25 yan 18:58olke

Yığma münasib qrupa düşdü

Yığma münasib qrupa düşdü
Qurban Qurbanov: “Xeyirli-uğurlu olsun”
Dünən azərbaycanlı futbolsevərlərin fikri-zikri Lozannaya yönəlmişdi. UEFA-nın İsveçrənin bu şəhərindəki mənzil-qərargahında Millətlər Liqasının (ML) ilk mövsümünün püşkü atılırdı. Qitə futbol qurumuna üzv olan 55 assosiasiyanın yığması rəqiblərini tanıdı. Bakı vaxtı ilə saat 15.00-da başlayan püşkatma mərasimi “CBC Sport” vasitəsilə canlı yayınlanırdı. Yığmanın çalışdırıcısı Qurban Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla tədbirdə iştirak edirdi. Püşkün nəticəsinə keçməzdən öncə bəzi detalları bir daha xatırladaq.
Liqaların qalibi final mərhələsində
Məlum olduğu kimi, ML-in yaradılmasında əsas məqsədlərdən biri zəif yığmaların AÇ-nin final mərhələsinə qatılmaq şansını artırmaqdı. Bundan başqa, yoldaşlıq oyunlarının əvəzində belə yarışın keçirilməsi oyunlara marağı və prinsipilalığı artıracaq. Yarışın reqlamentini də bir daha yada salaq. Belə ki, UEFA reytinqinə görə ML iştirakçıları 4 liqada qüvvəsini sınayacaq. A divizionunda yer alan ən güclü 12 komanda kubok və medallar üçün mübarizə aparacaq. B liqasında 12, C liqasında 15, D liqasında 16 yığma yer alıb. Bütün divizionlarda komandalar 4 qrupa bölünüb. Liqaların qalibləri 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək, sonuncular isə aşağı dəstədə qüvvəsini sınamalı olacaq. Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AÇ-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək. Bundan başqa, ən əsas məqam hər liqadan bir komandanın – qalibin AÇ-2020-nin final mərhələsinə yüksəlməsidi. Lakin liqanın ən güclüsü olan komanda seçmə mərhələdən qitə birinciliyinin final mərhələsinə vəsiqə qazananda vəziyyət dəyişir. Belə ki, qrupunda ən yaxşı olan ikincilər 2020-ci ilin martında pley-offda xoşbəxtlər sırasına düşmək üçün mübarizə aparacaq.
Farer adaları, Malta, Kosovo
Püşkdən öncə məlum idi ki, bəzi cütlər eyni qrupda yer ala bilməz. Ölkələr arasında münasibətləri nəzərə alan UEFA B liqasında Rusiya və Ukraynanı, D liqasında Azərbaycanla Ermənistanı ayrı qruplara salacaqdı. Lakin pley-offda oynamalı olacaqları halda bu rəqiblərin də dueli qaçılmaz olacaq. Bundan başqa, məsafəni də nəzərə alan qitə futbol qurumu Cəbəllütariqlə millimizin eyni qrupda olmayacağını elan etmişdi. Beləliklə, keçək əsas məsələyə. Püşkatmanın nəticəsinə görə, yığmamız D liqasının 3-cü qrupunda Farer adaları, Malta və Kosovo ilə birgə mübarizə aparacaq. Qeyd edək ki, D divizonunda qrupların tərkibi müəyyənləşdirilərkən şarları Belarus yığmasının sabiq və ən tanınmış üzvlərindən olan Aleksandr Qleb çıxarırdı. Əslində püşkün nəticəsini normal saya bilərik. İndi isə liqalar üzrə qruplara nəzər yetirək.
A liqası
1-ci qrup: Hollandiya, Fransa, Almaniya
2-ci qrup: İslandiya, İsveçrə, Belçika
3-cü qrup: Polşa, İtaliya, Portuqaliya
4-cü qrup: Xorvatiya, İngiltərə, İspaniya
B liqası
1-ci qrup: Çexiya, Ukrayna, Slovakiya.
2-ci qrup: Türkiyə, İsveç, Rusiya
3-cü qrup: Şimali İrlandiya, Bosniya və Hersoqovina, Avstriya
4-cü qrup: Danimarka, İrlandiya, Uels
C liqası
1-ci qrup: İsrail, Albaniya, Şotlandiya
2-ci qrup: Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan
3-cü qrup: Cənubi Kipr, Bolqarıstan, Norveç, Sloveniya.
4-cü qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya.
D liqası
1-cü qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan
2-ci qrup: San Marino, Moldova, Lüksemburq, Belarus
3-cü qrup: Kosovo, Malta, Farer adaları, AZƏRBAYCAN
4-cü qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya
ML-in təqvimi
Yarışın qrup mərhələsinin oyunları bu ilin payızında keçiriləcək.
1-ci tur – 6-8 sentyabr
2-ci tur – 9-11 sentyabr
3-cü tur – 11-13 oktyabr
4-cü tur – 14-16 oktyabr
5-ci tur – 15-17 noyabr
6-cı tur – 18-20 noyabr
Final mərhələsinin püşkü isə bu ilin dekabrında atılacaq. Həmin mərhələnin oyunları gələn il iyunun 5-9-u aralığında keçiriləcək. Pley-offun püşkü 2019-cu il noyabrın 22-də atılacaq. Pley-off oyunları isə 2020-ci il 26-31 mart tarixlərində gerçəkləşəcək.
İkisi tanış, biri yad
Farer adaları, Malta və Kosovodan yalnız sonuncu bizim üçün yeni rəqib sayılır. Qalan iki komanda ilə əvvəllər də qarşılaşmışıq. Farer adaları 1 oyunla yığma tarixinə düşüb. Şimallılar milli tarixində ilk böyükhesablı qələbənin qurbanı olublar. 1996-cı il fevralın 27-də Cənubi Kiprin Larnaka şəhərində keçirilən yoxlama oyununda komanda 3 cavabsız qolla qalib gəlib. Maraqlıdı ki, Kazbek Tuayevin rəhbərlik etdiyi millinin qollarından birini məhz Qurban Qurbanov vurub. O, 30-cu dəqiqədə fərqlənib. Digər iki qola Vyaçeslav Lıçkinlə Yunis Hüseynov imza atıb. Malta ilə daha çox – 6 dəfə görüşmüşük. Bu rəqiblə ilk dəfə 1994-cü ildən üz-üzə gəlmişik və həmin vaxt yığma 5 cavabsız qolla məğlub olub. Ümumiyyətlə, ilk 3 oyunda maltalılar bizə “quru” hesabla qalib gəlib. Sonrakı 3 görüşdə isə milli 2 qələbə qazanıb, 1 heç-heçə edib. Top fərqi də rəqibin xeyrinədi – 11:7. Yığma 2 böyükhesablı məğlubiyyətdən birinin əvəzini çıxıb. Bu 6 matçdan 4-ü yoxlama, 2-si seçmə xarakterli olub:
19.04.1994. Ta Qali. YO. Malta – Azərbaycan 5:0
06.02.2000. Ta Qali. BT. Malta – Azərbaycan 3:0
17.04.2002. Ta Qali. YO. Malta – Azərbaycan 1:0
14.08.2013. Bakı. YO. Azərbaycan – Malta 3:0
28.03.2015. Bakı. AÇ. Azərbaycan – Malta 2:0
06.09.2015. Ta-Qali. AÇ. Malta – Azərbaycan 2:2

Reaksiyalar
Qurban Qurbanov: “Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxt var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram. Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadı. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik. Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibdən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadı və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var. Azarkeşlərimizə millini dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, yığmamızın uğur qazanması üçün yenə birləşəcəyik”.
Elxan Məmmədov: “Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq yığmamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdi. Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdı. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündü”.
Muharrem Sahiti (Kosovonun baş məşqçisi): “Qrupumuzda yer alan bütün komandaları tanıyırıq. Asan qrupa düşməmişik. Amma hər şey öz əlimizdədi. Yaxşı oynasaq, istəyimizə çata bilərik”.
Samir Uykani (Kosovonun qapıçısı və kapitanı): "Püşkə görə xoşbəxtəm. Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdı. Futbol möcüzələrlə doludu. İstedadımız var. Maksimum güc zərf edəcəyik. Bizim üçün yaxşı təcrübə olacaq. Ehtiyatlı və təşkilatlanmış olmalıyıq. Çalışacağıq ki, qrupda birinci yeri tutaq”.
Tom Saintfit (Maltanın baş məşqçisi): "Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram. Amma ən azı bir-iki oyunu udmağa çalışacağıq. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq maraqlıdı. Gərək Kosova yığmasını öyrənək. Biz oyun tərzimizi dəyişə və daha pozitiv, hücum futbolu sərgiləyə bilərik. Bu da öz növbəsində qolların və xalların sayında özünü göstərəcək. Bu, bizim məqsədimizdi. Rəqiblərimizi zəif saymırıq”.
Lars Olsen (Farer adalarının müdafiəçisi): “Püşkatmadan öncə arzulayırdım ki, uzaq yolçuluq olmasın. Ancaq indi Azərbaycana səfər etməliyik. Qrup ağırdı, lakin birinci olmaq şansımız var”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar