29 yan 21:38olke

Qriqorçuk yığma üzvlərini Kosovoyla oyuna buraxmayacaqmış

Qriqorçuk yığma üzvlərini Kosovoyla oyuna buraxmayacaqmış
“Penaltini vurmaq üçün topu Təmkinin götürməsi xoşuma gəlmədi”
“Qəbələ”nin “Arsenal”la yoldaşlıq görüşünü izləyənlər arasında beş azərnbaycanlı jurnalist də vardı. Təbii, gərgin keçən qarşılaşmada futbolçuları, yəni bölgə təmsilçisini iş başında görmək vacib idi. Lakin ən çox çalışdığımız baş məşqçi Roman Qriqorçukla söhbət etmək, son günlər ortaya çıxan suallara cavab tapmaq idi. Xüsusilə “Astana”dan təklif alması və “Qəbələ”də onu Kaxaber Tsxadadzenin əvəzləyəcəyi ilə bağlı mətbuatda yazılanlar. Oyunun nəticəsinə, yoxsa komandasının çıxışına görəydi, dəqiq bilmədim. Amma Roman İosifoviçi heç də həmişə bu cür səmimi və geniş açıqlama verən görməmişdim.
- Suallar çoxdu. Hardan, nədən başlayaq? Oyundan, yoxsa "Astana" söhbətindən?
- (gülür) Bu məlumatı oxumamışam, ancaq yazılanlardan xəbərdaram. İndi siz deyin, nədən başlayırıq?
- Oyundan...
- Ciddi mənada danışılası başqa heç nə yoxdu. Bu gün elə bir oyun izlədim ki, yalnız razı qaldım demək pis çıxar. Çox razı qaldım. İlk növbədə ondan razıyam ki, çox yaxşı komandaya qarşı oynaya bildik. Bir sıra oyun keyfiyyətlərinə görə çox yaxşı məşq etdik. Deyərdim ki, təkcə yeni yox, həm də təsdiqlənən məlumat əldə etdim. Meydanda gördüklərim bunu təsdiqlədi və çox şadam. Hesab edirəm ki, bugünkü matçdan çox faydalı nəticələr əldə etdik. Hər şey qaydasındadı.
- Yəqin bu komponentlərdən biri odu ki, komandanız 3 dəfə hesabda geri düşdüyü halda, nəticəyə tarazılıq gətirə bildi.
- Bu da az əhəmiyyətli deyil. Həqiqətən də sınaq matçlarında nəticəyə xüsusi önəm vermirəm. Əlbəttə, hər zaman qalib gəlmək istəyirsən. İstəyirsən ki, hesabda irəlidə olasan, geridə yox. Adi psixologiya qanunudu. Vacib olan bu yox, əvvəl dediklərimdi. Bu, məni çox maraqlandırırdı. Meydanda gördüklərimə görə həddən artıq şadam.
- Antalyada heç vaxt bu cür emosional olduğunuzu görməmişdik. Xüsusilə də ilk hissədə...
- Məşq tipli oyunlarda emosiyaları çox üzə çıxarmırıq. Düşünmürəm ki, hər imkanda belə qarşılaşma izləyə bilərsiz. Emosional dedikdə hərəkətlərimi nəzərdə tutursuz?
- Bəli, emosiyalarınızı cilovlaya bilmirdiz.
- Yəni bu, çempionat matçları ilə eyni idi. Yoxlama oynlarına münasibətimi dedim. Həmişə futboçularıma deyirəm - bir faiz şansımız var ki, lazımsız mübarizəyə gedək. Hansı ki bundan qaçmaq olar, ona görə futbolçulara heç nə demərəm. Çünki hər şeyi başa düşürəm. Bilirsiz, komandalar bu oyunlarda fərqli məşq edirlər. Ola bliər, siz bu məqamlara diqqət yetirməmisiz. Ancaq mən etmişəm. Məsələn, istəyirəm ki, komandam düzgün məşq etsin. Bugünkü oyunu nəzərdə tutmuram, rəqibimiz çox ciddi idi. Ancaq çox oyun var ki, futbolçular, sadəcə, lazımsız follar edirlər, rəqibin formasından dartıb saxlayırlar. Belədə anlaya bilmirəm, onlar nəyi məşq edirlər? Çalışırıq ki, yoxlama görüşünə düzgün yanaşaq, düzgün məşq edək. Bəlkə də bu matçlarda daha çox sakit olursan, nəinki rəsmi oyunlarda.
- Penaltidə topa Təmkin Xəlilzadə yaxınlaşdı. Halbuki Asif Məmmədov da meydanda idi, Baqali Dabo ilə Filip Ozobiç də. Sizin tapşırığınız idi?
- Yox. Açığı, mən penaltini kimin vurmasıyla bağlı tapşırıq vermədim. İlk yarıda olsaydı, topa kimin yaxınlaşacağı bəlli idi.
- Kim?
- Bunu özümüz bilirik, ancaq deməyi düzgün saymıram (Cavid Hüseynovu nəzərdə tutur – H.). Ancaq həmin epizodda zərbəni vurmaq üçün topu Təmkinin götürməsi, açığı, xoşuma gəlmədi. Həmin anda heç nə demək istəmirdim, lakin Xəlilzadənin hərəkətini bəyənmədim. Başa düşmədim ki, bu hərəkəti nəyə lazım idi? Komandaya yeni gəlib, dərhal da topun başına keçmək... Bu hərəkətin özü çox şeydən xəbər verir, insanı tanıyırsan. Deməzdim ki, Təmkin penaltini dəqiq yerinə yetirə bilmədiyinə görə məndən hansısa mənfi qiymət aldı. Yox, sadəcə, hərəkəti xoşuma gəlmədi. Elə olub ki, komandama yeni futbolçu gəlib, penaltini vurub, qol da olub, olmayıb da. Ancaq onda başqa cür idi. İndi isə belə hərəkət xoşuma gəlmədi.
- Bəlkə futbolçunun psixologiyasıyla bağlıdı? Təmkin "Zirə"də lider idi, burda da özünü lider kimi göstərmək istəyir.
- Söhbət liderlik uğrunda mübarizədən gedirsə, bu həmişə yaxşıdı. Ona görə ki, hər bir fubolçu öz nümunəvi hərəkətiylə lider olmağa çalışmalıdı. Ancaq penati zamanı dərhal topun başına keçməklə komandada yüksək statusa malik olmaq mümkün deyil. Komandada yüksək mövqe tutmaq, nüfuz sahibi, avtoritet olmaq üçün o qədər yollar var ki. Təmkini nə söyəcəm, nə də hansısa irad bildirəcəm. Bunu qəti şəkildə etməyəcəm. Ancaq hərəkətinin xoşuma gəlmədiyini diqqətinə çatdıracam.
- Endi Halideylə Deyv Bultuis komandadan getsə də, hələ onların mövqeyinə futbolçular alınmayıb. Get-gedə vaxt da azalır. Səbəb nədi?
- Həmin mövqeyə transferlər haqda düşünürük. Onlar gedəndə bilirdik ki, mövqeləri gücləndirilməlidi. Ancaq bizə yüz faiz hücumameyilli futbolçu lazımdı. Hazırda bunun üzərində işləyirik.
- Namizəd var?
- Açığı, hələ yoxdu. İş gedir, ancaq konkret bir şey yoxdu.
- Maliyyə imkan vermir?
- Məsələ konkretliyə gedib çatmayıb. Ola bilər ki, səbəblər olub. Hər şey bir-birini tamamlamalıdı.
- Yalnız hücumçu istəyirsiz, yoxsa başqa mövqelərdə də çatışmazlıqlar var?
- Bizə hücumameyilli futbolçu lazımdı. Onu hücumçu adlandıraq. Bu transferin vacib olduğunu bilirəm. Ancaq o halda götürəcəyik ki, bizə lazım olduğunu görək. Şübhəmiz olsa, transfer etməyəcəyik.
- Yalnız bir transfer?
- Bəli. Başqa mövqelərdən şikayətim yoxdu.
- Axı, komandadan iki futbolçu gedib...
- Birinin əvəzinə Təmkini cəlb etdik. Digər mövqelərdə gedənləri əvəzləyən futbolçuları görürük. Bunda problem yoxdu, ancaq bizə hücum xəttinə mütləq futbolçu lazımdı.
- Qurban Qurbanov millinin heyətini açıqladı və "Qəbələ"dən 3 oyunçu dəvət etdi. Bu məqam hazırlıq planlarınıza mane olmayacaq?
- Xeyr. Bu barədə Qurbanla söhbətimiz olub. İki oyun olsaydı, futbolçularımızın yalnız bir matçda iştirakına icazə verəcəkdim. Kosovoyla görüş təxirə salındı deyə, oyunçularımızı milliyə 4 günlük göndərəcəyik. Gördüyünüz kimi, bu gün ilk yarıdan sonra onları əvəzlədim.
- U-21-in məşqçisi Rəşad Sadıqov müsahibəsində demişdi ki, Hacıağa Hacılı çox xoşuma gəlib. Ancaq Roman Qriqorçuka deyə bilmərəm ki, onu mütəmadi əsas heyətdə oynatsın. Bu haqda nə düşünürüsüz?
- Bütün oyunçularımı çox yaxşı tanıyıram. Başqaları kimi, Hacı da əsas komandayla məşq edir. Son ərarı mən verirəm - kim nə qədər oynamalıdı və s. Öz futbolçularımızı yüksək səviyyədə görməyi mən də arzulayıram. Qisməti, Hacını və başqa gəncləri daha çox meydanda görmək xoş olar. Belə məsələlərdə kiminsə mənə nəsə deməsi qeyri-peşəkarlıq olar.
- "Qəbələ"ni tərk edərək "Astana"ya gedəcəyinizlə bağlı çıxan xəbərə nə deyirsiz?
- Belə bir şey olsa, təklif gəlsə, bunu birinci siz yox, “Qəbələ” rəhbərliyi biləcək. Başqa nəsə demək artıq işdi. Heç yerə getmirəm, burdayam.
- Ümumiyyətlə, indiyə qədər “Astana”nın sizinlə maraqlandığını eşitmisiz?
- Belə şeylərə önəm vermirəm, yaxşı bilirsiz. Maraqlanmaq, soruşmaq heç nə demək deyil. Nə vaxt rəsmi müraciət olar, hamı ortaq dil tapar, onda danışmağa sözüm olar. Bu gün “Qəbələ”nin baş məşqçisiyəm və heç yerə getmirəm.
HƏBİB, Bələk
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar