09 fev 13:34olke

“Göyəzən” 40 illik yubileyinə “Qardabani”ni dəvət edib

“Göyəzən” 40 illik yubileyinə “Qardabani”ni dəvət edib
Klub rəhbərliyi gürcü veteranları Qazaxa gətirmək istəyir
Region Liqasında çıxış edən "Göyəzən" sabah Qazaxda yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Rəqib qonşu Gürcüstanın 1-ci divizion təmsilçisi "Qardabani" olacaq. Qarşılaşma saat 15.00-da başlayacaq. Artıq oyunla bağlı afişalar da vurulub. Ancaq ağaca vurulan və qələmlə kağıza yazılan afişa sosial şəbəkədə müzakirələrə yol açıb. "Beynəlxal yoldaşlıq görüşü" ifadəsi təsadüfi deyil. Qeyd olunur ki, matç "Göyəzən"nin 40 illik yubileyinə həsr olunub. Görünən odu ki, oyuna, ümumiyyətlə, yubileyə münasibət həvəskar səviyyədədi. Nə olsun ki, "Göyəzən" qəpiyə möhtacdı, hazırda həvəskar statusu daşıyır, rayon rəhbərliyi heç olmasa, normal yubiley keçirmək üçün müəyyən addımlar ata bilməzdi? Təfərrüatları öyrənmək üçün qərb təmsilçisinin baş məşqçisi Elxan Muradovu aradıq. Məşqçi and-aman elədi ki, təmtəraqlı yubiley daha sonra keçiriləcək, sabahkı oyun tədbirin birinci mərhələsi və daha çox çempionata hazırlıq xarakteri daşıyır: "Bildiyiniz kimi, "Qardabani" Adil Mahmudovun komandasıdı. Onlar bizdən əvvəl "Turan Tovuz"la da oynamışdılar. Region Liqasında növbəti oyunumuz ayın 17-də öz meydanımızda "Energetik"lə olacaq. Çempionat oyunu ərəfəsində heyətə yeni cəlb olunan gənc futbolçuları sınamaq istəyirik. Adil müəllimə xəbər verdik, razılıq əldə olundu. İki addım yoldu, gəlib oyun keçirib qayıdacaqlar. Afişanı camaatın marağına səbəb olsun deyə elə yazıblar. Düzdü, yaxın vaxtlarda yubiley tədbiri keçirmək istəyirik.
"Qardabani" ilə qarşılaşma yubileyə hazırlığın birinci mərhələsi sayıla bilər. Yəni silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Ancaq ayın 9-da xüsusi nəsə olmayacaq. Mehdi müəllim (klubun vitse-prezidenti Mehdi Salmanovu nəzərdə tutur) təşkilatçılıqla məşğuldu. Gürcüstanın veteranlarını dəvət etmək fikrimiz var. Əvvəlki yubileylərimizdən birində də onları qonaq çağırmışdıq. Həm oynamışdıq, həm də görüşdən sonra yemək-içmək məclisi təşkil etmişdik. Yadımdadı, icra başçısı da gəlmişdi. Yenə elə tədbir keçirilməsi planda var".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar