07 fev 12:51olke

“Qarabağ” la “Qəbələ”nin susqunluğunun səbəbi nədi?

“Qarabağ” la “Qəbələ”nin susqunluğunun səbəbi nədi?
Erkin İbrahimov: “Qurban Qurbanov artıq yığmanın da maraqlarını nəzərə almalıdı”
Qış fasiləsinin bitməsinə sayılı günlər qalıb. Artıq premyer-liqanın bütün təmsilçiləri Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıblar. Fasilə eyni zamanda heyəti gücləndirmək, axsayan mövqelərə yeni futbolçu dəvət etmək, bir sözlə, mövsümün ilk yarısında düşərgədə yaşanan çatışmazlıqları aradan qaldırmaq baxımından baş məşqçilər üçün əla fürsətdi. Bu qış da istisna olmadı. Əksər klublarımız, xüsusilə də turnir cədvəlinin aşağı pillələrində yer alanlar 2017/18 “futbol ili”nin qalan hissəsində nəticələri yaxşılaşdırmaq üçün “transfer pəncərəsi”ndən maksimum yararlanmağa çalışdı. Buna nümunə kimi heyətləri əsaslı dəyişikliyə məruz qalan “Kəpəz” və “Keşlə”ni göstərmək olar. “Səbail” də onlardan geri qalmamağa çalışdı. Ancaq autsayderlərdən fərqli, “qızıl”a iddialı “Qarabağ”la “Qəbələ” yaddaqalan keçidlər rəsmiləşdirmədi. Dino Ndlovu, Tarik Elyunussi kimi legionerlərlə vidalaşan ağdamlılar yaranmış boşluqları doldurmadı. “Qırmızı-qaralar” yeni ilin ilk günlərində Təmkin Xəlilzadəni rənglərinə bağlayanda çoxları fikirləşdi ki, qarşısına çempionluq məqsədi qoyan “Qəbələ” fasilədə daha bir neçə güclü futbolçu ilə ortaq məxrəcə gələcək. Lakin ehtimallar özünü doğrultmadı.
İddialıların transfer bazarında belə passiv görünməsi, heyəti gücləndirmək yönündə addım atmaması ortaya müəyyən suallar çıxarır. Nəyə görə “Qarabağ” la “Qəbələ” ötən illərdən fərqli, bu qış kisənin ağzını açmadı? Suala cavab tapmaq üçün menecerlərin fikirlərini öyrənməyi lazım bildik. Hər halda, bu sahənin peşəkarları transfer bazarında yaşananlardan daha çox məlumatlıdılar. Öncə Erkin İbrahimovu dinləyək: “Cavab çox sadədi. Turnir cədvəlinə baxdıqda bütün mənzərə açıq-aydın görünür. Böyük ehtimalla “Qarabağ” çempion, “Qəbələ” isə ikinci olacaq. Çətin ki, “Zirə” bu komandalara çata bilsin, o cümlədən “Sumqayıt”. Hər şey məlum olduğu halda əlavə xərc kimə lazımdı? Bir də ki, qışda normal futbolçu tapmaq bir qədər çətindi. Mən də ordan-burdan eşitmişəm ki, “Qarabağ” bəzi əcnəbilərlə maraqlanıb. Ancaq həmin oyunçuların məxsus olduğu klublar təzminat tələb etdiyindən ağdamlılar transferdən vaz keçib. Onu da unutmayaq ki, Qurban Qurbanov artıq 2 cəbhədə çalışır. O həm “Qarabağ”ın, həm də millinin baş məşqçisidi. Bu da ona müəyyən qədər çətinlik yaradır. O dilemma qarşısında qalıb: “Qarabağ”a yeni hucümçü lazımdı, ya yox? İndi ağdamlıların əsas qol ümidi Mahir Mədətovla Ramil Şeydayevdi. Mövsümün ilk yarısında onu da gördük ki, Qurban müəllim avrokuboklardan fərqli, çempionat qarşılaşmalarında Mahirə irəli xətdə güvənir. Antalyada da gördük ki, əsas yük Mədətovun üzərinə düşür. Baş məşqçi artıq yığmanın da maraqlarını nəzərə almalıdı. Bəlkə də bu səbəbdən Qurbanov yeni hucümçunun transferində o qədər də maraqlı olmadı. Bu fikirləri başqa mövqelər haqda da söyləmək olar. Elyunussinin gedişi Əfran İsmayılovun yolunu açacaq. Əfran yığmanın rəsmi oyunlarına qədər formaya düşməlidi. Millinin baş məşqçisi kimi Qurban müəllim indi transferlərdən öncə daha çox düşünüb-daşınmaq məcburiyyətindədi. Hucümçü gətirsəm, Şeydayevin taleyi necə olacaq, Ağabalanı harda oynadacam?
“Qəbələ”yə gəlincə, hər dəfə bu klub haqda nəsə söyəyəndə ortaya müəyyən söz-söhbət çıxır. Artıq Qazaxıstan mətbuatında da bu mövzuda yazılar dərc olunur. Bir neçə gün öncə söyləmişdim ki, Roman Qriqorçuk “Astana”ya yollanacaq. Düzdü, mən onu da demişdim ki, fevralın əvvəllərinə qədər bu ayrılıq reallaşacaq. Ancaq mənə ötürülən məlumata görə, “Astana” rəhbərliyi marta, yəni avrokuboklar başa çatana qədər hazırkı məşqçi ilə yola davam etmək fikrindədi. Mayda isə artıq ukraynalı mütəxəssis “sükan arxasına” keçəcək. Qriqorçuk “Qəbələ”dən ayrılacağını bildiyindən yeni futbolçunun transferində o qədər də israrlı görünmədi. Rəsmilər də yaxşı başa düşür ki, yeni gələcək baş məşqçi öz komandasını formalaşdırmağa çalışacaq. Bu üzdən əlavə xərc çəkib, düşərgəyə yeni futbolçu dəvət etməyə ehtiyac duymadılar”.
Tural Əsgərov isə yaşanan durumu belə dəyərləndirdi: “Faktiki bu gün çempiounluq uğrunda “Qarabağ”la “Qəbələ” mübarizə aparır. “Zirə”nin də müəyyən şansı qalsa da, bu o qədər də inandırıcı görünmür. Qışda oyunçu tapmaq bir qədər çətindi. Ancaq mənə elə gəlir ki, əsas səbəb hər iki klubun ciddi mənada yeni oyunçuya ehtiyac duymamasıdı. Çempionatı başa vurmaq üçün nə “Qarabağ”ın, nə də “Qəbələ”nin kadr problemi yoxdu. Yeni transferlər yalnız daxildə rəqabəti artırmış olardı. Ola bilsin, hazırkı futbolçulardan daha yaxşısını tapmadıqlarından transferlər reallaşdırmayıblar. “Transfer pəncərəsi”nin bağlanmasına 3-4 gün qalıb. Ona görə də gəlin tələsməyək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar