26 yan 14:33olke

Mirbağır İsayev niyə “Qəbələ”yə laqeyd yanaşıb?

Mirbağır İsayev niyə “Qəbələ”yə laqeyd yanaşıb?
Nail Kərimov rüşvət qalmaqalına aydınlıq gətirdi

Mirbağır İsayevin rəhbərlik etdiyi U-17 ötən həftə Türkiyəyə - təlim-məşq toplanışına yollanıb. 17 yaşa qədər futbolçulardan qurulan millinin fevralın 1-dək qardaş ölkədə hazırlıq keçəcəyini xəbər vermişdik. İsayevin yeni formalaşdırdığı yığmanın gələcəkdə hansı nəticələrə imza atacağını, bu gün heyətə cəlb olunan yeniyetmələrin necə təsir bağışlayacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Yeri gəlmişkən, təcrübə göstərir ki, 15-17 yaş aralığında yaşıl meydanlarda adından söz etdirən, həmyaşıdlarından fərqlənən yeniyetmələrin əksəriyyəti sonradan heç premyer-liqanın autsayderlərinin heyətində özünə yer edə bilmir. Ancaq hansısa yeniyetmə bu gün milliyə cəlb olunubsa, deməli, onun “qab”ında nəsə var ki, yığma məşqçilərinin diqqətini cəlb edib.
Son illər müxtəlif yaş qrupları üzrə millilərin əsasını “Qəbələ” Futbol Akademiyasının yetirmələrinin təşkil etdiyi heç kimə sirr deyil. Bütün bölgələrdə seleksiyaçı-məşqçiləri olan “qırmızı-qaralar” bu üstünlükdən yararlanaraq, istedadlı uşaqları öz rənglərinə bağlayır, aşağı yaş qrupları üzrə keçirilən liqalarda hökmranlıq edirlər. Ancaq Mirbağır bəyin baş məşqçi olduğu komandada şimallıların cəmi bir yetirməsinin olması ortaya müəyyən sullar çıxarır. Ya “Qəbələ” akademiyasının müvafiq yaş qrupu çox zəifdi, ya da İsayev bəzi həmkarlarından fərqli görünmək, millinin “Qəbələ”dən asılı olmadığını göstərmək üçün bu addımı atıb.
“Qəbələ” akademiyasının direktor müavini Nail Kərimov məsələyə belə reaksiya verdi: “Əslində U-17-nin son toplanışına klubumuzdan iki futbolçu dəvət olunmuşdu. Sadəcə, 2002 doğumlu qapıçımız zədəli olduğundan təlim-məşq toplanışına qatıla bilmədi. Mirbağır İsayev U-17-nin əvvəlki toplanışlarına akademiyanın bir neçə yetirməsini dəvət etmişdi. Bildiyim qədər onlar da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Mirbağır bəyin özü ilə söhbət etmədiyimdən budəfəki hazırlıq prosesinə “Qəbələ”dən az futbolçu dəvət etməsinin səbəbini deyə bilmərəm. Ümumiyyətlə, bütün respublika üzrə 2001 doğumlu futbolçular son illər yetişən ən istedadlı nəsil sayılır. Tək bizdə yox, o biri klublarda da yetərincə istedadlı uşaqlar var. Ola bilər ki, millinin çalışdırcısı bu dəfə təşkil olunan toplanışda başqa klubların yetirmələrini sınaqdan keçirmək niyyətindədi. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu yaş qrupu üzrə komandamız ötən mövsüm cəmi bir heç-heçə etməklə ölkə çempionu olub. Deməyim odu ki, U-16 komandamız yetərincə güclü heyətə malikdi”.
“Qəbələ” Futbol Akademiyasından söz düşmüşkən, son günlər sosial şəbəkələrdə ən aktual olan məsələyə toxunmaya bilməzdik. Bəzi “feysbuk” istifadəçiləri “Qəbələ” akademiyasına seçim zamanı məşqçilərin baxışdan keçən uşaqların valideynlərindən rüşvət tələb etməsi ilə bağlı statuslar paylaşıblar. Məsələnin ciddiliyini nəzərə alıb Nail bəylə söhbətdə bu mövzuya da toxunmağı lazım bildik: “Feysbuk”da akademiyamızla bağlı paylaşılan xoşagəlməz statuslarla tanışam. Araz Abdullayevi transfer etməyimiz haqda xəbərləri oxuyanda qarşıma Avropa Liqaları səhifəsində Arazın şəkli və altında birbaşa akademiyaya yönələn ittihamlar çıxdı. Emin Talıbov adlı istifadəçinin başlatdığı mövzuda Nazim Qafarov, Anvar Anvarli (yəqin ki, həmin şəxsin adı və soyadı Ənvər Ənvəlidi) və başqa “feysbuk” istifadəçilərinin rəylərini oxudum. "Qəbələ" Futbol Akademiyasında onlardan, qohumlarından və ya dostlarından rüşvət istənildiyini iddia ediblər. Emin, Nazim və Ənvər bəylərə bütün hörmətimlə, lətifəsi onlardan uzaq, trabzonlu məşqçi Mustafa Akçayın "TRT Spor"un efirində "Trabzonspor"u yönətənlər 15-30 yaş arasında sanal aləmdə ağıl verən kütlədən özlərini qurtarmaq məcburiyyətindədilər. Altına işəyən insanların verdiyi ağılla klub idarə etmək, plan, layihə inkişaf etdirmək olmaz" sözləri yadıma düşdü. Amma paylaşılan statuslara da laqeyd yanaşa bilməzdim. Emin Talıbov dostundan 12, Nazim Qafarov isə ondan 7 min manat istənildiyini yazmış, Ənvər Ənvərli xalası oğlunun da başına belə iş gəldiyini bildirmişdi. Sonuncu digər ikisindən fərqli, ittihamını ünvansız qoymuş, konkret "Qəbələ" Futbol Akademiyasına yönəltməmişdi. İttihamlar ciddi olduğuna görə statusa rəy yazdım və xahiş etdim ki, rüşvət istəyənin kim və ya kimlər olduğunu konkret bildirsinlər. Onu da dedim ki, mən də öz növbəmdə həmin şəxsi ictimaiyyət qarşısına çıxaracam, işdən azad edilməsinə nail olacam və bir daha futbol sahəsində işləyə bilməməsi üçün əlimdən gələni edəcəm. Həmin 3 şəxsə mesajla əlaqə nömrəmi də göndərdim. Onlardan yalnız Emin Talıbovla “feysbuk” vasitəsilə danışdıq. Bu hadisənin dostunun başına gəldiyini, həmin şəxsin Azərbaycanda olmadığını bildirdi. Ardınca ona zəng vurmağın mənasız olduğunu, heç kimin qorxusundan ad verməyəcəyini söylədi. Söhbət əsnasında məlum oldu ki, həmin şəxs Talıbovun dostu yox, sadəcə, yaxınıdı. Emin bəy “o yalan deyirsə, bəs başqa rəy yazanlara nə deyirsiz” söyləyib, mənə “kənardan bir nəfər tutub aparın akademiyaya, baxışdan keçsin, keçərsə, ondan da pul istəyəcəklər” formasında məsləhət də verdi. Akademiyanın hər seçiminə 500-1000 yeniyetmə gəldiyini, 9 seleksiyaçımızın bütün bölgələrdə futbolçu axtardığını, futbolçu götürmək üçün son qərarı texniki direktorumuz Halim Fıçıcının verdiyini nəzərə alanda, söylənilənlərin inandırıcı olmadığını Emin bəyin diqqətinə çatdırdım. Onun təsdiqi olmadan akademiyaya nə futbolçu götürülür, nə də xaric olunur. Halim bəyin isə kimdənsə rüşvət alması Antarktidada bu gün 35 dərəcə isti olması xəbərinə bənzəyir. Respublika üzrə akademiyaya cəlb olunanların 80-90 faizinin kasıb ailələrdən olduğunu da Talıbova söylədim. Bütün bu faktların qarşılığında ondan tutarlı cavab ala bilmədim. Bir gün sonra səhifənin admini əvvəlcə şəklin altından mənim rəyimi, sonradan, deyəsən, şəkli də tam sildi. Amma məndə xeyli skrinşot qalır. Ənvər Ənvərli ilə Nazim Qafarov müraciətimə cavab vermədilər. Nazim Qafarova bu gün də yazdım, çünki ittihamı daha dəqiq və ünvanlı idi. Ümid edirəm ki, özündə cəsarət tapacaq və rüşvət istəyənin kim olduğunu, nə vaxt, harda istədiyini mənə deyəcək. Əks halda, onun da əsassız danışdığı məlum olacaq”.
Nail bəy sözlərinə belə davam etdi: “Bu kiçik olayı araşdırmağımın səbəbi kimlərisə haqsız çıxarmaq yox, içimdə yaranan şübhəyə aydınlıq gətirmək istəyi idi. Akademiyamızın məşqçilərinə, seleksiyaçılarımıza, ot mütəxəssislərindən tutmuş mühafizəçilərə qədər hər kəsə inamımız böyükdü, lakin hamıya cavabdeh ola bilmərik. Fürsətdən istifadə edib jurnalistlərə, məşqçilərə, futbol fuksionerlərinə, futbolçulara və valideynlərə müraciət edirəm: kimsə buna bənzər bir hadisə eşidib və ya yaşayıbsa, mütləq mənə bildirsin, lazım gəlsə, məxfilik də qorunacaq, buna əmin olsunlar. Bu məsələnin ictimailəşməsinin tərəfdarıyam. Aramızda bizim prinsiplərə zidd gedən əməkdaşlar varsa, onları üzə çıxarmaq borcumuzdu. Hansısa məşqçi rəhbərlikdən gizli şəkildə rüşvət ala, inzibatçı və ya mühafizəçi özünü başqa vəzifənin sahibi kimi təqdim edib valideynə yaxınlaşa, "Qəbələ" Futbol Akademiyasının adından kimlərdənsə pul tələb edə bilər. Belə hallara qarşı birlikdə, cəsarətlə mübarizə aparmaq lazımdı.
Belə məsələlərin olduğuna inanmaq istəmirəm və ümid edirəm ki, heç vaxt müraciət edən olmayacaq. Amma istənilən vaxt, istənilən şəxsi dinləməyə, söyləyəcəklərini araşdırmağa, günahı olanı cəzalandırmağa hazıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar