26 yan 23:16olke

“Kəpəz”in ilkini İlkin gətirdi

“Kəpəz”in ilkini İlkin gətirdi
Digər premyer-liqa təmsilçiləri kimi autsayder “Kəpəz” də təlim-məşq toplanışını Antalyada davam etdirir. Yanvarın 18-də qardaş ölkəyə yollanan gəncəlilər ayın 22-də Georgi Hacının çalışdırdığı “Vitorul”la qollu heç-heçəyə razılaşmışdı – 1:1.
“Sarı-göylər” dünən Bakı vaxtı ilə saat 17.00-da Antalyada ikinci, ümumilikdə üçüncü sınaq matçına çıxdı. Budəfəki rəqib Cənubi Koreya təmsilçisi “Daejeon Citizen” idi. Qarşılıqlı hücumlar şəraitində keçən və kifayət qədər maraqlı alınan oyunda “Kəpəz” qələbəyə sevinib. Antalyada komandasına ilk qələbəni qazandıran qolu oyunun 18-ci dəqiqəsində İlkin Sadıqov rəqib qapısından keçirib.
Qış fasiləsində Samir Zərgərov, Murad Səttarlı, Roman Hüseynov, Tərzin Cahangirov, Tural Nərimanov, Tərlan Qasımzadə, Sergey Litovçenko, Quili Mancqaladze, Dario Federiko və Dieqo Qusmaonun transferinə “hə” deyən Yunis Hüseynov daha iki mövqenin güclənməsində maraqlıdı. Hücumçuyla bağlı çətinlik aradan qalxmasa da, baş məşqçi dünənki oyunda hollandiyalılar - mərkəz müdafiəçisi Milano Koenderslə hücumçu Rafael Stivi, həmçinin ukraynalı mərkəz müdafiəçisi İqor Korotetskini iş başında izləyib. Hollandları bəyənməyərək geri göndərən Yunis bəy Korotetskini bir daha yoxlayacaq.
“Kəpəz”in köhnə-yeni futbolçusu Tural Nərimanov klub saytına açıqlama verərək, Yunis Hüseynovla tanışlığının tarixçəsindən danışıb: “Böyük futbolda ilk addımlarımı, demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidi. Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddi. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı. İki il “Kəpəz”in heyətində yer aldım. Unudulmaz günlər yaşadım. Yayda klubumu dəyişməli oldum. Geridə qalan müddətdə komandada çox dəyişikliklər olub. Əvvəlki heyətdən az futbolçu qalıb. Dəyişməyən yerli azarkeşlərin futbola sevgisidi. Gəncədə bu idman növünə münasibət həmişə yüksək səviyyədədi. Fanatlar komandanın pis və yaxşı günündə futbolçuların yanında olaraq dəstək verirlər. Bütün oyunçular kimi mənə də hər zaman rəğbət bəsləyiblər, yenə onların sevgisini qazanmağa çalışacam”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar