüsur sahibi olacaq. Qüvvələrin nisbəti yuxarı-aşağı bərabərdi. Hər halda, çempionat ərzində də bu komandalar arsında keçirilən görüşlərdə dəfələrlə dediyimizin şahidi olmuşuq. Antalya toplanışı zamanı hər iki komandanı yaxından izlədim. Fərqli mənzərələrə şahidlik etdim. “Qarabağ” daha sabit oyunlar keçirirdisə, “qırmızı-qaralar” haqda eyni sözləri demək olmaz. Bu baxımdan kimin daha uğurlu hazırlıq keçdiyini söyləmək çətindi. Konkretləşdirim: “Qəbələ”nin ən yaxşı oyunu “köhlən atlar”ın ən yaxşı oyunundan üstün idi. Qurban Qurbanovun komandasının bütün matçları 100 faizlik şkala ilə 70 üzərində idisə, bölgə təmsilçisinin orta göstəricisi 70-dən aşağı idi. Bu səbəbdən də nəticə tərəflərin sözügedən matçda hansı kondisiyada olacaqlarından asılıdı. Qurbanovun iki cəbhəyə ayrılmasının “Qarabağ”a ciddi təsiri ola bilməz. Qurban bəy uzun illər ərzində istədiyi modeli yaradıb. Çəkdiyi filmin hansı janrda olmasını, təbii ki, bütün köməkçiləri də, futbolçuları da bilir. Peşəkar klub modelinin Azərbaycan versiyasını ideal səviyyəyə çatdıran mütəxəssisin yeganə başağrısı o olacaq ki, çempiona qarşı matçlarda bütün yerli futbolçular ikiqat əzmlə mübarizə aparacaqlar. Əlbəttə ki, milliyə düşmək naminə. “Qarabağ”ın Dino Ndlovu ilə yollarını ayırması sözsüz ki, təsirsiz ötüşməyəcək. Çünki Mahir Mədətov və ya Ramil Şeydayev hətta start heyətində meydana çıxdıqda belə, komandada bir arxayınlıq olurdu ki, çətin vəziyyətdə Ndlovu döyüşə atılacaq. İndi isə hücumda Ramil və ya Mahir “1-ci skripka” rolunda olacaqlar ki, bu da həmin futbolçuları psixoloji təzyiq altında saxlayacaq. “Qəbələ”nin yollarını ayırdığı Deyv Bultuis və Endi Halidey onsuz da ehtiyat oyunçular skamyasında gün keçirənlər idi. Bu səbəbdən də qış fasiləsində Ağdam təmsilçisinin daha çox itirdiyini söyləyə bilərik. Əslində Təmkin Xəlilzadəni də Qriqorçukun komandasının aktivinə daxil etmək olardı. Lakin Antalyada gördüklərimə əsasən deyə bilərəm ki, “Zirə”dən transfer olunan cinah oyunçusu böyük ehtimalla ən azı ilk turlarda start heyətində görünməyəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar