07 fev 12:20olke

"Keşlə"nin 9-cu transferi "10"-u seçdi

"Keşlə"nin 9-cu transferi "10"-u seçdi
Antalya toplanışından qayıtdıqdan sonra ikigünlük istirahətə buraxılan "Keşlə" məşqlərini bərpa edib. Paytaxt təmsilçisi dünən "İnter Arena"da ilk məşqə çıxıb.
Bu arada klub növbəti transferini rəsmiləşdirib. Antalya hazırlığının son günlərində düşərgəyə qoşulan paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin keçidi həll olunub. Əksər transferlər kimi, onunla da cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Klubdan verilən açıqlamaya görə, bu, qış fasiləsində son transfer olacaq. Sezar “Keşlə”də “10” nömrəli formada mübarizə aparacaq.
Qeyd edək ki, İtaliya vətəndaşlığını da daşıyan yarımmüdafiəçinin karyerası 2013-cü ildən hazırda qayıtdığı kluba bağlıdı. Belə ki, o, iki müxtəlif vaxtda - 2013-15-ci illərdə və 2016-da "Keşlə"nin sələfi olan "İnter"də oynayıb. 2016/17 mövsümündə isə "Zirə"də çıxış edib və yayda qəsəbə təmsilçisindən ayrılıb.
Beləliklə, qış transfer dövründə ən fəal klublarımızdan olan "Keşlə" yerli futbolçulardan qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev, hücumçu Vaqif Cavadov, legionerlərdən orta sahə oyunçuları - argentinalı Pablo Podio, serbiyalı Nemanya Stoyanoviç, kamerunlu Herve Tçami, qambiyalı Ebriha Sohna və yamaykalı hücumçu Andre Klennonu heyətinə cəlb edib. Göründüyü kimi, Sezarla başa çatan transfer çalışmaları 9 yeni futbolçunun keçidindən ibarət olub.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı