07 fev 12:22olke

Elxan Tağızadə nikbindi

Elxan Tağızadə nikbindi
“Alesio onları “vurmaq üçün silah” tapacaq”
Sloveniyada millimizə dəstək verənlərdən biri də İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadədi. Fransa ilə qarşılaşmadan sonra AFFA-nın vitse-prezidenti Rauf Əliyev və AGİN rəsmisi Fikrət Hüseynov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə vermişdisə, bu dəfə Tağızadə həmkarımızın suallarını cavablayıb.
- Yığmamızın qrup mərhələsindəki hər iki oyununu izlədiz. Təəssüratlarınız necədi?
- Maraqlı oyunlar oldu. Fransa ilə qarşılaşmada qələbə qazanmalıydıq, qazandıq da. Düzdü, fransızların ispanlardan xal alması, həm ilk oyunun olması müəyyən qədər təzyiq yaratmışdı. Ancaq həmin təzyiq həm də oyunçuların məsuliyyətini artırmışdı. Hər şey yekun hesabın xeyrimizə olması üçün idi. İspanlarla görüş isə çox ağır keçdi. Rəqib 7 dəfə Avropanın, 2 dəfə dünyanın ən güclüsü olub. Hazırkı çempionatda da qalib olmağa əsas namizəddi. Bir top fərqi ilə uduzduq onlara. Yeri gəlmişkən, bu, qrup mərhələsində qeydə alınan ən kiçik hesabdı. Birinci qarşılaşmada qazanılan qələbə 1/4 finala vəsiqənin təmin etmişdi. Ancaq biz qrup lideri kimi növbəti mərhələyə yüksəlməyi və Ukrayna ilə qarşılaşmağı istəyirdik. Bu komanda ilə üz-üzə gəlsəydik, yarımfinala adlamaq şansımız çoxalacaqdı. Portuqaliya isə birinciliyin ən yaxşı oyun göstərən komandalarındandı və medallara namizəddi.
- Ancaq onlara qarşı da oynamaq mümkündü.
- Əlbəttə, onlara qarşı da oynamaq, mərhələ adlamağa imkan verəcək nəticəni əldə etmək olar. Statistikaya baxdıqda hər dəfə onların bizi mübarizədən kənarlaşdırdığını görərik. Son belə duel dünya çempionatının 1/4 final mərhələsində baş tutub. Məncə, artıq bu uğursuz sindroma son qoymağın zamanı çatıb. Bu dəfə uğur tərəfimizdə olmalıdı. Komandamız yaxşı oynayır. Uşaqlarda özünəinam yüksəkdi. Bu inamın nəticəsini meydanda görürük. Artıq heç bir rəqibin adından çəkinmək yoxdu.
- Çempionatda qeydə alınan nəticələr, eləcə də təşkilatçılıqla bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?
- Millimiz artıq beşinci dəfədi bu yarışda iştirak edir. Elə mən də komandamızın iştirak sayı qədər final mərhələsini izləyirəm. Macarıstandan tutmuş Xorvatiya, Belçika və Serbiyada da millimizi yalnız buraxmamışam. Təşkilatçılıq yüksək səviyyədədi. Nəticələrə gəlincə, sensasiyalar qeydə alınıb. İtaliya kimi favorit komanda qrupdan çıxa bilmədi. Halbuki 4 il əvvəl onlar Avropanın ən güclüsü olmuşdular. Ümumiyyətlə, oyunlara baxıram, artıq bütün komandalar futzal oynamağı bacarır. Kiməsə zəif gözü ilə baxmaq mümkün deyil. Fransa ilk dəfə qatılmasına baxmayaraq, yaxşı mənada yaddaşlarda qaldı. Bu gün final mərhələsindəki iştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındı.Azarkeş marağı da hər il artır.
- Hazırkı çempionatda hansı komandanı favorit sayırsız?
- Təbii ki, ilk növbədə yığmamızın uğur qazanmasını çox istəyirəm. Aşkar favorit qismində İspaniyanı görürəm. Rusiya niyə qrup mərhələsindəki oyunlarını zəif keçirir, bilmirəm. Bəlkə də baş məşqçiləri “kart”larını gizli saxlayır. Halbuki qrup mərhələsini ikinci pillədə başa vurdular, 2 heç-heçə ilə 1/4-ə adladılar. Mən isə onların qrupdan lider kimi yüksələcəklərini gözləyirdim. İspanlarla qrupda oynamağımızın yaxşı tərəfi odu ki, bu rəqiblə bir də finalda qarşılaşa bilərik.
- Bəs millimizin finalçı olmaq şansını nə dərəcədə real sayırsız?
- Portuqaliyanı mübarizədən kənarlaşdıra bilərik. Başa düşürəm, rəqibimiz yaxşı komandadı. Amma bizim də güclü heyətimiz, ağıllı baş məşqçimiz var. Alesio onları “vurmaq” üçün “silah” tapacaq. İspanları necə büdrətməyə yaxın olduq, baş məşqçi növbəti matç üçün də xeyirli variantlar fikirləşəcək. Yarımfinala yüksələcəyimizə inanıram.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar