Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
21 yan 14:52olke
“Keşlə” transferdən doymur, Raufla danışıqlar isə dayandırıldı

Dünən “Zirə” ilə yoxlama oyunu keçirən “Keşlə”nin düşərgəsinə yeni futbolçu qoşulub. Belə ki, son klubu “Şüvəlan” olan Əziz Quliyev hazırda paytaxt təmsilçisində baxışdadı. Bir neçə gün əvvəl “Kəpəz”in məşqlərinə qoşulan, ancaq baş məşqçi Yunis Hüseynovun bəyənmədiyi müdafiəçi indi özünü Yuri Maksimova göstərməyə çalışır. Bundan başqa, “Keşlə”də baxışda olan İdris Musluyevin taleyinə aydınlıq gəlib. Maksimov “Axmat”dan gələn oyunçunun çıxışından razı qalmayıb və bü üzdən də Musluyev düşərgəni tərk edib. Bir müddətdi sınaqdan keçirilən Nemanya Stoyanoviç isə bəyənilib. Vyana “Qarabağ”ının oyunçusu, çox güman, yaxın günlərdə bakılılarla müqavilə bağlayacaq.
Qış transfer dönəminin fəallarından olan, Rauf Əliyevlə razılaşa bilmədiyindən danışıqları dayandıran “Keşlə” heyətini legioner hücumçu ilə gücləndirməyi planlaşdırır. Çox güman, bu, yamaykalı forvard Andre Klennon olacaq. Tərəflərin artıq anlaşdığı bildirilir. Ukraynalı mütəxəssisin bəyəndiyi 28 yaşlı hücumçu ilə 6 aylıq sözləşmə imzalanacağı bildirilir. Andre peşəkar karyerasına ölkəsi Yamaykada başlayıb. O, “Voterhaus” komandasında 2009-12-ci illərdə çıxış edib. 2012-də isə artıq legioner həyatı yaşamağa başlayıb. Klennon Vyetnamın birinci liqasında mübarizə aparan “Lam Donq” klubuna keçib. Lakin orda 6 ay çıxış edəndən sonra forvard doğma komandası “Voterhaus”a qayıdıb. Bir il oynadıqdan sonra ölkəsinin digər komandası “Arnett Qartdens”lə anlaşıb. Burda 2 il oynadıqdan sonra 2015-də Finlandiyanın VPS klubuna icarəyə verilib. 2016-cı ildə “Arnett Qardens”lə müqaviləsinin müddəti bitən futbolçu birdəfəlik VPS-ə transfer olunub. Bu komandanın heyətində 21 oyunda 4 qol vurmağı bacarıb. Klennon ölkəsinin millisində də çıxış edib. O, 4 dəfə Yamayka yığmasının formasını geyib.
MİRAĞA
Şərh yaz