05 fev 22:23olke

“Qəbələ” Antalya toplanışını məğlubiyyətlə bitirdi

“Qəbələ” Antalya toplanışını məğlubiyyətlə bitirdi
Qriqorçuk komandanın oyuna münasibətindən narazı qalıb
“Qəbələ” Antalyadakı təlim-məşq toplanışını başa vurub. “Qırmızı-qaralar” şənbə günü qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib. Altıncı sınaq görüşündə rəqib son Makedoniya çempionu “Şkendiya” olub. Roman Qriqorçuk matça bu “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, Hacıağa Hacılı, Qismət Alıyev, Voislav Stankoviç, Vitali Vernidub, Asif Məmmədov, Dion Malone, Stiven Jozef-Monroz, Filip Ozobiç, Baqali Dabo, Elvin Məmmədov.
Makedoniya təmsilçisi 7-ci dəqiqədə erkən qolla hesabda önə keçib. Bezotosnının kobud səhvini Besart İbrahimi əfv etməyib. 34-cü dəqiqədə buraxılan qolda da onun “əməyi” olub. Belə ki, ukraynalı qolkiperin qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən makedonların hücumu penalti ilə nəticələnib. Hərçənd Ruslan Qurbanovun qayda pozuntusunu cərimə meydançasından kənarda etdiyini söyləyə bilərik. Nöqtəyə yaxınlaşan “Şkendiya”nın kapitanı Ferhan Həsəni penaltini dəqiq yerinə yetirib – 2:0.
Qriqorçuk qarşılaşmanın gedişində Elvin Camalov, Ürfan Abbasov, Rasim Ramaldanov, Famussa Kone və Təmkin Xəlilzadəyə də şans verib. Lakin oyunda dönüş yaratmaq mümkün olmayıb. Beləliklə, “Qəbələ” Türkiyədəki son yoxlama matçında da uduzub. Xatırladaq ki, “qırmızı-qaralar” buna qədər Antalya toplanışında yerli “Akhisarspor” (1:1), İsveçrə “Sürix”i (0:1), Makedoniya “Rabotniçki”si (2:1), Rusiya “Arsenal”ı (3:3) və Çexiyanın “Bohemians”ı (1:3) ilə üz-üzə gəlib.
Ukraynalı mütəxəssis “Şkendiya” ilə oyundan sonra klub saytına bunları deyib: “Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldı ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdı. Çünki biz gördük ki, futbola yetərincə düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq. Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdı. Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidi. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindi. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlığında çox yaxşı məşq etdik, gözəl toplanış keçdik. Ümid edirəm ki, bugünkü matç istisnadı və biz bundan fayda götürəcəyik”.
“Qəbələ” dünən Antalya – Bakı reysi ilə vətənə qayıdıb. Axşam saatlarında paytaxta çatan “qırmızı-qaralar” birgünlük istirahətin ardınca “Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq.
Bu arada Bezotosnı klubun televiziyasında “qırmızı-qaralar”da çıxış etdiyi müddətdə ən yaxşı 3 qurtarışından danışıb: “Avroliqanın pley-off mərhələsinin “Maribor”la cavab oyununda 0:1 uduzurduq. 80-ci dəqiqədə çox yaxşı yadımda qalan seyvim oldu. Cinahdan asma zamanı top Rikardodan qapıya istiqamətləndi. Kim inanır və sona qədər mübarizə aparırsa, tale də ona kömək edir. Gözəl seyv alındı və bu qurtarış yolumuza davam etməyə yardım etdi. Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la qolsuz heç-heçə etdik. Həmin oyunda qapı qarşısına çoxlu asmalar edilirdi. O məqamda əsas sınmamaq idi. Necəsə o topu uzaqlaşdırmalıydım. Miçelin yaxın məsafədən zərbəsindən sonra topu dizimlə qaytardım. “Neftçi” ilə Qəbələdəki oyunun əvvəllərində kornerdən sonra Ürfan Abbasov bir az gecikdi. Kirill Petrov başla topu qapıdan keçirmək istəsə də, zərbəsini dəf etdim. Bu fəndi bizim həkimlə voleybol oynayanda görmüşəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar