24 yan 15:02olke

Gənc hakimlər “Bayıl Arena”da hazırlaşacaq

Gənc hakimlər “Bayıl Arena”da hazırlaşacaq
Elçin Məmmədov: “Yanvarın 25-də bir araya gəlməyi düşünürük”
Premyer-liqanın ikinci yarısına Antalyada hazırlaşan təkcə çempionat iştirakçıları deyil. Belə ki, hakimlər də ikiillik fasilədən sonra yenidən kurort şəhərinə üz tutub. Hətta yoldaşlıq görüşlərini idarə etməyə də imkan tapıblar.
Lakin ədalət təmsilçiləri Türkiyəyə heç də tam heyətlə yollanmayıb. Belə deyək, heyət üzvləri əsasən üzdə olanlardı. Yəni premyer-liqa və birinci dəstə qarşılaşmalarını idarə edənlər. Bəs başqaları - aşağı yaş qruplarının çempionatlarında oyun idarə edənlər? Onlar qış hazırlığını harda keçəcəklər? Toplanışa nə vaxt start veriləcək? Hansı stadionun xidmətindən yararlanacaqlar? Bu və başqa suallara cavab tapmaq üçün Hakimlər Komitəsinin mütəxəssisi, həm də bilik və savadını gənc mütəxəssislərə aşılayan Elçin Məmmədovu aradıq: “Bildiyiniz kimi, premyer-liqadan fərqli, aşağı yaş qruplarının çempionatlarında fasilə fevralın sonuna qədərdi. Bu isə o deməkdi ki, qarşıda hələ bir ay vaxtımız var. Ona görə də hazırlığa daha erkən yox, yanvarın sonlarında başlamağı qərara aldıq. Artıq bu yöndə plan hazırlanaraq, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova göndərilib. Hazırda təsdiq məktubu gözləyirik. Məmmədovun şəxsi problemləri olduğundan, cavabı bir az yubanmışdı. Yaxın bir-iki gün ərzində məsələyə nöqtə qoyulacaq. O ki qaldı plana, yanvarın 25-də bir araya gəlməyi düşünürük. Dəqiq say deyə bilməsəm də, təxminən 40 hakim hazırlıqda iştirak edəcək. Məşqlərin “Bayıl Arena”da keçirilməsi nəzərdə tutulub. Səhər saat 9-dan günorta 2-yə qədər olan vaxt ərzində bir məşğələ və fiziki hazırlığa hesablanmış məşq olacaq. Təlimlər mən və komitənin Elmi-Metodiki Komissiyanın sədri Ceyhun Haşımov tərəfindən keçiləcək. Fiziki hazırlıq üçün əlavə mütəxəssis cəlb olunmayacaq. Çalışmalara özümüz nəzarət edəcəyik. Düzdü, bütün bunlar hələ tam təsdiqlənməyib. Sadəcə, mən sizə planı deyirəm”.
Xatırlayırsızsa, bir müddət əvvəl gənc hakimlərin məşq etmək üçün meydan qıtlığından əziyyət çəkdiyini xəbər vermişdik. Hətta Elçin bəy bizimlə söhbətdə xəbəri təsdiqləmişdi. Onu da qeyd etmişdi ki, məsələ AFFA-nın baş katibi Elxan Məmmədovun diqqətindədi və rahat hazırlıq keçmələri üçün “Dalğa Arena”dakı yığmaların təlim-məşq bazasındakı meydanlardan biri gənc referilərin ixtiyarına veriləcək. Məmmədovla söhbətdə yenidən bu mövzuya qayıtdıq: “Dediyiniz məsələ ilə bağlı Hakimlər Komitəsinin sədri baş katibə müraciət ünvanlamışdı. “Dalğa Arena” və “Bayıl Arena”nın xidmətindən yararlanmaq imkanı yaradılıb. Lakin qış hazırlığı sırf “Bayıl Arena”da keçiriləcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar