10 fev 00:03olke

Qurban Qurbanov yetirmələrinə qadağa qoyub

Qurban Qurbanov yetirmələrinə qadağa qoyub
Asif Məmmədov: “Qalib gəlsək, çox şey dəyişə bilər”
Bütün diqqətlər şənbə günü keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına yönəlib. “Azərsun Arena”da baş tutacaq qarşılaşma çempionluğun taleyini böyük ölçüdə həll edə bilər. Belə ki, “köhlən atlar” qələbə qazansa, “qırmızı-qaralar”la xal fərqini 9-a yüksələcək. Bu isə Roman Qriqorçukun komandasının “qızıl” şansını xeyli azaldacaq. Prinsipial və taleyüklü matçla bağlı hər iki tərəfdən futbolçuların fikirlərini öyrənməyi lazım bildik.
Öncə “Qəbələ”lilərlə danışdıq. Əslində “Qarabağ”ın qışda Dino Ndlovu kimi önəmli fiqurunu satması, əvəzində transfer etməməsi “qırmızı-qaralar”ın lehinə olan məqamdı. Maraqlıdı, Qriqorçukun yetirmələri “Qarabağ”ı məğlub edəcəklərinə nə dərəcədə inanır?
Asif Məmmədov qələbəyə kökləndiklərini söylədi: “Düzdü, qarşıda xeyli oyun var. Lakin bu görüş əsas qarşılaşmalardan biridi. Allah eləməmiş, uduzsaq, aradakı xal fərqi 9-a çatacaq. Onu görə də məğlub olmaq haqda qətiyyən düşünmürük. Bu baxımdan oyunun əhəmiyyəti bizim üçün böyükdü. Bütün görüşlərə qələbə qazanmaq üçün çıxırıq. İstər çempionat, istər avrokubok, istərsə də ölkə kuboku matçları olsun. Başqa nəticə haqda fikirləşmirik. Elə bir qarşılaşma yoxdu ki, futbolçu “bu oyuna uduzmağa çıxıram” deyə düşünsün. Odu ki, bütün matçlarda olduğu kimi, “Qarabağ”la görüşə də qələbə üçün çıxacağıq. Çempionluq şansından, xal fərqinin hansı durumda olmasından asılı olmayaraq, qalib gəlməyə çalışacağıq. Dino Ndlovu yaxşı futbolçu idi, rəqiblərə çətinlik yaradırdı. Ancaq “Qarabağ” elə bir komandadı ki, geniş heyətə malikdi. Bu üzdən bir futbolçunun olmamasının ciddi fərq yaradacağını düşünürəm. Elə oyunlar olub ki, Dino bizə qarşı oynamırdı, ancaq çətinliklər olurdu. Ona görə də fikirləşmirəm ki, Dinonun olmaması qarşılaşmanın bizim üçün asan keçəcəyi anlamına gəlir. Çətin oyun olacaq. Bütün qarşılaşmalara olduğu kimi, bu matça da ciddi hazırlaşırıq. Əhval-ruhiyyə qaydasındadı. Yaxşı təlim-məşq toplanışı keçmişik. Oyunu gözləyirik, bütün diqqətimizi bu duelə yönəltmişik. Qələbə qazanmağımız xal fərqinin azalması deməkdi. Hələ qarşıda 2 dövrə var və indidən çempionluqla bağlı nəsə demək olmaz. Lakin bu görüşdə qalib gəlsək, çox şey dəyişə bilər. İrəliyə daha nikbin baxmaq olar. Çempion olmaq şansımız bir qədər artar”.
Ürfan Abbasov isə qısaca bunları dedi: “Deməzdim ki, çempionluğun taleyi həll olunur. Ancaq çox vacib oyundu. Kimin üstün olduğunu demək çətindi. Hər iki komanda güclü heyətə malikdi. Dino Ndlovunun gedişi? “Qarabağ”ın yetərincə geniş heyəti və güclü futbolçuları var. Dionunun yoxluğunu unutduracaq futbolçuların olduğunu deməliyəm. “Qarabağ”da yaxşı hücumçular var. Ndlovunun getməyi o demək deyil ki, “Qarabağ” zəifləyib”.
Təbii, “Qarabağ”lıların da oyunla bağlı düşüncələrini öyrənmək maraqlıdı idi. Görəsən, onlar qalib gəlməklə çempionluğu böyük ölçüdə təmin etməyə kökləniblər? Ancaq “köhlən atlar”dan oyunla bağlı fikir öyrənmək cəhdimiz uğursuz alındı. Məlum oldu ki, Qurban Qurbanov yetirmələrinin mətbuata danışmasına qadağa qoyub. Əslində əvvəllər də “Qarabağ”da bu təcrübənin şahidi olmuşuq. Önəmli oyunlardan öncə çalışdırıcı komandanın diqqətinin yayınmaması üçün belə qərar verir. Hər halda, bu addım matçın əhəmiyyətindən xəbər verir. Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov da informasiyanı təsdiqlədi: “Bəli, futbolçulara qadağa qoyulub. Ən azı “Qəbələ” ilə oyuna qədər davam edəcək. Bizdə zaman-zaman bu cür sistem tətbiq olunur. Baş məşqçinin qərarıdı, futbolçular da ona əməl etməlidi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar