25 yan 18:41olke

Gürcülərlə ermənilərə olar, bizə yox?

Gürcülərlə ermənilərə olar, bizə yox?
Agentlər Emin Ağayevin iradı ətrafında danışdı
Qəzetimizin ötən sayına müsahibə verən Emin Ağayev bir çox mətləblərə toxunmaqla yanaşı, azərbaycanlı menecerlərin işindən narazılığını gizlətməmişdi. Hazırda Rusiya birinci dəstəsində çıxış edən “Ximki”də köməkçi-məşqçi kimi çalışan Ağayev yerli futbolçuların Rusiya klublarında görünməməsində agentlərin də günahının olduğunu bildirmişdi: “Bir nəfər də azərbaycanlı menecer tanımıram ki, Rusiya klubları ilə əməkdaşlıq etsin, Rusiya bazarında kimlərləsə işləsin. Ancaq bir iş bilirlər - ordan-burdan futbolçu tapıb Azərbaycan klublarına vermək. Futbolumuzun inkişafını istəyiriksə, bütün işlər kompleks şəkildə görünməlidi”.
Rusiyada çalışan soydaşımızın səsləndirdiyi fikirlərə agentlərin mövqeyini öyrənməyi lazım bildik. Əvvəlcə Tural Əsgərovu aradıq: “Hazırda Türkiyədə olduğumdan qəzetin son sayı ilə tanış deyiləm və Emin Ağayevin söylədiklərindən xəbərsizəm. Düz olsa da, yanlış olsa da, hamının fikrinə hörmətlə yanaşmaq lazımdı. Xüsusilə də belə məsələlərdə. Vaxtilə Emin, onun kimi bir neçə futbolçu Rusiya və Ukraynada legioner həyatı yaşayıb. Onların heç birinin agenti olmayıb. Bəyəm hər şey agentlərdən asılıdı? Futbolçu sərgilədiyi oyunla diqqət mərkəzinə düşməyi bacarırsa, agenti oldu-olmadı, ona təkliflər gələcək, ölkə xaricinə yolu açılacaq. Necə deyərlər, su axar, çuxuruna tapar. Ümumiyyətlə, son vaxtlar bütün günahları agentlərin üstünə atmaq sanki dəb halını alıb. Futbolçular da tez-tez “yaxşı agentimiz yoxdu deyə xaricə çıxa bilmirik” fikirini səsləndirirlər. Gürcülərlə bizi müqayisə etmək düzgün olmaz. Onların tələb etdiyi şərtlərlə bizim futbolçuların qoyduğu şərtlər eyni olmur. Ermənistan və Gürcüstandan fərqli, Azərbaycan çempionatında çıxış edən klubların maliyyə durumu daha yaxşıdı. Bizim klubların təklif etdiyi müqavilə şərtləri yerli oyunçuları qane etdiyindən xaricə yollanmaq istəmirlər. Lakin son vaxtlar vəziyyət dəyişmək üzrədi. Premyer-liqada komandaların sayı azaldıqca bizimkilər də yavaş-yavaş legioner hıyatı yaşamağa həvəs göstərirlər. Kamran Ağayevi, Fərid Nəbiyevi, Budaq Nəsirovu nümunə kimi göstərmək olar. Sağ olsun Vaqif Heydərlini ki, son vaxtlar gəncləri ölkə xaricinə çıxarmağa çalışır. Gürcü və erməni futbolçuların Rusiyada çox olmasına gəlincə, heç kimə sirr deyil ki, şimal qonşularımızda istər gürcü, istərsə də erməni lobbisinin böyük təsir qüvvəsi var. Rusiya futbol təsərrüfatında korrupsiya baş alıb gedir. Bu məsələdə biz qonşularımızdan geri qalırıq. Gürcü və erməni menecerlər fırıldaq işləri daha yaxşı bacardığından, qara işlərə meyilli olduqlarından onların futbolçuları özlərinə daha asan klub tapırlar. Bu çox geniş, saatlarla müzakirə oluna biləcək bir məsələdi. Bu mövzunu araşdırsaz, görərsiz ki, heç də hər şey Emin Ağayevin söylədiyi kimi deyil. Tutaq ki, azərbaycanlı agentlər zəifdi, Rusiya klubları ilə əməkdaşlıq edə bilmirik. Bəs rus agentlər necə? Onlar niyə bizim futbolçuları heç olmasa, Rusiyanın birinci dəstəsində çıxış edən klublara aparmırlar? Şəxsən mən Rusiya bazarını təhlil etmişəm, rusiyalı agentlərlə əlaqə saxlamışam. Bizim klublar səviyyəli yerli oyunçuları satmaqda maraqlı deyillər. Ya da elə məbləğ tələb edirlər ki, onları almaq istəyən klubların təklif etdiyi vəsaitdən qat-qat yüksək olur. Bu da istər-istəməz qarşı tərəfi geri çəkilməyə məcbur edir”.
Vaqif Heydərli isə Rusiya klublarının azərbaycanlı futbolçulara maraq göstərməməsini belə izah etdi: “Hələ SSRİ dönəminə diqqət yetirsək, görərək ki, Rusiya klubları azərbaycanlı futbolçularla çox az maraqlanıblar. Gürcülər və ermənilər SSRİ yığmasına daim dəvət olunduğu halda, bizimkilər kölgədə qalıb. Düzdü, müəyyən istisnalar olub. Müstəqillik illərində Vəli Qasımov, Nazim Süleymanov kimi futbolçular şimalda özünü doğruldub, Azərbaycan futbolunun adını yüksəldib. Ancaq bütün bunlar belə bizim futbolçulara inamı artırmayıb. Əslində bu gün bəzi gənclərimiz var ki, onları Rusiya klublarına təklif etmək olar. Ancaq bir agent kimi mən buna qarşıyam. Rusiya və Türkiyə klubları daha çox nəticəni düşündüyündən gənclərə çox da etimad göstərmirlər. Avropada isə vəziyyət fərqlidi. “Köhnə qitə”nin təmsilçiləri gənclərə güvənir, onların inkişafına şərait yaradır. Buna görə də agent kimi gənclərimizin Avropaya yollanmasının tərəfdarıyam”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar