04 fev 12:42olke

Yığmamız 1/4 finalda!

Yığmamız 1/4 finalda!
AÇ-2018
Final mərhələsi
D qrupu
Fransa – Azərbaycan 3:5 (1:1)

Fransa: 1. Camal Harun (k), 6. Kevin Ramires, 8. Azdin Ayqun, 10. Abdussamad Mohammed, 20. Suheyl Muhudin; 12. Ba El-Maruf Kerrumi, 2. Sid Belhaj, 5. Bulay Ba, 7. Mişel De Sa Andrade, 11. Landri Nqala, 14. Samir Alla, 16. Jevin Dyüro, 18. Samba Kebe, 19. Adrien Qasmi.
Baş məşqçi: Pyer Jaki.
Azərbaycan: 12. Rövşən Hüseynli, 5. Fineo, 6. Eduardo, 13. Qallo, 3. Tyaqo; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Tyaqo, 3 (0:1). L.Nqala, 7 (1:1). A.Mohammed, 21 (2:1). Tyaqo, 23 (2:2). Tyaqo, 24 (2:3). Qallo, 29 (2:4). Eduardo, 38 (2:5). S.Muhudin, 40 (3:5).
Vərəqə: A.Mohammed, 40 – sarı.
Hakimlər: Ancelo Qalante, Alessandro Malfer (hər ikisi İtaliya), Andrey Çerni (Çexiya).
Hakim-inspektor: Pedro Anxel Qalan Nyeto (İspaniya).
2 fevral. Lyublyana. “Arena Stojiçe”.
Dünən bütün diqqətlər Lyublyanadakı “Arena Stojiçe”yə yönəlmişdi. Ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə qatılan futzal yığmamız ötən gecə Sloveniyadakı yarışda ilk oyununa çıxdı. İlk turda Fransanın sürprizə imza ataraq İspaniya ilə heç-heçə etməsi millimizin işini ağırlaşdırmışdı. Fransızları növbəti heç-heçə də qane edəcəkdi, çünki Joze Alesio da Silvanın komandasının fevralın 4-də mümkünsüzü mümkünə çevirməli olacağı bəlliydi. Hər halda, İspaniya turnirə inamsız start verməsinə rəğmən, bütün AÇ-lərin aşkar favoriti sayılır. Qələbə isə bizi 1/4 finala çıxaracaqdı.
Onu da əlavə edək ki, yığmamızı dəstəkləmək üçün AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İctimai Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Elxan Tağızadə, Gənclər və İdman Nazirliyinin futbol bölməsinin rəisi Fikrət Hüseynov, həmçinin “Fənər”in sabiq, Serbiya “Ekonomaç”ının hazırkı rəhbərlərindən olan Turqay Fərzəliyev Sloveniyaya yollanıb.
Alesionun start heyətindən risk etmək istəmədiyi aşkar görünürdü. “Çərçivə”ni Rövşənə etibar edən braziliyalı mütəxəssis sahə oyunçularından ibarət “4-lüy”ü büsbütün həmyerlilərindən qurmuşdu. Belə ki, Fineo, Eduardo və Qallo ilk dəqiqələrdən meydanda idi. Fransızlar isə İspaniyaya qarşı çıxdığı “5-lik”lə mübarizəyə başladı.
İlk hücumun təşkili üçün 24 saniyə lazım gəldi. Tyaqonun zərbəsindən sonra rəqib qapıçı topun qarşısını ayağıyla kəsdi. Bir qədər sonra “stolba” təkbətəkdən yararlana bilməsə də, əsas qol ümidi erkən qola imza atdı. 3-cü dəqiqədə standart vəziyyətdən sonra Fineonun zərbəsini Tyaqo dabanıyla “çərçivə”yə ünvanladı. Fransanın kapitan-qapıçısı çarəsiz qaldı – 1:0. Bundan sonra təşəbbüsü tam ələ alan yığmamız 7-ci dəqiqədə gözlənilmədən qapısında qol gördü. Bu vaxt Alesio artıq Tyaqonu əvəzləmişdi. Buraxılan qolda Rövşənin səhvi də qeyd olunmalıdı. Nqalanın uzaqdan zərbəsinə gec reaksiya göstərməsi qolla nəticələndi. Bundan sonra sanki komandamızın oyun nizamı pozuldu. Düzdü, bu dəqiqələrdə rəqib də tempi artırmağa meyilli görünmürdü. Ümumiyyətlə, Fransa yorğun görünürdü. Rəqibin ilk hissə ərzində cəmi bir təhlükəli vəziyyəti oldu ki, Rövşən cinahdan qapıya göndərilən topun qarşısını sinəsiylə kəsə bildi. Əvəzində yığmamızın daha iki-üç real şansı oldu. Bir epizodda Tyaqo bir metrdən standart vəziyyətdən sonra ayağına gələn topu qola çevirə bilmədi. Hissənin ortalarında isə Fineonun çəpəki zərbəsi fransızların qapıçısının dizindən geri döndü. Fasiləyə qədər yaddaqalan daha bir məqam hissənin sonuna 4 dəqiqə qalmış Alesionun riskli taktiki addım atması oldu. Əslində Fransanın baş məşqçisi taym-aut götürmüşdü, ancaq braziliyalı mütəxəssis qapıçını meydan oyunçusu ilə əvəzləməklə həmkarının hansısa planını pozdu. Baxmayaraq ki, bir dəqiqə çəkməyən gedişat az qala yığmamızın ziyanına işləyəcəkdi. Vitali qapıya göndərdiyi topun Camal Harunda qaldığını görüb onun önünə keçməklə ölümcül zərbəni əngəllədi. Bir neçə saniyə Rövşənin “çərçivə”yə dönməsinə kifayət etdi.
İkinci hissə yığmamız üçün pis başladı. Beş saniyə keçmişdi ki, rəqib 2-ci qolu qapımızdan keçirdi. Muhammedin yaxın küncə ünvanladığı topu Rövşən dəf edə bilmədi. Ümumiyyətlə, qapıçımız oyunu inamsız keçirdi.
Yaxşı ki, cəmi 2 dəqiqə sonra rəqibin üstünlüyünü heçə endirdik. 23-cü dəqiqə yeni başlamışdı ki, yığmamız yenə Tyaqonun sayəsində rəqibi meydanın mərkəzinə dəvət etdi. Fineonun ara ötürməsindən sonra hücumçu dublunu rəsmiləşdirdi. Bir dəqiqə sonra isə o, het-trik edərək komandamızı oyun ərzində ikinci dəfə hesabda önə çıxardı. Qallo – Eduardo - Tyaqo “üçlüy”ünün təşkil etdiyi əks-hücumu sonuncu dəqiq tamamladı. 29-cu dəqiqədə oyunun taleyi həll olundu desək, yanılmarıq. Künc zərbəsindən sonra Eduardonun arxaya ötürməsini Qallo qarşısıalınmaz vuruşla, qapıçının ayaqları arasından tora sancdı – 4:2. Son dəqiqələrdə Fransa qapıçısız oynamağa məcbur oldu. 38-ci dəqiqədə topu rəqibdən oğurlayan Eduardo boş qapını nişan almaqla fərqi 3 topa çatdırdı. Düzdü, fransızlar sona 27 saniyə qalmış yığmamızın müdafiəsini yarmağa müvəffəq oldu. Ancaq Suheylin yekun nəticəni müəyyənləşdirən qolu futzalçılarımızın 1/4 finala yolunda əngəl ola bilməzdi. Beləliklə, Joze Alesionun komandasının fevralın 4-də İspaniya ilə baş tutacaq görüşü formal xarakter daşıyacaq. Bununla belə, heç-heçə edə bilsək, qrup liderliyi işimizə yaraya bilər. Axı, belədə çox güman, C qrupunun birincisi olacaq Portuqaliya ilə üz-üzə gəlməkdən yayına bilərik. Qeyd edək ki, qitə nəhəngi ilə oyun ayın 4-ü saat 23.45-də başlayacaq.

AÇ-2018
Final mərhələsi

A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa
1-ci tur
30 yanvar
21.00. Sloveniya – Serbiya 2:2
23.45. Rusiya – Polşa 1:1
31 yanvar
21.00. Portuqaliya – Rumıniya 4:1
23.45. İspaniya – Fransa 4:4
2-ci tur
1 fevral
21.00. Polşa – Qazaxıstan 1:5
23.45. Serbiya – İtaliya 1:1
2 fevral
21.00 Fransa – Azərbaycan 3:5
23.45 Rumıniya – Ukrayna 2:3
Bu gün və sabah D və C qrupunda bu oyunlar baş tutacaq:
3 fevral
21.00 Qazaxıstan – Rusiya
23.45 İtaliya – Sloveniya
4 fevral
21.00 Ukrayna – Portuqaliya
23.45 Azərbaycan – İspaniya

Reaksiyalar
Joze Alesio da Silva: “Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geri də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl iki qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq. Bizi qrupda İspaniya ilə matç gözləyir. 1/4 finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.
Pyer Jaki: “İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ bitməyib. İspaniya – Azərbaycan oyununun nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millsi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”. Fikrət Hüseynov: “Yanvarın 30-dan etibarət futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilib. Qrupumuzun ilk oyununda İspaniya və Fransa komandaları qarşılaşdı və matç 4:4 hesabı ilə bitdi. Bu nəticədən sonra bizi Fransa ilə oyunda ancaq qələbə qane edirdi. Komandamız bu gün çox gözəl oyun nümayiş etdirməklə yanaşı, lazım olan nəticəni də əldə etdi. Bütün idmansevərləri nazirliyin və öz adımızdan təbrik edirik. Bu uğurun davamının gəlməsini arzulayıram. Növbəti oyunda İspaniya ilə qarşılaşacağıq. Əlbəttə, ancaq qələbə haqda düşünürük. Arzulayıram ki, Sloveniyanı yarışın son günü finalçı kimi tərk edək”.
Rauf Əliyev: “Çox həyəcanlıydıq, oyun da yetərincə gərgin keçdi. Millimizin yer aldığı qrupda bizdən əvvəl Fransa və İspaniya komandaları qarşılaşmışdı. Fransanın güclü İspaniya ilə 4:4 hesablı heç-heçə etməsindən sonra əksəriyyət millimizin necə oynayacağını, hansı nəticəni qazanacağını düşünürdü. Düzgün taktika müəyyənləşdirilməsi nəticənin uğurlu alınmasında başlıca rol oynadı. Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün növləri inkişaf etdirilir. Artıq Azərbaycan millisi elə bir mərhələyə çatıb ki, hansısa rəqibdən çəkinməkdən, qorxmaqdan söhbət gedə bilməz. Futzalçılarımız öz oyunlarını göstərdilər, həyəcanlı anlar yaşatsalar da, inamlı qələbə qazandılar. Bugünkü qələbə İspaniya ilə oyunda daha yaxşı çıxış edəcəyimizə inam yaratdı. Komandamız ikinci oyunun nəticəsindən asılı olmayaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Təbii ki, bunun özü böyük uğurdu. Bu uğurun əldə edilməsinə görə AFFA və Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edirik”.

Yeri gəlmişkən...
UEFA-nın saytının dünənki oyunla bağlı qeydləri: “Fransa AÇ-dəki ikinci oyuna iki gün əvvəlki qəhrəmanlığın (İspaniya ilə heç-heçə nəzərdə tutulur – red.) təsadüf olmadığını sübut etmək niyyəti ilə çıxmışdı. Ancaq fransızlar Tyaqo Bolinya adlı dağın altına düşdü. Onun het-triki “üçrənglilər”in AÇ-də qalmaq perspektivini çətinləşdirdi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar