26 yan 23:01olke

“Qarabağ”dan heç-heçə və məğlubiyyət

“Qarabağ”dan heç-heçə və məğlubiyyət
Qurban Qurbanov: “İndi hazırlığın elə mərhələsindəyik ki...”
Antalya hazırlıqlarını davam etdirən “Qarabağ” dünən iki sınaq matçı keçirdi. Ağdam təmsilçisi ilk olaraq Makedoniya “Şkupi”si ilə üz-üzə gəldi. Bu görüş Bakı vaxtı ilə saat 16.00-da başladı. Qurban Qurbanovun komandası ikinci oyununda Ukrayna təmsilçisi “Mariupol”la qarşılaşdı. Həmin matç isə saat 18.30-da start götürdü. Oyunlara keçməzdən öncə qeyd edək ki, buna qədər iki sınaq görüşü keçirən “Qarabağ” qələbə qazana bilməmişdi. İlk matçında “Kuban”la (Rusiya) heç-heçə edən (2:2) ağdamlılar ikinci yoldaşlıq görüşündə “Lexiya” (Polşa) ilə "sülh"ə (1:1) razılaşmışdı.
Əvvəl heç-heçə...
Görünür, Qurbanov üçün günün ikinci oyunu daha vacib imiş. "Şkupi"yə qarşı meydanda olan start heyəti də belə düşünməyə əsas verir. Bu görüşdə "Qarabağ"ın ilk "11-liy"i belə idi: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev.
Yeri gəlmişkən, bundan öncəki yoxlama oyunlarından fərqli, makedoniyalılarla qarşılaşma "Qarabağ"ın "yutub" kanalı vasitəsilə yayınlanmırdı. Bunun səbəbini Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan soruşduq. O qısa aralıqla baş tutan iki oyunun göstərilməsinin texniki cəhətdən imkansız olduğunu, ancaq günün ikinci matçının göstəriləcəyini bildirdi. Oyuna gəlincə, izləmədiyimiz matç haqda uzun-uzadı danışa bilməyəcəyik. Heç "Şkupi"nin saytında da qarşılaşmanın axarı ilə bağlı qeyd yoxdu. Yalnız onu qeyd edə bilərik ki, matçı Rəvan Həmzəzadə idarə edib. Bu oyunda tərəflər qolsuz heç-heçəyə razılaşıb. Başqa sözlə, "köhlən atlar" ardıcıl 3-cü görüşdə də "sülh bağlayıb".
...sonra məğlubiyyət
Yuxarıda qeyd etdiyimiz kimi, "Qarabağ” – “Mariupol” görüşü ağdamlıların "yutub" kanalında canlı yayınlanırdı. Qurbanov start heyətində bu futbolçulara şans vermişdi: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Vild-Donald Gerye, Rahid Əmirquliyev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Pedro Enrike, Əfran İsmayılov.
Rəhim Həsənovun idarə etdiyi oyunun əvvəllərində hər iki komanda fəal görünsə də, ilk real qol vəziyyəti o qədər də tez reallaşmadı. Düzdü üstünlük "Qarabağ"ın tərəfində idi. Lakin "köhlən atlar" yaddaqalan həmlə təşkil edə bilmirdi. Nəhayət, 19-cu dəqiqədə hakim Mahirə qarşı cərimə meydançasındakı kobudluğa görə penalti təyin etdi. Ancaq Almeyda qapıçı səddini keçə bilmədi. Cəmi 2 dəqiqə sonra Pedronun başla vuruşunda cüzi dəqiqlik çatmadı. Ardınca isə Riçard diqqət mərkəzinə düşdü. Yığma üzvünün zərbəsi qüvvətli alınsa da, top qapının yanından keçdi. Ümumiyyətlə, bu dəqiqələrdə Qurbanovun yetirmələri təzyiqi xeyli artırmışdı.
Yeri gəlmişkən, "Qarabağ"ı "Mariupol"la oyunda "İmarət"in bir neçə azarkeşi də dəstəkləyirdi. Onlar ilk hissənin gedişində fişəng də yandırdılar və "Qarabağ bizimdi, bizim olacaq" şüarını səsləndirdilər.
İlk hissənin son 5 dəqiqəsi qarşılıqlı hücumlarla müşayiət olundu. Əvvəlcə Geryenin zərbəsindən sonra top qapının üstündən keçdi. Az sonra isə Jezniçakın səhvi az qala komandasına baha başa gələcəkdi. Həmin epizodda Şehiç rəqibin hücumunun qarşısını aldı. Növbəti yaddaqalan vəziyyəti isə Əmirquliyev yaratdı. Onun vuruşundan sonra top cüzi fərqlə "çərçivə"dən aralı keçdi.
İkinici hissəyə ağdamlılar fəal başlasa da, ilk yaddaqalan hücumu ukraynalılar yaratdı. Belə ki, 52-ci dəqiqədə Şehiç komandasını real qoldan xilas etdi. Az sonra isə bosniyalı qapıçı az qala antiqəhrəmana çevriləcəkdi. Rəqibini aldatmaq istəyərkən çətin vəziyyətə düşən "çərçivə qoruyucusu" birtəhər topu uzaqlaşdıra bildi. Həmin epizodda Şehiç yüngülvari ayağını zədələsə də, ciddi problem yox idi. Bundan sonra oyunda qarşılıqlı qolların şahidi olduq. Əvvəlcə Miçel kornerdən ötürülən topu dəqiq baş zərbəsi ilə tamamladı. "Mariupol" isə penalti ilə hesabda tarazlıq yaratdı. Cərimə meydançasındakı qayda pozuntusuna görə təyin olunan penaltini Andrey Totovitski dəqiq yerinə yetirdi. Matçda növbəti əlverişli vəziyyəti 68-ci dəqiqədə ağdamlılar yaratdı. Mahirin uzaqdan vuruşundan sonra top qapının yanından keçdi. Cəmi 3 dəqiqə sonra hesab dəyişdi. Miçelin Riçarda ötürməsi zamanı Dava tərs toxunuşla topu öz qapısına göndərdi. Maraqlıdı ki, laysman Almeydanın ofsaydda olduğunu düşünüb bayrağını qaldırsa da, "Qarabağ"lıların da etirazından sonra Rəhim Həsənov mərkəzi göstərdi. Bununla belə, ukraynalılar bunun da cavabını çox gecikdirmədi. Rahiddən topu "oğurlayan" Vitali Koltsov "status-kvo"nu bərpa etdi. Lakin bu da matçdakı sonuncu qol olmadı. 90-cı dəqiqədə Yakubun səhvindən sonra top rəqibə keçdi, qurulan hücumu Andrey Boryaçuk dəqiq zərbəylə tamamladı. Beləliklə, "Qarabağ" 3 heç-heçənin ardından məğlub oldu – 2:3.
Onu da qeyd edək ki, "Mariupol"un saytı vurulmayan penaltini Əfranın "ayağına yazıb". Bundan başqa, mübahisəli qol epiozdu zamanı hakimin Azərbaycandan olması xüsusi vurğulanıb.
Rəşad zədəli idi, bəs Ansi?
Göründüyü kimi, "Qarabağ" bu iki oyunda fərqli heyətlə çıxış edib. Ancaq nə ilk, nə də ikinci matçda Rəşad Sadıqovla Ansi Aqolli iştirak etməyib. Kapitanın zədəli olduğu bəlliydi. Bəs Ansi? Sən demə, Aqolli dünən vətənində olub. Şəxsi işlərinə görə baş məşqçidən icazə alan müdafiəçi ölkəsində imiş. Təbii, onun məhz yoxlama oyunları zamanı icazə almasını anlamaq çətindi. Şəxsi məsələlər təcili deyildisə, bunu məşq günlərinə də salmaq olardı. Onu da qeyd edək ki, "Qarabağ" növbəti yoxlama oyununu yanvarın 29-da "Sarayevo"ya (Bosniya və Hersoqovina) qarşı keçirəcək.
Qurban Qurbanov razı qalıb
Nəticələr ürəkaçan olmasa da, Qurbanov komandasından razı qalıb: "Ümumilikdə bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki matçda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlər qaçılmazdı. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar