07 fev 12:34olke

“Neftçi” azarkeşi fevraldakı oyunları nişan verdi

“Neftçi” azarkeşi fevraldakı oyunları nişan verdi
Tahir Quliyev: “Nəticələr yaxşı olmasa, Tərlan müəllim də üç zərf hazırlamalı olacaq”
“Neftçi” Antalya toplanışı çərçivəsində keçirdiyi 5 yoxlama matçının hamısında məğlub oldu. Düzdü, yoldaşlıq görüşlərində nəticənin o qədər də önəmli olmadığını hər kəs anlayır. Lakin bu qarşılaşmalarda nələrinsə yolunda getməməsi komanda üçün həyəcan təbilinin çalınması deməkdi. Xüsusən “ağ-qaralar”ın Rusiya çempionatının autsayderi “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzması böyük səs-küy doğurdu. Elə transfer çalışamalarını da o qədər uğurlu saymaq olmaz. Təkcə “Qəbələ”dən alınan Aqil Məmmədovun geri qayıtması bütün bunların əyani sübutudu. “Neftçi”də daxili ab-havanın qaydasında olmaması ilə bağlı söz-söhbət isə bitmək bilmir.
Bazar günü paytaxt təmsilçisinin sadiq azarkeşlərindən Tahir Quliyev redaksiyamızın qonağı oldu. O hazırkı durumlıa bağlı ürəyini qəzetimizə boşaltdı: “Artıq çempionatın ikinci yarısı başlayır. Yaxşı və ya pis olacağını zaman göstərəcək. Biz azarkeşlər üçün vacib olan gözəl oyun, uğurlu nəticə, kubok və medaldı. “Neftçi” də digər komandalar kimi Antalyada hazırlıq keçdi. Düzü, yoxlama oyunları bizi bir qədər sarsıtdı: 5 oyun, 5 yenilgi, acınacaqlı 1:8 hesablı məğlubiyyət... Doğrudu, bunlar sınaq matçlarıdı, lakin belə məğlub olmamalıydıq. Tərlan Əhmədov özü də həmişə qeyd edir ki, bu yoxlama oyunlarıdı, nəticəyə o qədər də önəm vermək lazım deyil. Biz də anlayırıq ki, baş məşqçi bu qarşılaşmalarda komandanın zəif və güclü tərəflərini gözdən keçirir. Lakin onsuz da çempionat oyunlarında “Neftçi”nin zəif cəhətlərini hamı görürdü. Fasilədə gedən oyunçular oldu, həm yerli, həm də əcnəbi. Ancaq çalışdırıcının işinə qarışmaq olmaz. Yeni futbolçular alınıb, amma onların necə oyun sərgilədiyini bilmirik. Halbuki biz azarkeşlər istəyərdik ki, Rasim Ramaldanov kimi mərkəz, Arif Daşdəmirov kimi cinah oyunçusu alınaydı. Ramaldanovun “Xəzər Lənkəran”da, Daşdəmirovun “İnter”də necə oynadığı yaxşı yadımızdadı. Başa düşürəm, komandaları ilə müqavilələri var. Lakin ala bilərdilər. Tərlan müəllim deyirdi ki, həm legionerlər, həm də yerlilər onun istəyi ilə komandaya gətiriləcək, başqa cür də ola bilməz. Yeni gələn əcnəbilərin necə olacağını heç kim bilmir. Əvvəllər bir futbolçunu uzun müddət izləyib, sonra alırdılar. Ancaq indi mətbuatda oxuyuram ki, bütün transfer məsələləri Kamil Məmmədovun əlindədi. “Neftçi”də elə-belə adam işləyə bilməz, yəqin ki, onu kimsə tanıyır. Bununla belə, ona bu qədər səlahiyyətlər verilməsinin səbəbini anlamıram”.
“Neftçi” azarkeşi fevraldakı oyunları nişan verdi: “Ramin Musayev mətbuata açıqlamasında deyib ki, Tərlan Əhmədova mən zamin durmuşam. Mən bir adama zamin dururamsa, onun haqda nəsə deyiləndə özü ilə danışaram. Telefonlara cavab verməmək artıq doğru addım deyil. Mən demirəm ki, Tərlan müəllim ən güclü məşqçidi. Ancaq onun intizamı, xarakteri xüsusi qeyd edilməlidi. AZAL-ın oyunları yadınızdadı? Düzdü, uduzurdular, ancaq mübarizə aparırdılar, vuruşurdular. Yəni Əhmədov belə bir adamdı. Bir adama inanıramsa və onun haqda nəsə deyirlərsə, özündən soruşaram ki, belə bir şey var, ya yox. Sovet dönəmində belə bir lətifə yaranmışdı. Bir zavoda yeni direktor gətirirlər. Sabiq rəhbər buna 3 zərf verir və deyir ki, bunları bir ay fasilə ilə açarsan. Bir ay keçir, camaat maaş üçün ayağa qalxır, direktor 1-ci zərfi açır və görür ki, orda yazılıb: “İşçilər ayağa qalxanda günahı əvvəlki rəhbərliyin üstünə atıb, bir ay da vaxt istəyərsən”. Bu belə də edir. Bir ay keçir, camaat yenə qiyam edir, direktor 2-ci zərfi açır və oxuyur: “Onlara denən ki, rəhbərliklə danışmışıq, bütün problemləri həll etmişik, bir ay sonra maaş olacaq”. Bu dəfə də deyilənləri edir. Bu ayı da belə başa vurur və işçilər yenidən ayağa qalxır. Direktor tez 3-cü zərfi açır və orda bu cür yazılır: “Üç zərf hazırla”. Heç istəməzdim ki, Tərlan müəllim o direktorun vəziyyətinə düşsün. Demirəm, Əhmədov ideal məşqçidi. Lakin onun istəyi, xarakteri hamıya bəllidi. Həm “Neftçi”yə, həm də Tərlan müəllimə uğurlar arzulayıram. Fakt budu ki, Əhmədov gələndən başını aşağı salıb, gücü nəyə çatdısa, onu da etdi. Razılaşaq ki, komanda yaxşı oynadı, nəticələr də oldu. Fikrimcə, fevralın sonunadək olan oyunlarda nəticələr yaxşı olmasa, Tərlan müəllim də üç zərf hazırlamalı olacaq. Çünki bu ay “Kəpəz”, “Sumqayıt” və “Zirə” ilə qarşılaşmalar var. Bu oyunlarda yaxşı nəticə əldə etsə, düşünürəm ki, “Neftçi”də qalacaq, əks halda saxlamayacaqlar. Biz azarkeşlərə hazırda yalnız komandamıza uğurlar arzulamaq qalır. İnanırıq ki, gəzən söz-söhbət hamısı yalan olar. Bizim üçün transferi kimin etməsinin önəmi yoxdu. Əsas odu ki, gələn oyunçular “Neftçi”yə layiq olsunlar, özlərini doğrultsunlar, nəticələr əldə etsinlər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Bu gün, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Bu gün, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Bu gün, 20:59 Eddi və Renat qələbəyə sevindi Bu gün, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Bu gün, 20:57 Priştinada həqiqət anı Bu gün, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Bu gün, 20:53 U-19-un son sınağı Bu gün, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Bu gün, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Bu gün, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Bu gün, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Bu gün, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Bu gün, 20:42 U-21 yenə uduzdu Bu gün, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Bu gün, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Bu gün, 20:29 Dedov oynadı, Koçuk baxdı Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar