Yoxlama oyunlarının qəribə mənzərəsi » Football-plus.az
09 fev 13:38olke

Yoxlama oyunlarının qəribə mənzərəsi

Yoxlama oyunlarının qəribə mənzərəsi
Liderlər zirzəmidə, autsayderlər zirvədə
Qış fasiləsi başa çatmaq üzrədi və komandalar artıq 3-cü dövrənin ilk turuna hazırlaşır. Həftəsonu keçiriləcək 15-ci turun oyunları ilə premyer-liqa həyəcanı qaldığı yerdən davam edəcək. Transfer çalışmaları da yavaş-yavaş finişə yaxınlaşır. Ancaq hansısa klubun heyətini gücləndirmək üçün az da olsa, vaxtı var. Yanvarın 13-də rəsmən açılan “transfer pənəcərəsi” fevralın 9-da bağlanacaq. Bir sözlə, artıq qış fasiləsini bitmiş saymaq olar. Təbii, komandalar bu müddətdə çempionatın ilk yarısında üzə çıxan problemləri həll etməyə və marafonun qalan hissəsinə öncədən tərtib olunan proqram üzrə hazırlaşıblar. Kimin buna nə qədər nail olduğunu rəsmi oyunlar, mövsümün ikinci yarısı göstərəcək. Çatışmazlıqları, problemli mövqeləri üzə çıxarmağın ən yaxşı yolu yoxlama oyunları idi. İndi isə qış fasiləsində komandaların keçirdiyi yolşdalıq oyunlarını xatırladaq, onların nəticələrini, kimin necə təsir bağışladığını yada salaq.
Antalayada 35, Bakıda 8 oyun
Əvəzedicilərlə görüşləri siyahıya əlavə etmirik. Çünki bu qarşılaşmalar ikitərəfli oyun xarakteri daşıyır. İstənilən an ikinci heyətdən kimsə əsas komandaya cəlb oluna bilər. Fərqli komandalar arasında keçirilən duellərə gəlincə, ümumilikdə bu qış fasiləsində 43 yoxlama oyunu baş tutdu. Bunlardan 35-i Antalyada, qalanı isə Bakıda gerçəkləşdi. Yalnız “Qarabağ”, “Qəbələ” və “Kəpəz” vətəndə sınaq matçında gücünü sınamağa ehtiyac görmədi. İlk iki adı çəkilən komanda yanvarın əvvəlində Türkiyəyə yollanmışdısa, Gəncə təmsilçisi əvəzediciləri ilə oyunda qüvvəsini sınayıb qardaş ölkəyə üz tutdu. Xatırladaq ki, “sarı-göylər”in “Sabah”la yoxlama matçı stadion problemi üzündən ləğv olundu. Digər klublar isə vətəndə “siftə edib”, Antalyada davamını gətirdi. Təkcə “Neftçi” qardaş ölkədən qayıdandan sonra daha bir yoxlama matçı keçirdi. Qalan 7 komanda isə vətənə döndükdən sonra sınaq görüşünə ehtiyac duymadı. Yeri gəlmişkən, təmsilçilərimiz Türkiyədə baş tutan 35 qarşılaşmadan 18-də məğlub oldu, 12 heç-heçə etdi və cəmi 5 qələbə qazandı. Başqa sözlə, toplanışda klublarımız olduqca zəif nəticələrlə yadda qaldı. Bu oyunlarda bizimkilər 30 qol vurdusa, 65 dəfə topu öz qapılarından çıxarmalı oldular. İndi isə klublarımızın qış fasiləsində keçirdiyi yoxlama oyunlarına nəzər salaq.
Qarabağ
Kuban (Rusiya) 2:2
Lexiya (Polşa) 1:1
Şkupi (Makedoniya) 0:0
Mariupol (Ukrayna) 2:3
Sarayevo (Bosniya və Hersoqovina) 0:2
Mladost (Monteneqro) 1:1
Qəbələ
Akhisar Bələdiyyəspor (Türkiyə) 1:1
Sürix (İsveçrə) 0:1
Rabotniçki (Makedoniya) 2:1
Arsenal (Rusiya) 3:3
Bohemians (Çexiya) 1:3
Şkendiya (Makedoniya) 0:2
Zirə
Keşlə 1:2
Voluntari (Rumıniya) 2:0
Avanqard (Rusiya) 0:3
Haladaş (Macarıstan) 1:2
Sumqayıt
Qaradağ Lökbatan 3:0
Səbail 1:2
Konkordiya (Rumıniya) 0:1
Akademiya Pandev (Makedoniya) 1:1
Anji (Rusiya) 0:1
Mladost (Serbiya) 0:4
Neftçi
Keşlə 1:2
Sabah 1:0
SKA-Xabarovsk (Rusiya) 1:8
Konkordiya (Rumıniya) 0:1
Slaviya (Bolqarıstan) 0:1
Krılya Sovetov (Rusiya) 0:2
Sileks (Makedoniya) 0:3
Səbail
Sumqayıt 2:1
Sabah 0:0
Xəzər 3:1
Çernomorets (Ukrayna) 0:0
Napredak (Serbiya) 1:1
Lokomotiv (Plovdiv, Bolqarıstan) 1:3
Senitsa (Slovakiya) 2:2
Keşlə
Qaradağ Lökbatan 3:1
Neftçi 2:1
Zirə 2:1
Rabotnoçki (Makedoniya) 1:0
Karpatı (Ukrayna) 1:2
Yenisey (Rusiya) 1:1
Kəpəz
Vitorul (Rumıniya) 1:1
Daejeon Sitizen (Cənubi Koreya) 1:0
Yagelloniya (Polşa) 1:8
Spartak (Subotitsa, Serbiya) 2:0
Göründüyü kimi, əvvəlki illərlə müqayisədə bu dəfə təmsilçilərimizin Antalyadakı nəticələri ürəkaçan deyil. Düzdü, yoxlama oyunlarında nəticənin önəmli olmadığını hər kəs yaxşı bilir. Amma heç bir komandanın meydana uduzmaq üçün çıxmadığı da birmənalıdı. Yenilgi varsa, çatışmazlıqlar da var. Yuxarıda qeyd etdiyimiz kimi, klublarımız qardaş ölkədə 18 dəfə məğlub oldu. Bu baxımdan ən bərbad çıxış edən komanda “Neftçi”di. Paytaxt təmsilçisi keçirdiyi 5 oyunun hamısında uduzdu. Antalyada cəmi 1 qol vuran bakılılar qalan 4 matçda rəqib qapısına yol da tapa bilmədi. Xüsusən “ağ-qaralar”ın Rusiya çempionatının autsayderi “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzmasına ad vermək çətindi. Artıq bu cür uğursuz nəticəyə “yoxlama oyununda nəticə vacib sayılmır” ifadəsi ilə don geydirmək də yersizdi. “Neftçi” kimi “Qarabağ”, “Sumqayıt” və “Səbail” də qardaş ölkədə qələbə görmədi. Sumqayıtlılar 4 matçdan 3-də uduzdusa, qalan iki komanda daha çox heç-heçələrlə yadda qaldı. “Qarabağ” 6 oyundan 4-də, “Səbail” isə 4 görüşdən 3-də “sülh”ə razılaşdı. Təbii, premyer-liqanın liderinin yoxlama matçlarının heç birində qələbə qazanmaması diqqəti çəkməyə bilməzdi. “Zirə”ylə “Keşlə” 3, “Qəbələ” 6 oyunda 1 dəfə qalib gəlməyi bacardı. Maraqlıdı ki, qardaş ölkədə ən yaxşı nəticəyə imza atan komanda “Kəpəz”di. Gəncəlilər premyer-liqada autsayder olsa da, Türkiyədə hamıdan çox - 2 qələbə qazandı. Hərçənd qərblilərin də hesabında biabırçı - 1:8 hesablı “Yagelloniya” məğlubiyyəti var. Xüsusən “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynovun “Spartak”la görüşdən sonra əvvəlki darmadağına izah verərkən rəqibləri səhv saldığını deməsi “qaş düzəldən yerdə vurub gözü çıxarmaq” məsəlinə uyğun gəlir. Hər halda, “Kəpəz” ümumi göstəricidə digər təmsilçilərimizi geridə qoydu.
15 ölkə təmsilçisi
Klublarımız Antalyada 15 ölkənin təmsilçiləri ilə üz-üzə gəlib. Həmin rəqiblərlə oyunları turnir cədvəli formasına salsaq, ən çox Makedoniya komandalarından “xal qoparmışıq”. Say baxımından isə bizimkilər Rusiya klubları ilə daha çox qarşılaşıblar. Lakin şimal qonşularımızla keçirilən görüşlərdə qələbəmiz yoxdu. 7 oyundan dördündə ruslar üstün olubsa, 3 görüşdə qalib müəyyənləşməyib. Sınaqçı-rəqiblərdən ikisi isə iki fərqli komandamızla qarşılaşıb. “Rabotniçki” həm “Keşlə”, həm də “Qəbələ”ylə, “Konkrodiya” isə “Neftçi” və “Sumqayıt”la yoxlama oyununda üz-üzə gəlib. Beləliklə, hansı ölkələrin təmsilçisləri ilə neçə dəfə qarşılaşdığımızı, hansı nəticələrə imza atdığımızı və “əldə etdiyimiz xal”ı əks etdirən cədvələ nəzər yetirək.
Makedoniya 6 2 2 2 4-7 8
Serbiya 3 1 1 1 3-5 4
Rumıniya 4 1 1 2 3-3 4
Cənubi Koreya 1 1 0 0 1-0 3
Rusiya 7 0 3 4 7-20 3
Monteneqro 1 0 1 0 1-1 1
Türkiyə 1 0 1 0 1-1 1
Slovakiya 1 0 1 0 2-2 1
Ukrayna 3 0 1 2 3-5 1
Polşa 2 0 1 1 2-9 1
İsveçrə 1 0 0 1 0-1 0
Macarıstan 1 0 0 1 1-2 0
Çexiya 1 0 0 1 1-3 0
Bosniya və Hersoqovina 1 0 0 1 0-2 0
Bolqarıstan 2 0 0 2 1-4 0
Antalyada “Kəpəz”, ümumilikdə “Keşlə”
Antalyada keçirilən oyunlara görə turnir cədvəli hazırlasaq, sıralama belə olacaq:
1. Kəpəz 4 2 1 1 5-9 7
2. Qəbələ 6 1 2 3 7-11 5
3. Keşlə 3 1 1 1 3-3 4
4. Qarabağ 6 0 4 2 6-9 4
5. Zirə 3 1 0 2 3-5 3
6. Səbail 4 0 3 1 4-6 3
7. Sumqayıt 4 0 1 3 1-7 1
8. Neftçi 5 0 0 5 1-15 0
Qış fasiləsindəki bütün sınaq matçlarını nəzərə alanda isə turnir cədvəlində vəziyyət dəyişir:
1. Keşlə 6 4 1 1 10-6 13
2. Səbail 7 2 4 1 9-8 10
3. Kəpəz 4 2 1 1 5-9 7
4. Qəbələ 6 1 2 3 7-11 5
5. Sumqayıt 6 1 1 4 5-9 4
6. Qarabağ 6 0 4 2 6-9 4
7. Zirə 4 1 0 3 4-7 3
8. Neftçi 7 1 0 6 3-17 3
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar