24 yan 12:34olke

Yunis Hüseynov hücum xəttinə görə narahatdı

Yunis Hüseynov hücum xəttinə görə narahatdı
“Darionun fiziki durumunda çatışmazlıq hiss olunur, Qusmao get-gedə formaya düşür”
Ciddi dəyişikliklərə məruz qalan “Kəpəz”in fevraldan etibarən nə ilə yadda qalacağını zaman göstərəcək. Lakin danılmaz fakt var ki, Yunis Hüseynov gəncəli azarkeşləri sevindirmək üçün əlindən gələnin yaxşısını etməyə çalışır. Yerli futbolçuların transferini başa çatdıran “sarı-göylər” hazırda yalnız legionerlər haqda düşünür. İndiyə qədər dörd əcnəbi ilə müqavilə bağlansa da, daha ikisinin gələcəyi şübhə doğurmur. Hüseynov üçün ən yaralı yer isə hücum xəttidi. Vaxt azalsa da, ortada konkretlik yoxdu. “Vitorul”la yoldaşlıq görüşündən dərhal sonra Yunis bəylə söhbətdə aktual suallara cavab axtardıq.
- Antalyada özünüzü necə hiss edirsiz? Məskunlaşma, hava şəraiti, məşq meydanları və s.
- Bu gün məni ən çox sevindirən məqam komandada zədəli futbolçuların olmamasıdı. Bu nəyə desən, dəyər. Ona görə də özümü çox yaxşı hiss edirəm. Gündə iki dəfə məşq etmək üçün hər cür şərait yaradılıb. Dünənə (srağagün) qədər havalar əla keçirdi. Müsbət 18-20 dərəcə idi, elə bil yay havasıydı. Dünən axşam güclü külək əsdi, ardınca yağış yağdı. “Vitorul”la oyunda yağış yağmasa da, hava tutqun idi. Ümumi götürsək, narazılığım yoxdu.
- “Vitorul”la oyun dediz. Bu matçda sizi razı salan nə oldu, narazı salan nə?
- Ən çox xoşuma gələn futbolçuların hədsiz istəkli olmasıydı. Bu qədər yükləmənin fonunda meydanda canlarını qoyurdular. Açığı, bu dərəcədə enerjili olmaları məni yaxşı mənada təəccübləndirdi. Düzdü, çatışmazlıqlarımız var, çoxlu səhvimiz oldu. Buna baxmayaraq, verdiyimiz tapşırıqları yerinə yetirməyə, oyun intizamını qorumağa çalışırdılar. “Vitorul” güclü rəqib olsa da, mən nəticəyə yox, oyun planına diqqət yetirirdim. Bu qədər dəyişikliklərdən sonra komandamın yaxşı təsir bağışladığını deməliyəm. Bu templə davam etməliyik.
- Rəqib həmkarınız Geroge Hacı ilə söhbətləşmək imkanınız oldu? Sirr deyilsə, nədən danışdız?
- Hacıyla həm oyundan əvvəl, həm də sonra görüşdük. Ciddi mənada heç nə danışmaqdıq, sadəcə, tanış olduq. Matçdan əvvəl bir-birimizə uğurlar arzuladıq, oyundan sonra da əl sıxdıq, vəssalam. Düzü, 1:1-dən sonra əhvalı yerində deyildi, bəlkə də ona görə geniş söhbətləşə bilmədik.
- Mərkəz müdafiəçisi axtarışında olduğunuzu bilirik. Ukraynalı İqor Korotetskonun baxışdan keçmək üçün “Kəpəz”in düşərgəsinə baş çəkəcəyi deyilir. Sərəncamınızdadı?
- Bəli, belə bir variant var. Amma hələ burda deyil, bu gün axşam gələcək. Onu ayın 25-nə planlaşdırılan oyunda sınayacağıq. Özüylə razılığımız belə olub. Həmin qarşılaşmada onu iş başında görəndən sonra qərarımı verəcəm.
- Dario Federiko artıq düşərgədədi. Xeyli vaxtdı yaşıl meydanlardan uzaq düşən gəncəli azarkeşlərin sevimlisinin son durumu necədi?
- Dario iki gündü gəlib. Bu gün “Vitorul”a qarşı 25 dəqiqə mübarizə apardı. Həmin Dariodu, texnikalı, sürətli. Bir az fiziki durumunda çatışmazlıq hiss olunur. O da ciddi problem deyil. 15-20 günə üzərində işləyib yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Yaxın günlərdə Federiko ilə müqavilə bağlanacaq.
- Dieqo Qusmaodan səs-soraq yoxdu. Yoldaşlıq oyunlarında sınayıb qərar verəcəksiz, yoxsa müqavilə bağlanacaq?
- Dieqo artıq “Kəpəz”in futbolçusudu. Onunla birillik müqavilə bağlamışıq. Bu gün də “Vitorul”a qarşı oyunda start heyətində yer vermişdim. Yeni gələndə fiziki durumunda axsama var idi. Get-gedə formaya düşür. Bu gün meydanda ən yaxşılardan biri idi, xoşuma gəldi.
- Premyer-liqanın ikinci yarısının startına 20 gündən də az vaxt qalıb. Lakin hücumçu axtarışınız hələ ki səmərəsiz qalıb. Nə baş verir, niyə yubanırsız?
- Düz qeyd edirsiz, bu dəqiqə ən yaralı yerimizdi. Komanda İlkin Sadıqovun ümidinə qalıb. Axtarışlarımız davam etsə də, hələ yenilik yoxdu. Bizə üç hücumçu təklif olunub. Onların arasından komandaya fayda verə biləcək birini seçməliyik. Yaxın günlərdə “Kəpəz”ə hücumçu qoşulacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar